Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür

Posted April 5th, 2012 at 12:28 pm (UTC-5)
1 comment

Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatının 1948-ci ildən təməlini qoyduğu bu gün narahatlıq doğuran sahələr və inkişaflar diqqət mərkəzində olur. Bu il dünyanın diqqəti yaşlanma məsələsinə yönəlib.

“2012-ci il-Sağlamlıq ömür uzadır” adlı hesabatda yaşından və  yerindən asılı olmayaraq yaşlanmanın daimi bir problem olduğu bildirilir. Sənəddə deyilir ki, 1980- ildən bəri 60 yaşlı insanların sayı iki dəfə artıb. 2050-ci ilədək 80 yaşlı insanların sayı  4 dəfə artaraq 395 milyona çatacaq. Gələn 5 il ərzində 65 yaşından yuxarı insanların  sayı 5 yaşlı uşaqların sayından artıq olacaq. Ahıllar əsasən aşağı və orta gəlirli ölkələrdə üstünlük təşkil edəcək. 2050-ci ildə yaşlıların sayı  80 faizə yüksələcək.

One response to “Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür”

  1. Leyla says:

    Mence burda bir nuans sehv bildirilib Chunki ahillar mentiqle gotursek inkisaf etmis olkelerde daha choxdur ve chox ola biler Inkishafdan geri qalmish olkelerde qocalarin sayi hemishe ashagi olur
    Saglamliq problemleri ile elaqedar olaraq ve maddi durumla elaqedar olaraq

Leave a Reply to Leyla Cancel reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories