İnkişaf proqramına inkişaf etmiş ölkələrin çoxu nail ola bilməyib. Dünyada hazırda 110 milyona yaxın uşaq ya orta ya da ciddi şəkildə çəki azlığına malikdir. Bir çox rəy sorğularına əsaslanan araşdırmalar Londonun İmpeial Kolleci, Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ universitetləri tərəfindən həyata keçirilib.
Asiya və Latın Amerikası ölkələrində uşaqların normal qidalanmaması göstəriciləri aşağı səviyyəsinə enib.
Afrikanın Böyük Səhraaltı ölkələrində isə vəziyyət acınacaqlı olaraq qalır.
141 inkişaf etməkdə olan ölkələrin 61-də 2015-ci ilədək uşaq aclığına son qoyulması sahəsində 50 faiz tərəqqi əldə edilib.
80 ölkədə isə inkişaf 50 faizdən aşağıdır. İqtisadi inkişaf, kişik kənd təsərrüfatı sahələrinə ayrılan investisiyalar, yoxsullar üçün səhiyyə proqramları müşahidə edilən ölkələrdə vəziyyət müsbət istiqamətdə dəyişib.