Karbon hisi konsentrasiyaları uşaqların çəkisinə təsir edir

Posted February 12th, 2013 at 1:00 pm (UTC-5)
Leave a comment

Çirkli havanın yenicə dünyaya gələn körpələrə təsiri barədə aparılan ən böyük araşdırmanın nəticələri açıqlanıb. Beynəlxalq araşdırmaçılar Şimali və Cənubi Amerikalar, Asiya və Avstraliyanın 14 şəhərində 3 milyon körpə üzərində tədqiqat aparıb.

15 il sürən araşdırmalardan belə bir qənaətə gəlinib ki, hamiləlik dövründə karbon hisi konsentrasiyaları ilə nəfəs alan qadınların dünyaya gətirdikləri uşaqların çəkisi normadan aşağı və onların gələcəkdə ciddi xəstəliklərə məruz qalma ehtimalı yüksək olur.

Araşdırmalarda iştirak edən San-Fransisko Universitetinin alimləri deyir ki, körpələrin çəki baxımından artmamasına  insan tükünün enindən də kiçik olan miskopropik tozcuqlar səbəb olur.

Amerikada təmiz hava qanunlarına görə, hislərin həcmi 2.5 mikronu aşmamalıdır. Bu isə bir kub metr havada 12 mikroqram konsentrasiya deməkdir.

Çinin paytaxtı Pekinin bir kub metr havasında 700 mikroqram konsentrasiya aşkar edilib.

Cənubi Amerika şəhərlərində də bu göstərici təhlükəli dərəcədə olub.

 

Limfomanın qarşısı alına bilər

Posted January 22nd, 2013 at 3:30 pm (UTC-5)
Leave a comment

Qan xərçənginin bir növü olan limfoma limfositlərin anormal davranmaqla yaratdığı şişlərdir. Kimya terapiyası ilə bəzi növlərinin müalicəsi mümkün olan bu xəstəliyin aqressiv növləri də elmə məlumdur.

İndi Şimal-Şərq Universitetinin alimləri limfoma ilə yeni müalicə üsulu aşkar edib. Onlar şişləri dərmanlardan istifadə etməməklə məhv edirlər. Alimlər şişləri təbii xolesterin-HDL-ə bənzəyən nanohissəciklərlə qidalandırır. Sintetik HDL-lə qidalana bilməyən xərçəng hüceyrələri aclıqdan məhv olur. Doktor C. Şad Takstonun ixtira etdiyi hissəciklər xolestirini imitasiya edir ki, bunlar beş nanometr qızıl maddəsi ətrafında formalaşdırılıb.

Xərçəng hüceyrələri onları tutanda onların məsaməli səthi xolesterini sorur və bu hissəciyin qızıl özəyi limfomaya xolesterinin hopmasının qarşısını alır. Qızılı nanohissəciklər limfomanın B hüceyrələrini məhv edir. B hüceyrələri xəstəliyin ən geniş yayılmış formasına səbəb olur.

 

Adil Qeybulla: Azərbaycanda səhiyyə sistemi dağılmış Sovet sistemi olaraq qalır

Posted January 9th, 2013 at 10:48 am (UTC-5)
Leave a comment

İslahatlar başa çatdırılmadığına görə, Azərbaycanda səhiyyə sistemi böhran vəziyyətindədir. Bu gün Azərbaycan rus və Sovet təbabətindən Qərb təbabətinə keçid dövrünü yaşayır. Sistem hələ ki, dağılmış Sovet sistemi olaraq qalır. Səhiyyənin  maddi-texniki bazasına xeyli vəsait ayrılmasına baxmayaraq, prinsiplər və iş metodları dəyişməz olaraq qalır.

Bu, müstəqil ekspert, tibb elmləri doktoru, professor Adil Qeybullanın sözləridir.

Dr. Qeybulla hesab edir ki, normal sığorta sistemi olmayan yerdə normal səhiyyə xidməti ola bilməz. O, xarici şirkətlərin öz vətəndaşlarını sığorta ilə təmin etdiyini, lakin bu sığırtaların qanuni və ümumi sistemə salınmış bir sığorta olmadığını deyir.

Adil Qeybulla səhiyyədə hökm sürən neqativ halların (korrupsiya) yalnız sığorta sistemi ilə aradan qaldırılması və ictimai nəzarətin gücləndirilməsi ilə mümkünlüyünü bildirir.

Doktor Azərbaycanın Tibb Universitetində təhsil almış həkimlərin Almania və Türkiyə kimi xarici ölkələrdə mütəxəssis kimi çalışdıqlarını qeyd etsə də, universitetin bazası, tədris sistemi və mexanizminin qərb standarlarına cavab vermədiyini deyir.

2012 QİÇS xəstəliyi ilə mübarizə səyləri ili olub

Posted December 28th, 2012 at 12:10 pm (UTC-5)
Leave a comment

2012-ci il təkcə səhiyyə rəsmiləri deyil, siyasətçilərin də diqqətini QİÇS xəstəliyinə yönəltdiyi bir ildir. Onları gələcəyin bu xəstəlikdən azad olması düşündürür. Hazırda HİV virusuna yoluxma yollarının aradan qaldırılmasına çalışılır. Bunlara effektiv müalicə, oğlanların sünnəti və analardan övladlarına virusun keçməsinə yol verilməməsi daxildir. 2012-ci ilə bu xəstəlikdən daha çox bəhs edilməsi ilə əlamətdar olub. Bu ilin iyul ayında Vaşinqton şəhərində keçirilən beynəlxaq konfrans gələcəyə ümidləri artırıb.  ABŞ-da bir milyondan çox insan HİV virusunun daşıyıcısıdır.  Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzinin son hesabatında deyilir ki, hər il HİV virusuna 50 minə qədər insan yoluxur və bunların çoxu Afrika mənşəli amerikalılardır.

ABŞ əhalisinin 13 faizini təşkil edən Afrika mənşəli amerikalılar HİV virusu daşıyıcılarının yarısını təşkil edir.

QİÇS-ə səbəb olan HİV virusuna yoluxan insanlar dərmanlar qəbul etməklə sağlam insanlar qədər ömür sürə bilər. Alimlər anti-retrovirus preparatlarının xəstələrin ömürlərini 81 faiz uzatdığını deyirlər. Bu, Amerika və digər inkişaf etmiş ölkələrdə daha çox müşahidə edilir. Lakin yoxsul ölkələrdə HİV-QİÇS hələ də bir çox insanın həyatı bahasına başa gəlir. Buna səbəb isə lazımi müalicəinin olmamasıdır. Anti-retrovirus preparatları son illər çox şeyi dəyişib. Son araşdırmaların nəticələri göstərib ki, Uqanda kimi ölkələrdə bu dərmanları qəbul edənlər sağlam insanlar kimi yaşaya bilir. Dərman preparatları qəbul edənlərin ömrü 55 ilədək uzana bilər.

 

Əllərin tez-tez yuyulması və vaksinlərin vaxtında qəbulu göy öskürəyin yayılmasına mane ola bilər

Posted December 12th, 2012 at 10:42 am (UTC-5)
Leave a comment

Göy öskürək körpələr arasında geniş yayılmış bir xəstəlikdir. Ölüm hallarını vaksinlərlə aradan qaldırmaq mümkündür. Bu xəstəliyə inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Lakin son illər Amerikada göy öskürən hallarının artdığı müşahidə edilir.

Göy öskürəyin simptomları soyuqdəymənı xatırladır. Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşı Lara Miseqaddes deyir ki, göy öskürək tənəffüs orqanlarının yoluxucu xəstəliyidir. “Buna bakteriya səbəb olur. Şiddətli öskürək 10 həftədən artıq davam edir. ”

Soyuqdəymə kimi göy öskürəyə hamı yoluxa bilər. Xəstəlik körpələr, azyaşlılar və qocaların asanlıqla ölümünə səbəb ola bilər.

Hər il dünyada 50 milyon insan bu xəstəliyə tutulur, onların 300 mini dünyasını dəyişir. Vaksinlər xəstəliyə mane olunmasında mühüm rol oynayır.

Körpəlik dövründə uşaqlara 4, məktəbqabağı isə bir vaksin vurulur. Alimlər vaksinlərin bu dozasını qəbul edənlərin xəstələnmə riskini araşdırıb.

Göy öskürəyi olan uşaqların uşaqlıqda vaksin qənul edilmədiyi,vaksin alanlarda xəstəlik riskinin aşağı olduğu müəyyən edilib.

Alimlər həm də immunizasiyanın zamanla müdafiə gücünü itirdiyini də aşkar edib. Belə ki, vaksinlərdən sonrakı birinci il effektivlik 100 faiz, 5-ci il isə effektivlik 30 faiz olur.

Hazırda vansinlərin təkmilləşdirilmiş variantı üzərində iş aparılır. Lakin eyni zamanda hər kəs olduqca sadə yolla özünü müdafiə edə bilər. Əllərin tez-tez yuyulması və vaksinlərin vaxtında qəbulu ilə.

 

 

Mammoqrafiya tövsiyələri: Hər il, yoxsa iki ildən bir?

Posted December 3rd, 2012 at 11:16 am (UTC-5)
Leave a comment

ABŞ-ın 2009-cu ildə mammoqrafiya testlərinin hər 2 ildən bir keçirilməsinə dair  tövsiyəsi döş xərçəngi hallarının gözdən qaçmasına səbəb olub. Lakin eyni zamanda tez-tez keçirilən yoxlanışların lazımsız müalicəyə yol aça biləcəyinə dair narahatlıqlar da mövcuddur.

40-la 49, 65 və daha yuxarı yaşlarda 43 min qadın üzərində aparılan son araşdırmalar 205 nəfərdə döş xərçəngi aşkar edib.

Xərçəngin 20 faizi 40 yaşlı qadınlarda müəyyən edilib. Onların yarısı olduqca aqressiv olub. Tədqiqatlar mammoqramma testlərinin tez-tez keçirilməsinə dair tövsiyələrlə ziddiyət təşkil edir. Belə ki, 40 yaşlarında qadınlarda xərçəng riskinin aşağı olduğu iddia edilir. Döş xərçənginin biologiyası müəyyən edilmədiyinə görə 40 yaşlarında olan qadınların illik testlərə ehtiyacı olduğu deyilir.

“New England Journal of Medicine” jurnalı bundan bir həftə əvvəl ABŞ hökumətinin 30 illik araşdırma bazası barədə hesabat yaymışdı. Hesabatda deyilirdi ki, 1.3 milyondan artıq qadın həyati təhlükəsi olmayan şişlərlə bağlı müalicə edilib.

Amerikanın Xərçəng Cəmiyyəti isə heç nədən asılı olmayaraq mamoqramma testlərinin hər il keçirilməsini məsləhət görür. Alimlər tövsiyələrin qadınları çaşqırdığını bildirir.

 

 

 

 

 

 

 

 

 

 

Qrafiklər insanları siqaretdən çəkindirir

Posted November 13th, 2012 at 10:54 am (UTC-5)
Leave a comment

Son araşdırmalara görə, siqaret paketləri üzərində yeni qrafiklər insanları siqaret çəkməkdən çəkindirir. Cənubi Karolina Universitetinin tədqiqatları şəkillərin yazıdan daha effektiv olduğunu göstərib.

Hazırda 40-dan artıq dünya ölkəsində siqaret paketləri üzərində sağlamlıq xəbərdarlıqlarına yer verilir. Savadsızlığın hökm sürdüyü bölgələrdə şəkillərin təsiri daha böyükdür. Siqaretin ziyan vurduğu orqanların nümayişi insanlar arasında güclü xəbərdarlıq mahiyyəti daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatı şəkillərin hər iki ildən bir yenilənməsini tövsiyə edir. Siqaret əleyhinə olan fəallar siqaretin qiyməti və vergilərinin artırılmasına çağırır. Belə ki, dünyanın bir çox bğlgəsində tütünün qiyməti olduqca aşağıdır.

Bu həftə Seulda keçirilən görüşdə nümayəndə heyətləri qiymələrin artırılması yollarını müzakirə edib.

170 ölkənin nümayəndələri qeyri-qanuni siqaret istehsalı barədə qanunu yekdilliklə ratifikasiya edib. Siqaret qaçaqmalçılığı və qanunsuz istehalı tütün ticarətinin 11 faizini təşkil edir. Tütünə Nəzarət Konvensiyası 176 ölkə tərəfindən ratifikasiya edilib. Lakin ən böyük tütün istehsalçısı olan Amerika sənədə imza atsa da, onu  hələ də ratifikasiya etməyib.

Dünyada 57 milyon siqaret çəkəni olan İndoneziya dünyanın ən böyük tütün istehlakçısıdır. İndoneziya da daxil edilməklə, dünyanın 10 ölkəsi sənədi imzalamayıb.

Gövdə hüceyrələrinin xəstə ürəklərə şəfası

Posted November 6th, 2012 at 12:04 pm (UTC-5)
Leave a comment

Ürək xəstəliklərinin müalicəsi sahəsində yeni ümidverici müalicə üsulları aşkar edilir. Mayami Universitetinin keçirdiyi aradırmalara əsasən, sağlam donorlardan alınan gövdə hüceyrələri xəstə ürək toxumlarının müalicəsinə yardım edə bilər.

Alimlər xarici toxumlarının hücumuna məruz qalmayan ilik hüceyrələrindən istifadə edib. Gövdə hüceyrələrinin digər hüceyrələrdə istifadəsi artıq illərdir ki, tibbə yad deyil. Bu hüceyrələr ürək əzələsinin iki ay ərzində yeniləşməsini təmin edir. Hazırda bu metoddan qan bankları kimi istifadə ediləcək.

13 ay sürən tədqiqat infark keçirmiş 30 xəstə üzərində aparılıb. Onların yarısı donor hüceyrələri qəbul edib. Digərləri isə öz iliklərindən hüceyrələr alıb. Ürəyin zərər çəkmiş əzələsinə yeridilən hüceyrələr ürəyin sağlam funksiyasını təmin edib.

Alimlər bu terapiyanın standart xarakter almasından öncə daha geniş klinik araşdırmalar aparacaq.

 

 

İncəsənət terapiyası uşaqların xərçənglə mübarizə gücünü artırır

Posted October 24th, 2012 at 10:30 am (UTC-5)
Leave a comment

Xərçəng diaqnozu hər zaman məyusedicidir. Xüsusilə uşaqlar üçün.

Alesya Allen Rusiyadan Amerikaya köçdüyü gündən bu xəstəliklə mübarizədədir. Artıq kimya terapiyasını bitirsə də, o, yoxlanış üçün Corctaun xəstəxanasına tez-tez müraciət edir. “Buradan xoşum gəlir.”

Onun atası Larri Allenin dediyinə görə, indi daim gülümsəməsinə baxmayaraq, o ilk dəfə buraya gəldikdə çox qorxmuşdu. Belə ki, buna səbəb Rusiyadakı təcrübəsi olmuşdu. “Rusiyada onu xəstəliyə görə günahlandırırdılar. İlk dəfə 6 ay əvvəl buraya gəldikdə buradakı terapiya onu sakitləşdirdi. Buna Treysi yardım etdi.”

Treysi “Treysinin uşaqları” adlı təşkilatın təsisçisidir. “Qorxulu yerlərdə incəsənət rahatladıcı  təsirə malik olur.”

Klinikada incəsənət əsərləri xəstələrin gözünə dəyən ilk şeydir. Rəsm və əl işləri ilə yanaşı qorxulu işlər də nümayiş etdirilir. “Burda gördüyünüz şeytanlar qəzəb simvoludur.”

Akil Carpenter aplastic anemiyası üçün qan köçürülməsi zamanı part tikintisi ilə məşğuldur.  “Bu limandır. Sinəm üstə liman.”

Dizayna uşaqların fantaziyası yardım edir.

Bu prosesdən keçən uşaqlar həqiqətən bir dünya qurduqlarına inanırlar. Bu, xəyal gücü və yaradıcılıq tələb edir. Beləliklə onlar xəstəxanada deyil, başqa bir yerdə olduqlarını təsəvvür edirlər.

İncəsənət terapiyası xəstələrin həyat keyfiyyətini yüksəldir. Onlarda xəstəliklə mübarizə gücünü artırır.

 

 

 

Oktyabr döş xərçəngi xəstəliyi ilə bağlı xəbərdarlıq ayıdır

Posted October 15th, 2012 at 8:47 am (UTC-5)
Leave a comment

Oktyabr döş xərçəngi xəstəliyi ilə bağlı xəbərdarlıq ayıdır. Hər il keçirilən kampaniyalar xəstəliklə bağlı xəbərdarlıq və maarifləndirmə mahiyyəti daşıyır. Bir çoxlarının bu haqda kifayət qədər məlumata malik olmasına baxmayaraq, xəstəliklə mübarizə həyatımızda mühüm yer almır. İnkişaflar qeydə alınsa da, xəstəliyin aradan qaldırılması yolu uzun görünür.

Xəbərdarlıq hərəkatının tərəfdarları xəstəliyin erkən çağlarında aşkarlanması üçün insanların maarıfləndirilməsinə ehtiyac duyulduğunu deyir. Oktybar ayı dünyanın bir sıra ölkələrində döş xərçəngi xəstələrinə dəstək aksiyaları, maliyyə vəsaiti toplanışı, lobbiçilik, maarifləndirmə kampaniyaları, pulsuz və ya az xərclə müayinə xidmətləri ilə müşayiət edilir. Hərəkatın rəmzi cəhrayı lentdir.

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories