Beynin maqnit dalğalarla stimullaşdırılması siqaret istəyini müvəqqəti də olsa, azal

Posted April 18th, 2013 at 10:34 am (UTC-5)
Leave a comment

Alimlər beynin maqnit dalğalarla stimullaşdırılmasının siqaret  istəyini müvəqqəti də olsa, azaltdığını deyir. Dünyada hər il siqaretin səbəb olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir. Siqaret xərçəng, ürək-damar və tənəffüs orqanları  xəstəliklərinə yol açır.

Tütün alışqanlığı olduqca ciddi bir asılılıqdır. Dərmanlar, hipnoz və akupunkturalara baxmayaraq, siqareti atanların 90 faizi yenidən siqaretə qayıdır. Tütünün tərkibindəki nikotin beynin mərkəz bölgəsində həzz hissi yaradır.

Cənubi Karolina Tibb İnstitutunun alimi, doktor Singbao Li tədqiqatların beynin həzz hissini təmin edən ön qabığı üzərində cəmləşdiyini deyir. Nikotindən asılılığı olan könüllülərin beyinlərinə magnit stimullaşdırılması  verilib.

Bu üsuldan depressiyaların müalicəsində də istifadə edilir.  15 dəqiqəlik sessiya siqaret çəkmək istəyini azaldır.

Təsir müvəqqəti olsa da, alimlər  prosedurun təkrarlanmasının siqaretdən tam əl çəkilməsini təmin edəcəyinə ümid yaratdığını deyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories