Showing Archived Posts

Qan məhsulları və qana tələbat hər il durmadan artır

Posted June 16th, 2013 at 9:10 am (UTC-5)
Leave a comment

Ümumdünya Səhiyyə Təşkilatı həyatların xilası üçün daha artıq qan donorluğuna çağırır. Təşkilat dığını bildirir. Aşağı və orta gəlirli ölkələrdə çox hallarda yalnız hamilə və yenicə doğmuş qadınlar qanla təmin edilir. Yüksək gəlirli ölkələrdə qan köçürülməsinə ürək və transplantasiya əməliyyatları, xərçəng kimi xəstəliklərin müalicəsində müraciət edilir. Ümumdünya Səhiyyə Təşkilatı qana ehtiyacın həm yoxsul, həm də zəngin […]

Posted in Uncategorized

Normal qidalanmayan uşaqlar qlobal iqtisadiyyata mənfi təsir göstərir

Posted May 28th, 2013 at 9:35 am (UTC-5)
Leave a comment

Save the Children təşkilatı Böyük Səkkizliyin gələn ay Şimali İrlandiyada keçiriləcək sammiti zamanı uşaqların normal qidalanmaması probeminin gündəmə gətirilməli olduğunu bildirir. Təşkilatın hesabatında deyilir ki, normal qidalanmayan uşaqların qavrama qabiliyyəti normal pəhrizə malik olan uşaqlarla müqayisədə 20 faiz aşağıdır. 8 yaşlı uşaqlaların adi cümlələri çətinliklə oxuduğu müəyyən edilib. Normal qidalanmamaq uşaqların gələcəkdə həyatlarına təsir göstərir, […]

Posted in Uncategorized

İldə bir milyona yaxın uşaq doğulduğu gün dünyasını dəyişir

Posted May 10th, 2013 at 10:49 am (UTC-5)
Leave a comment

Save the Children təşkilatının son hesabatında dünyaya göz açan körpələrin həyatlarının ilk günlərinin ən təhlükəli günlər olduğu bildirilir. İldə bir milyona yaxın uşaq doğulduğu gün dünyasını dəyişir. Dünya anaları adlı hesabatda Finlandiya analar üçün ən yaxşı, Konqo Demokratik Respublikası isə ən pis yer kimi göstərilir. Dünyada analar üçün 30 ən yaxşı ölkə siyahısına ABŞ, Qərbi […]

Posted in Uncategorized

Marixuana qanuniləşdirilməlidirmi? Sualın cavabı federal rəsmilərdədir

Posted May 2nd, 2013 at 12:59 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatında tibbi marixuana 1996-ci ildən qanunidir. İndi kaliforniyalılar marixuanadan istifadə ölçüləri barədə debatlar keçirir. Kaliforniyanın Oakland şəhərinin Harborsayd Səhiyyə Mərkəzi tibbi marixuanadan istifadə edilən ən böyük dispanserdir. Şəhər rəsmiləri tərəfindən dəstəklənən bu klinika ildə milyonlarla dollar vergi ödəyir. Bu mərkəz federal rəsmilərin  bağlanma təhlükəsi ilə mübarizəyədə milyonlarla dollar məbləöində pul xərcləyib. Mərkəzin həmtəsisçisi Stiv […]

Posted in Uncategorized

Beynin maqnit dalğalarla stimullaşdırılması siqaret istəyini müvəqqəti də olsa, azal

Posted April 18th, 2013 at 10:34 am (UTC-5)
Leave a comment

Alimlər beynin maqnit dalğalarla stimullaşdırılmasının siqaret  istəyini müvəqqəti də olsa, azaltdığını deyir. Dünyada hər il siqaretin səbəb olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir. Siqaret xərçəng, ürək-damar və tənəffüs orqanları  xəstəliklərinə yol açır. Tütün alışqanlığı olduqca ciddi bir asılılıqdır. Dərmanlar, hipnoz və akupunkturalara baxmayaraq, siqareti atanların 90 faizi yenidən siqaretə qayıdır. Tütünün tərkibindəki nikotin beynin […]

Posted in Uncategorized

Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ili hipertoniya ili elan edib

Posted April 10th, 2013 at 2:05 pm (UTC-5)
Leave a comment

Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ili hipertoniya ili elan edib. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabata görə, dünyada hər üç adamdan biri yüksək qan təzyiqinə malikdir. Bu isə 1 milyard insan deməkdir. Bu problem hər il 9.4 milyon insanın ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, yüksək gəlirli ölkələrdə hipertoniya göstəriciləri daha aşağıdır. Təşkilat yüksək qan təzyiqinin […]

Posted in Uncategorized

Limon kimya terapiyasından daha güclüdür

Posted April 3rd, 2013 at 1:31 pm (UTC-5)
1 comment

Limon kimya terapiyasından 100 dəfə güclüdür. Limon şirəsində olan maddələr şişlərin qarşısını alır. Limon xərçəng şişlərinin də yaranmasına mane olmaqla yanaşı, mikroblar, bakterial infeksiyalar və göbələk xəstəliklərini aradan qaldırır. Vitamin mənbəyi olan bu tərəvəzin müsbət təsirləri Baltimorun Tibb Elmləri İnstitutunun alimləri tərəfindən araşdırılıb. Alimlər sübut ediblər ki, kimya terapiyası bədxassəli xərçəng hüceyrələrini məhv edir. Lakin […]

Posted in Uncategorized

Həqiqətənmi elektron siqaretlər adi siqaretlərdən daha sağlamdır?

Posted March 21st, 2013 at 12:44 pm (UTC-5)
Leave a comment

Son zamanlar dünyada elektron siqaretlərə maraq artmaqdadır. Amerikada kino ulduzlarından tutmuş ən sadə insanlara qədər bir çoxları bu siqaretlərdən istifadə edir. Lakin həqiqətənmi elektron siqaretlər adi siqaretlərdən daha sağlamdır? Siqaretin istehsalçıları və istifadəçiləri onların daha ucuz başa gəlməklə yanaşı, xərçəngə yol açan kimyəvi maddələr, pis iy və küldən azad olduğunu deyir. Bu iddiaları nəzərə alaraq, […]

Posted in Uncategorized

Amerikada HİV virusu ilə doğulan uşaq müalicə olundu

Posted March 4th, 2013 at 12:39 pm (UTC-5)
Leave a comment

Amerika həkimlərinin QİÇS-ə səbəb olan HİV virusu ilə doğulan uşağın standart dərman müalicəsi müsbət nəticə verib. Belə ki, bu terapiyadan sonra uşaq müalicə olunub. Hazırda 2 yaşı olan missisipili qız HİV-yə qarşı eyni zamanda 3 dərman qəbul edib. Uşağın həyata göz açdığı ilk 30 saatdan sonra başladılan müalicəsi böyük nailiyyət hesab edilir. Həkimlər uşağın artıq […]

Posted in Uncategorized

Aralıq dənizi pəhrizi ürək-damar xəstəlikləri və iflic riskini 30% azaldır

Posted February 26th, 2013 at 8:32 am (UTC-5)
Leave a comment

Bu yaxınlarda nəticələri açıqlanan 5 illik araşdırmalara görə, zeytun yağı, balıq, lobya, ağ ət , meyvə, tərəvəz və 1 qədəh şərabın daxil olduğu pəhriz ürəyi möhkəmləndirir. Aralıq dənizi pəhrizi kimi tanınan bu pəhriz ürək-damar xəstəlikləri və iflic riskini 30 faiz azaldır. Barselona universitetinin alimləri 7500 siqaret çəkən, ağır çəkili, diabet xəstələri üzərində araşdırma aparıb. Onlar […]

Posted in Uncategorized

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories