Dilşad Əliyarlı 

Amerika Birləşmiş Ştatlarında koronavirus epidemiyasının episentri olmuş Nyu Yorkda keçən həftədən etibarən karantin məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına başlanılıb. Bu həftənin bazar ertəsi günündən Nyu Yorkda iqtisadi fəaliyyətlərin bərpası ikinci fazaya daxil olub. Çoxları Nyu Yorkun normallaşma yolunda olduğunu bildirir. Lakin bir sıra ekspertlər həyatın normal məcraya düşməsi üçün hələ uzun müddət tələb olunduğunu deyir. Nyu York Unıversitetinin Langone Tibb Mərkəzinin stratejı planlaşdırma şöbəsinin əməkdaşı Aida Tsixiseli Amerikanın Səsinə müsahibəsində Nyu Yorkda karantin dövrü, epidemiyanın yayıldığı vaxt səhiyyə sisteminin qarşılaşdığı sınaqlar və şəhərdə məhdudiyyətlərin aradan qaldırılmasından sonra sakinlərin “yeni normal” həyat tərzinə uyğunlaşması haqda danışıb.

Aida Tsixiselinin sözlərinə görə, şəhərdə karantinin yumşaldılması ikinci fazaya daxil olduğu zaman koronavirusa yoluxmaların sayının azalması müəyyən “rahatlıq hissi yaratsa da”, sosial məsafə saxlanması kimi qoruyucu tədbirlərə əməl olunur. O bildirib ki, hazırda izolyasiya tədbirləri qaldırılıb, amma “bu o demək ki, xəstəlik yoxdur”.

“İzolyasiya tədbirlərinin indi o qədər sərt olmaması o deməkdir ki, xəstəxanalarda yer var. Bizdə ventilyatorlar var, reanimasiyada yer var. O yer var deyə indi rahatıq ki, adam artsa, onlara tibbi kömək edə biləcəyik. Ona görə yüngülləşdiririk vəziyyəti. Amma xəstəlik hələ də var, onun yayılma riski hələ də var. Bizim professionallar ikinci dalğaya hazırlaşır bütün bunların yüngülləşdirilməsi ilə əlaqədar olaraq. Sadəcə olaraq, bütün bu tədbirlər əslində, yəni görülən tədbirlər və real vəziyyət bir-birinə adekvat olmalıdır.”

Nyu Yorkda nə oldu. Xəstələr azaldlı, xəstəxanalarda yer var, insanlar hələ də maska taxır və istər-istəməz distansiyanı saxlayır.

Nyu Yorkda karantin tədbirlərinin yüngülləşdirdiyi zaman ABŞ-ın təxminən 29 ştatında yoluxma hallarının artdığı ilə bağlı məlumatlar verilir. Aida Tsixiseli digər ştatlar və müxtəlif başqa ölkələrdə karantin tədbirlərinin müəyyənləşdirilməsində səhiyyə sisteminin durumu və insanların davranışının əsas amillər olduğunu vurğulayıb.

“Əgər real vəziyyətdə çoxlu xəstə var, xəstəxanalarda yer yoxdur və insanların davranışı hələ də sosial distansiyanı qorumaq deyilsə, onda izolyasiya tədbirini sərtləşdirmək lazımdır və əksinə. Nyu Yorkda nə oldu. Xəstələr azaldlı, xəstəxanalarda yer var, insanlar hələ də maska taxır və istər-istəməz distansiyanı saxlayır. Bu səbəbdən izolyasiyanı yüngülləşdirmək olar.”

Aida Tsixiseli Azərbaycanda hazırda karantin resjiminin sərtləşdirilməsinə toxunaraq, səhiyyə sistemində böhranlı vəziyyətin yaranmaması üçün karantin məhdudiyyətlərinə əməl olunmasının əhəmiyyətini qeyd edib.