Mobil telefonlarla ehtiyatlı davranmaq lazımdır

Posted September 2nd, 2011 at 10:51 am (UTC-5)
Leave a comment

Ümumdünya Səhiyyə Təşkilatının mobil telefonların xərçəngə yol aça biləcəyinə dair xəbərdarlığına baxmayaraq, simsiz telekomunikasiya sənayesi  mobil telefonların səhhətə mənfi təsirinə dair dəlil olmadığını bildirir. Dünyada 5 milyard insanın mobul telefonladan istifadə etdiyi təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatı telefonlardan çox istifadə edənlərdə beyin xərçənginin müşahidə edildiyini bildirir.

Elektromanitlərin xərçəngə səbəb olduğu barədə alimlər hələ 1950-ci illərdən xəbərdarlıq verir. Bu, təkcə xərçəng deyil, insanın canlı hüceyrələrində də dəyişiklik yaradır. Alimlərin bəzisi bununla razılaşmasa da, uşaqlara üçün elektromaqnitlərin təhlükə olduğunu deyirlər. Gündə 4 saatdan artıq telefonla danışan kişilərdə toxum zəifliyi müşahidə edilib.

Necə deyərlər, hər yaxşı şeyin pis tərəfi olur. Komfort da olsa, mobil telefonlarla ehtiyatlı davranmaq lazımdır.

ABŞ-ın federal hökuməti məhkəməyə verilib

Posted August 17th, 2011 at 12:38 pm (UTC-5)
Leave a comment

ABŞ-ın 4 aparıcı tütün şirkəti federal hökuməti məhkəməyə verib. Onlar siqaret paketləri üzərinə vurulacaq xəbərdarlıq qarafiklərinin konstitusiyaya zidd olduğunu deyir. Tütün nəhənglərinin fikrincə, yeni qrafiklərə dair qanun söz azadlığının əleyhinədir. Lorillard Tobacco şirkətinin vəkili deyib ki, hökumət siqaretlə mübarizə məqsədi ilə istənilən reklam və şüardan istifadə edə bilər, lakin qanuni şəkildə siqaret satışı ilə məşğul olanları buna məcbur edə bilməz. ABŞ hökuməti məsələyə münasibət bildirməyib.

Qanun haqda xəbəri buradan oxuyun.

 

Siqareti atmaq istəyənlərə daha bir məsləhət

Posted August 15th, 2011 at 1:16 pm (UTC-5)
Leave a comment

CHANTIX adlanan dərman preparatı 18 yaşından yuxarı insanlara yardım edə bilər. Lakin həkimlər bu dərmanın yan təsirlərinin ciddiliyini diqqətə çatdırır. Belə ki,  CHANTIX  qəbul edənlər depressiya, ruh düşkünlüyü, davranışlarında dəyişiklik və həyəcan kimi problemlərlə üzləşə bilər. Bu simptomlar dərhal və ya dərmanın qəbulundan bir necə həftə sonra müşahidə edilə bilər. CHANTIX dəri xəstəlikləri, agressiya, maniya, hallusinasiyası olan və əqli xəstələrə məsləhət görülmür.Bu dərman ürək bulanması və qurmaya da səbəb ola bilər. CHANTIX-a başlamazdan öncə həkim məsləhətiolduqca vacibdir. Uğurlar!

 

Qızmar yay günləri istidən necə qorunmalı?

Posted August 10th, 2011 at 12:11 pm (UTC-5)
Leave a comment

Isti hava şəraiti bəzən xoş gəlsə də, hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər. Daşqınlar, qasırğalar və digər təbii fəlakətlərlə yanaşı, isti hava öldürücü ola bilər. Ekspertlər ən ziyanlı hava şəraiti kimi günorta ilə gecə tempereturunun yaxın olmasını göstərirlər. Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyməyi məsləhət görür. Qalın paltar, fiziki fəaliyyət və rütubətin kombinasiyası bədən temperaturunu təhlükəli səviyyəyə qaldıra bilər. Əzələlərdə ağrı ilk siqnal hesab edilir. Ağırçəkili və spirtli içki içənlər bu şəraitdə böyük təhlükə ilə üzləşə bilər. Isti hava qan təzyiqi yüksək olanlar, ürək-damar xəstələri, azyaşlı uşaqlar və yaşlılar üçün öldürücü ola bilər. Isti hava bədənin susuzlaşmasına da yol açır ki, bu da öz növbəsində işləmək qabiıliyyətini azaldır. Bədənin suyunun 5 faiz azalması işləmək qabiliyyətini 30 faiz endirir. Bədənin duzlarının itirilməsi əzələlərin funksiyasını zəiflədir. Alimlər deyir ki, bədənin hərarəti 42 dərəcədən yüksək olsa, bu halda orqan və toxumalar bişməyə başlayır. Təcili yardım göstərilməsə, ölüm halı qaçılmaz ola bilər.

Belə hallarda dərhal həmin şəxs günəş altından çəkilməli, ayaqları 30 sm qaldırılmalı, paltarı çıxarılmalı və bədənin soyudulması üçün buz və sudan istifadə edilməlidir. Boyun nahiyəsi və qoltuqlar altına buz qoyulmalıdır. Adi hallarda iki litr maye qəbul edilməlidirsə, isti havada qəbul edilən suyun həcmi daha artıq olmalıdır.

Bu qızmar yay günləri düşünürəm ki, bu, heç də pis məsləhət deyil.

Sağlamlığı uşaqlıqdan qorumaq lazımdır

Posted August 9th, 2011 at 11:12 am (UTC-5)
Leave a comment

Son 30 ildə Amerikada artıq çəkili uşaqların sayı artmaqdadır. Hökumətin hesabatına görə, hər 3 uşaqdan birində artıq çəki və ya piylənmə problemi mövcuddur.

Balaca Brigit idman etdiyindən bəlkə də xəbərdar belə deyil. Ona idman əyləncə mahiyyəti daşıyır. Bridcit iki yaşlı digər uşaqlarla bərabər həftədə bir dəfə idman zalına gəlir.

Bridcitin anası Katrin Bayrn qızının uşaqlıqdan formada olmasını istəyir. “Mən özüm olmadığım üçün onun yaxşı formada qalmasını istəyirəm”.

Bu zal ibtidai məktəbin idman zalıdır. Vaşinqton ətrafında yerləşən bu zal FunFit adlanır. Burada 13 yaşınadək uşaqlar bədən tərbiyəsi ilə məşğul olur. FunFitin həm-təsisçisi Selia Kibler bildirir ki, uşaqları fikizi fəaliyyətlə təmin etməklə yanaşı, onlar həm də sağlam mühitdə əyləndirilir. “Biz idman zalları, məktəblər, uşaq bağçalarından istifadə etməklə, uşaqlar və valideynləri mümkün qədər cəlb etməyə çalışırıq. Onları bir araya gətirib, birgə idmanla məşğul olmalarına şərait yaradırıq” .

Ekspertlər fiziki fəaliyyətsizliyin uşaqlar arasında yayılmaqda olan köklüyün əsas səbəbi olduğunu deyirlər. Kayzer Ailə Fondunun  araşdırmaları göstərib ki, uşaqlar günlərinin 8 saat yarımını televizor, video oyunları, kompyuter və digər elektronik cinahlar qarşısında keçirir.

22 aylıq qızının cihazlar qarşısında saatlarla vaxt sərf etməsini istəməyən valideynlərdən biri Ceff Yanqdır.

Bu proqram onun sağlamlığını təmin edir. Televizor, kompyuter və ya İPod olmasından asılı olmayaraq bu, qızımı onlardan kənar saxlayır”.

İndi belə idman zalları artmaqdadır. Amerikada 150, 25 digər ölkədə isə 65-i fəaliyyətdədir. Bu balaca idmançıların valideynləri ilk addımların həyatboyu bir xobbi və ya həyat tərzinə çevriləcəyinə ümid bəsləyirlər.

 

Siqareti necə tərk etməli:Uğurlu təcrübələr

Posted August 3rd, 2011 at 10:02 am (UTC-5)
4 comments

Mənim bu yaxınlarda istirahətdən sonrakı vədim bir daha baş tutmadı, baş tutmadı deyəndə, yəni vədimə əməl etmədim. Nə gizlədim, çalışdım. Amma olmadı. Bir neçə gün “patch” deyilən (siqareti atmaq üçün dəriyə yapışdırılan xüsusi plastinkalar) çarəyə də əl atdım. Gün ərzində dözə bilirdim. Amma o ki, axşam olurdu, depressiyaya düşürdüm. Uzun və ağır iş günündən sonra (yəqin siqaret çəkənlər bunu daha yaxşı başa düşər) eyvana çıxıb, bir nəfəs siqaret  “dadıma” çatır. Bir az azaltsam da, tam qurtuluş yaxın görünmür.

İndiyədək siqareti atmaq üçün müxtəlif üsullara əl atılıb. Ən effektivli üsullardan biri patch hesab edilir ki, tərkibində nikotin olur. Tütündə alışqanlığa yol açan nikotin asılılığın əsas amillərindəndir. Siqareti tərk edənlərin baş ağrıları, yorğunluğu, yuxusuzluğu və əsəbiliiyinin qarşısını almağa yardım edən patchlər bədəni az miqdarda nikotinlə təmin edir. Bu, təhlükəli nəfəs yolu ilə nikotin qəbul edilməməsinə yardım edir. Araşdırmalar göstərib ki, bu üsulla siqaretlə mübarizə olduqca effiktivdir.  16 saat təsiri olan patchlər dəri yolu ilə qanı nikotinlə təmin edir. Bundan əlavə saqqızlar, burun spreyləri, dil altına qoyulan dərmanlar və digər metodların də təsirli olduğu deyilir.

 

Siqareti atanlar mənə məsləhət versin!

HİV virusuna yoluxan insanlar sağlam insanlar qədər ömür sürə bilər

Posted August 2nd, 2011 at 2:41 pm (UTC-5)
Leave a comment

Son araşdırmaların nəticəsindən məlum olub ki, QİÇS-ə səbəb olan HİV virusuna yoluxan insanlar dərmanlar qəbul etməklə sağlam insanlar qədər ömür sürə bilər. Alimlər anti-retrovirus preparatlarının xəstələrin ömürlərini 81 faiz uzatdığını deyirlər. Bu, Amerika və digər inkişaf etmiş ölkələrdə daha çox müşahidə edilir. Lakin yoxsul ölkələrdə HİV-QİÇS hələ də bir çox insanın həyatı bahasına başa gəlir. Buna səbəb isə lazımi müalicəinin olmamasıdır. Anti-retrovirus preparatları son illər çox şeyi dəyişib. Son araşdırmaların nəticələri göstərib ki, Uqanda kimi ölkələrdə bu dərmanları qəbul edənlər sağlam insanlar kimi yaşaya bilir. Dərman preparatları qəbul edənlərin ömrü 55 ilədək uzana bilər.

Səhiyyə ekspertlərinin fikrincə, araşdırmalar inkişaf etməkdə olan ölkələrin ictimai sağlamlıq agentlikləri üçün yeni çətinliklər yaradır. Dünyada HİV-QİÇS-lə mübarizə sahəsində boşluqların aradan qaldırılması üçün maliyyə fondlarının necə paylanması böyük sual doğurur.

Bölüşəcək təcrübəniz?

Qan təhlilinin yeni üsulu xərçəng hüceyrələrini müəyyən edir

Posted August 1st, 2011 at 12:47 pm (UTC-5)
Leave a comment

ABŞ alimlərindən ibarət qrup milyardlarla hüceyrə arasında xərçəng hüceyrəsini ayıra bilən qan təhlili hazırladığını bildirir.Alimlər təhlildən istifadə edərək araşdırmalara başlayacaqlarına ümid edir. Onlar təhlildən istifadə edilməsi üçün Johnson&Johnson beynəlxalq səhiyyə şirkəti ilə işləyəcək. Alimlərin bildirdiyinə əsasən, bu test üsulu tək xərçəng hüceyrəsini ayıra bilir, bu isə öz növbəsində həkimlərə xəstəliyin gedişinin izlənməsinə imkan yaradacaq. Bu təhlil vasitəsilə döş, prostat, yoğun bağırsaq və ağ ciyər xərçəngi kimi xəstəliklərin bir sıra növlərinin müalicə yolları dəyişdiriləcək. Hüceyrələrin genetikasını öyrənməklə müxtəlif müalicə yolları artacaq.

Adama lazımdır canın sağlığı

Posted July 26th, 2011 at 3:55 pm (UTC-5)
Leave a comment

Bəli, yeni bloquma sağlamlıq  diləklərimlə başlayıram. Sağlam olun!

Deyirlər dünyada ən böyük nemət, ən böyük sərvət sağlamlıqdır. Mən şəxsən buna çox inanıram. Belə ki, qeyri-sağlam olmağım buna daha çox əsas verir. 20 illik diabet təcrübəsi olan bir şəxs kimi dərk edirəm ki, səhhət hər şeydən öndədir. Məhz buna görə səhhət problemlərinə toxunub, məsləhət verib, məsləhət almaq istəyirəm.

Sağlamlıq həm də gözəllikdir. Gözəllik isə qurbanlar tələb edir. Bunun üçün pis adətdərdən əl çəkib, sağlam həyat tərzinə üstünlük verməliyik. Bir də ki, sağlam bədəndə sağlam ruh olar. Ruh yüksəkliyimizi nə ilə saxlamalı? Sağlamlıqla.

Siqaret paketlərinin üzərinə vurulacaq qrafiklər açıqlanıb

Posted July 26th, 2011 at 12:10 pm (UTC-5)
Leave a comment

Amerikanın Ərzaq və Dərman Administrasiyası siqaret paketlərinin üzərinə vurulacaq qrafikləri açıqlayıb. Xəbərdarlıq məqsədi daşıyan görüntülərə xarab dişlər, xəstə ağ ciyərlər və xərcəng xəstəliyindən ölən xəstələrin şəkilləri daxildir.

Siqaret paketinin ön və arxa tərəfinin yuxarı hissəsində olacaq görüntülər gələn ilin oktyabr ayından qüvvəyə minir. Xəbərdarlığın beşdə bir hissəsi tütünün reklamına həsr ediləcək. Bu açıqlama 2009-cu il tütündən müdafiə  və nəzarət aktının bir hissəsidir. Bu sənəd federal hökumətə tütün istehsalının tənzimlənməsinə imkan yaradıb. Amerikada siqaret çəkənlərin sayı son illər azalsa da, 20 faizi hələ də siqaret çəkir.

Etiraf edim ki, mən də yaxamı  bu dəhşətli vərdişin əlindən qurtara bilmirəm. Bəlkə siz yardım edəsiniz?

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories