Marixuana qanuniləşdirilməlidirmi? Sualın cavabı federal rəsmilərdədir

Posted May 2nd, 2013 at 12:59 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatında tibbi marixuana 1996-ci ildən qanunidir. İndi kaliforniyalılar marixuanadan istifadə ölçüləri barədə debatlar keçirir.

Kaliforniyanın Oakland şəhərinin Harborsayd Səhiyyə Mərkəzi tibbi marixuanadan istifadə edilən ən böyük dispanserdir. Şəhər rəsmiləri tərəfindən dəstəklənən bu klinika ildə milyonlarla dollar vergi ödəyir. Bu mərkəz federal rəsmilərin  bağlanma təhlükəsi ilə mübarizəyədə milyonlarla dollar məbləöində pul xərcləyib. Mərkəzin həmtəsisçisi Stiv Deanjelo marixunanın ölkə boyu qanuniləşmə prosesinin artıq başladığını deyir.“Əsl sual bunun necə reallaşması, yeni sənayenin necə olması, onun necə idarə edilməsidir.”

Los Anjelesdə marixuana dispanserləri çoxalmaqdadır. Hətta onların tərəfdarları belə bəzi şeylərin nəzarətdən çıxdığından şikayətlənir. Ən adi başağrısı, yuxusuzluq üçün marixuana məsləhət görülür. Bu şəhərdə 1000, bəlkə də daha artıq tənzimlənməyən diaspanser fəaliyyət göstərir.

İctimai rəy sorğularına görə, kaliforniyalıların 70 faizi marixuananın tibbi məqsədlə istifadəsini dəstəkləyir. Bəziləri onun tamamilə qanunləşdirilməsinin tərəfdarıdır. İndi məsələ Vaşinqton və Kolorado ştatlarında gündəmə çıxarılıb. Lakin federal qanunlara gözə marixuanadan istifadə yasaqdır.

İndiki maruxuana potentləşdirilib. Onun tərkibində daha çox fizioaktiv maddə var.

Əvvəllər marixuananın tərkibində 3-5 faiz TDC olardı.İndi isə TDC 15-20 faizə yüksəlib.

Marixuananın qanuniləşdirilməsi və ya nə zaman qanuniləşdiriləcəyi sual doğurmur.

Məsələ marixuananın necə qanuniləşdirilməsindədir. Bu sualın cavabı isə federal rəsmilərdədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories