Normal qidalanmayan uşaqlar qlobal iqtisadiyyata mənfi təsir göstərir

Posted May 28th, 2013 at 9:35 am (UTC-5)
Leave a comment

Save the Children təşkilatı Böyük Səkkizliyin gələn ay Şimali İrlandiyada keçiriləcək sammiti zamanı uşaqların normal qidalanmaması probeminin gündəmə gətirilməli olduğunu bildirir.

Təşkilatın hesabatında deyilir ki, normal qidalanmayan uşaqların qavrama qabiliyyəti normal pəhrizə malik olan uşaqlarla müqayisədə 20 faiz aşağıdır. 8 yaşlı uşaqlaların adi cümlələri çətinliklə oxuduğu müəyyən edilib.

Normal qidalanmamaq uşaqların gələcəkdə həyatlarına təsir göstərir, onların özünəetimadını azaldır, karyera qurmalarında çətinliklər yaradır, pul qazanmaq qabiliyyətini azaldır.

Hesabatda bildirilir ki, ana bətnində olduğu müddətdən iki yaşınadək uşağın normal qidalanması onun beyninin inkişafında mühüm vaxt hesab edilir.

Sənəddə problemin inkişaf etməkdə olan ölkələrin iqtisadi artımına da mənfi təsiri qeyd edilir. Bildirilir ki, normal qidalanmayan uşaqlar böyüklüklərində qlobal iqtisadiyyata 100 milyard dollarlıq zərər vurur.

Save the Children Nigeriya kimi ölkələrdə 5 yaşdan aşağı 10.9 milyon, Hindistanda isə 61.4 milyon uşağın normal qidalanmadığını bildirir.

Hesabat Oksford Universitetinin minlərlə uşaq üzərində apardığı tədqiqata əsaslanır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories