Son yazılar Dilşad Əliyarlı:

Üzeyir Hacıbəylinin musiqisi Amerikada – musiqişünas Aida Hüseynova ilə söhbət

Dilşad Əliyarlı Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam oldu. Üzeyir Hacıbəylinin musiqisi müasir dövrdə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda dünyanın ən tanınmış musiqiçiləri tərəfindən ifa edilir. Amerika Birləşmiş Ştatlarında “Leyli və Məcnun” operasının iki quruluşda tamaşaya qoyulması Azərbaycan musiqisinin ABŞ-da və dünya miqyasında tanıdılmasında müstəsna rol oynayıb. “Leyli və Məcnun” dünya […]

Nigar Köçərli: Arzum budur ki, Azərbaycanın hər şəhərində, kəndində bir kitab mağazası olsun

Dilşad Əliyarlı Əli və Nino kitab evinin 15 illiyi tamam oldu. Bu illər ərzində Əli və Nino şəbəkəsi oxucuların sevimli məkanı olmaqla yanaşı, kitab mədəniyyətində yeni bir səhifə açaraq, müasir Bakının simvollarından birinə çevrildi. Əli və Nino kitab evinin sahibi Nigar Köçərli qurduğu biznes modeli, pandemiya dövründə çətinliklər və gələcək planlar haqda danışır. Dilşad Əliyarlı: […]

Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir

Dilşad Əliyarlı Dünya boyu mütəxəssislər koronavirusa qarşı peyvəndin hazırlanması üzərində işi davam etdirdiyi vaxt tibb mütəxəssisləri virusun səbəb olduğu COVİD-19-a yoluxmuş xəstələrin müalicəsində onlarla müxtəlif preparatdan istifadə edir. ABŞ-ın Konnektikut ştatında Qriniç xəstəxanasında çalışan tibb işçisi Könül Məmmədova Amerikanın Səsinə müsahibəsində tətbiq edilən son müalicə üsulları və yoluxmaların qarşısını almaq üçün effektiv qorunma metodlarından danışıb. ABŞ-ın […]

Sevil Süleymani: İran Azərbaycanında qadınlara qarşı zorakılıqlar artıb

Dilşad Əliyarlı    BMT və digər beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları qlobal pandemiya dövründə məişət zəminində zorakılıq hallarının armasının müşahidə edildiyini bildirir. Ekspertlər pandemiyanın qadınlara qeyri-proporsional təsirləri ilə bağlı xəbərdarlıq edərək narahatlıqlarını ifadə edirlər. Qadın və gender məsələləri üzrə tədqiqatçı, Kaliforniya ştatında San Diyeqo universitetində qadın hüquqları üzrə magistr dərəcəsi almış Sevil Süleymani İran Azərbaycanında […]

Simin Səbri: Koronavirus və iqtisadi təzyiqlər İran Azərbaycanında insanların durumunu çox ağırlaşdırıb

Dilşad Əliyarlı   İran fevral ayında Çindən sonra koronavirus epidemiyasının ən çox yayıldığı və ən böyük təsirinə məruz qalan ölkələrdən biri idi. Aylardır epidemiyaya qarşı mübarizə aparılmasına baxmayaraq, İranda koronavirusa son həftələrdə yoluxma hallarında yenidən artım müşahidə edilir. Bir sıra bölgələrdə, o cümlədən İran Azərbaycanında karantin məhdudiyyətlərinin yenidən bərpa olunduğu haqda məlumatlar verilir. Milli fəal, […]

Aida Tsixiseli: Məhdudiyyətlərin yüngülləşdirilməsi o demək deyil ki, xəstəlik yoxdur

Dilşad Əliyarlı  Amerika Birləşmiş Ştatlarında koronavirus epidemiyasının episentri olmuş Nyu Yorkda keçən həftədən etibarən karantin məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına başlanılıb. Bu həftənin bazar ertəsi günündən Nyu Yorkda iqtisadi fəaliyyətlərin bərpası ikinci fazaya daxil olub. Çoxları Nyu Yorkun normallaşma yolunda olduğunu bildirir. Lakin bir sıra ekspertlər həyatın normal məcraya düşməsi üçün hələ uzun müddət tələb olunduğunu […]

Moda dünyası koronavirusa qarşı mübarizəyə necə kömək edir

Dilşad Əliyarlı   Bu günlər Nyu York dizayneri Kristiano Siriano sosial media şəbəkəsində 100 min maska hazırladığını elan edərək, dəstək göstərənlərə və donorlara təşəkkürünü bildirib. Nyu Yorkda fəaliyyət göstərən dizayner Mayl Kors və keçmiş model Haydi Klumun da bir vaxtlar münsiflər heyətinin tərkibində olduğu “Project Runway” şousunun qalibi olmuş Kristiano Siriano epidemiyanın yayıldığı vaxtdan şəhər […]

Rəna Əfəndi: Əl-Hol düşərgəsində Azərbaycandan olan qadın dedi ki, biz burada 200 nəfərik

Dilşad Əliyarlı Suriyada radikal döyüşçülərin ailə üzvləri xüsusi düşərgələrdə saxlanılır. Bu düşərgələrdən biri Suriya-İraq sərhədi yaxınlığında yerləşən Əl-Hol düşərgəsidir. Bu yaxınlarda azərbaycanlı foto jurnalist Rəna Əfəndi Davosda Dünya İqtisadi Forumunda yeddi nəvəsini düşərgədən İsveçə gətirən isveçli musiqiçinin hekayəsini bölüşüb. Prezentasiya zamanı Rəna Əfəndi düşərgədə saxlanılan uşaqların ağır vəziyyəti və onların repatriasiyası qarşısında maneələri qeyd edib. O, […]

Keçmiş prezident Obama: Qadınlar dünya problemlərini həll edə bilər

Dilşad Əliyarlı   ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib ki, dünya qadınlar tərəfindən idarə edilsə, daha yaxşı yer ola bilərdi. Sinqapurda liderlik mövzusunda özəl bir tədbirdə danışan Obama əlavə edib ki, dünyadakı bir çox problemlər öz vəzilərində qalan adətən yaşlı kişilər tərəfindən yaradılıb. “Onlar hakimiyyətdən yapışır, özlərinə arxayın deyillər, onların ideyaları köhnəlmişdir, enerjiləri, yeni fikirləri […]