Showing Archived Posts

Karbon hisi konsentrasiyaları uşaqların çəkisinə təsir edir

Posted February 12th, 2013 at 1:00 pm (UTC-5)
Leave a comment

Çirkli havanın yenicə dünyaya gələn körpələrə təsiri barədə aparılan ən böyük araşdırmanın nəticələri açıqlanıb. Beynəlxalq araşdırmaçılar Şimali və Cənubi Amerikalar, Asiya və Avstraliyanın 14 şəhərində 3 milyon körpə üzərində tədqiqat aparıb. 15 il sürən araşdırmalardan belə bir qənaətə gəlinib ki, hamiləlik dövründə karbon hisi konsentrasiyaları ilə nəfəs alan qadınların dünyaya gətirdikləri uşaqların çəkisi normadan aşağı […]

Posted in Uncategorized

Limfomanın qarşısı alına bilər

Posted January 22nd, 2013 at 3:30 pm (UTC-5)
Leave a comment

Qan xərçənginin bir növü olan limfoma limfositlərin anormal davranmaqla yaratdığı şişlərdir. Kimya terapiyası ilə bəzi növlərinin müalicəsi mümkün olan bu xəstəliyin aqressiv növləri də elmə məlumdur. İndi Şimal-Şərq Universitetinin alimləri limfoma ilə yeni müalicə üsulu aşkar edib. Onlar şişləri dərmanlardan istifadə etməməklə məhv edirlər. Alimlər şişləri təbii xolesterin-HDL-ə bənzəyən nanohissəciklərlə qidalandırır. Sintetik HDL-lə qidalana bilməyən […]

Posted in Uncategorized

Adil Qeybulla: Azərbaycanda səhiyyə sistemi dağılmış Sovet sistemi olaraq qalır

Posted January 9th, 2013 at 10:48 am (UTC-5)
Leave a comment

İslahatlar başa çatdırılmadığına görə, Azərbaycanda səhiyyə sistemi böhran vəziyyətindədir. Bu gün Azərbaycan rus və Sovet təbabətindən Qərb təbabətinə keçid dövrünü yaşayır. Sistem hələ ki, dağılmış Sovet sistemi olaraq qalır. Səhiyyənin  maddi-texniki bazasına xeyli vəsait ayrılmasına baxmayaraq, prinsiplər və iş metodları dəyişməz olaraq qalır. Bu, müstəqil ekspert, tibb elmləri doktoru, professor Adil Qeybullanın sözləridir. Dr. Qeybulla […]

Posted in Uncategorized

2012 QİÇS xəstəliyi ilə mübarizə səyləri ili olub

Posted December 28th, 2012 at 12:10 pm (UTC-5)
Leave a comment

2012-ci il təkcə səhiyyə rəsmiləri deyil, siyasətçilərin də diqqətini QİÇS xəstəliyinə yönəltdiyi bir ildir. Onları gələcəyin bu xəstəlikdən azad olması düşündürür. Hazırda HİV virusuna yoluxma yollarının aradan qaldırılmasına çalışılır. Bunlara effektiv müalicə, oğlanların sünnəti və analardan övladlarına virusun keçməsinə yol verilməməsi daxildir. 2012-ci ilə bu xəstəlikdən daha çox bəhs edilməsi ilə əlamətdar olub. Bu ilin […]

Posted in Uncategorized

Əllərin tez-tez yuyulması və vaksinlərin vaxtında qəbulu göy öskürəyin yayılmasına mane ola bilər

Posted December 12th, 2012 at 10:42 am (UTC-5)
Leave a comment

Göy öskürək körpələr arasında geniş yayılmış bir xəstəlikdir. Ölüm hallarını vaksinlərlə aradan qaldırmaq mümkündür. Bu xəstəliyə inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Lakin son illər Amerikada göy öskürən hallarının artdığı müşahidə edilir. Göy öskürəyin simptomları soyuqdəymənı xatırladır. Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşı Lara Miseqaddes deyir ki, göy öskürək tənəffüs orqanlarının yoluxucu xəstəliyidir. “Buna […]

Posted in Uncategorized

Mammoqrafiya tövsiyələri: Hər il, yoxsa iki ildən bir?

Posted December 3rd, 2012 at 11:16 am (UTC-5)
Leave a comment

ABŞ-ın 2009-cu ildə mammoqrafiya testlərinin hər 2 ildən bir keçirilməsinə dair  tövsiyəsi döş xərçəngi hallarının gözdən qaçmasına səbəb olub. Lakin eyni zamanda tez-tez keçirilən yoxlanışların lazımsız müalicəyə yol aça biləcəyinə dair narahatlıqlar da mövcuddur. 40-la 49, 65 və daha yuxarı yaşlarda 43 min qadın üzərində aparılan son araşdırmalar 205 nəfərdə döş xərçəngi aşkar edib. Xərçəngin […]

Posted in Uncategorized

Qrafiklər insanları siqaretdən çəkindirir

Posted November 13th, 2012 at 10:54 am (UTC-5)
Leave a comment

Son araşdırmalara görə, siqaret paketləri üzərində yeni qrafiklər insanları siqaret çəkməkdən çəkindirir. Cənubi Karolina Universitetinin tədqiqatları şəkillərin yazıdan daha effektiv olduğunu göstərib. Hazırda 40-dan artıq dünya ölkəsində siqaret paketləri üzərində sağlamlıq xəbərdarlıqlarına yer verilir. Savadsızlığın hökm sürdüyü bölgələrdə şəkillərin təsiri daha böyükdür. Siqaretin ziyan vurduğu orqanların nümayişi insanlar arasında güclü xəbərdarlıq mahiyyəti daşıyır. Ümumdünya Səhiyyə […]

Posted in Uncategorized

Gövdə hüceyrələrinin xəstə ürəklərə şəfası

Posted November 6th, 2012 at 12:04 pm (UTC-5)
Leave a comment

Ürək xəstəliklərinin müalicəsi sahəsində yeni ümidverici müalicə üsulları aşkar edilir. Mayami Universitetinin keçirdiyi aradırmalara əsasən, sağlam donorlardan alınan gövdə hüceyrələri xəstə ürək toxumlarının müalicəsinə yardım edə bilər. Alimlər xarici toxumlarının hücumuna məruz qalmayan ilik hüceyrələrindən istifadə edib. Gövdə hüceyrələrinin digər hüceyrələrdə istifadəsi artıq illərdir ki, tibbə yad deyil. Bu hüceyrələr ürək əzələsinin iki ay ərzində […]

Posted in Uncategorized

İncəsənət terapiyası uşaqların xərçənglə mübarizə gücünü artırır

Posted October 24th, 2012 at 10:30 am (UTC-5)
Leave a comment

Xərçəng diaqnozu hər zaman məyusedicidir. Xüsusilə uşaqlar üçün. Alesya Allen Rusiyadan Amerikaya köçdüyü gündən bu xəstəliklə mübarizədədir. Artıq kimya terapiyasını bitirsə də, o, yoxlanış üçün Corctaun xəstəxanasına tez-tez müraciət edir. “Buradan xoşum gəlir.” Onun atası Larri Allenin dediyinə görə, indi daim gülümsəməsinə baxmayaraq, o ilk dəfə buraya gəldikdə çox qorxmuşdu. Belə ki, buna səbəb Rusiyadakı təcrübəsi […]

Posted in Uncategorized

Oktyabr döş xərçəngi xəstəliyi ilə bağlı xəbərdarlıq ayıdır

Posted October 15th, 2012 at 8:47 am (UTC-5)
Leave a comment

Oktyabr döş xərçəngi xəstəliyi ilə bağlı xəbərdarlıq ayıdır. Hər il keçirilən kampaniyalar xəstəliklə bağlı xəbərdarlıq və maarifləndirmə mahiyyəti daşıyır. Bir çoxlarının bu haqda kifayət qədər məlumata malik olmasına baxmayaraq, xəstəliklə mübarizə həyatımızda mühüm yer almır. İnkişaflar qeydə alınsa da, xəstəliyin aradan qaldırılması yolu uzun görünür. Xəbərdarlıq hərəkatının tərəfdarları xəstəliyin erkən çağlarında aşkarlanması üçün insanların maarıfləndirilməsinə […]

Posted in Uncategorized

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories