Son yazılar Dilşad Əliyarlı:

“Susma” saytı zorakılıq qurbanlarının hekayələrini çəkinmədən paylaşması üçün yaradılıb

Dilşad Əliyarlı Türkiyədə yaşayan sosial media fəalı və yazar Cavid Ağa bu günlərdə zorakılıq qurbanlarına yardım məqsədilə “Susma” saytını təqdim edib. Cavid Ağa Amerikanın Səsinə müsahibəsində saytın yaradılmasının məqsədləri, qadınlara qarşı zorakılıqla bağlı maarifləndirmə və cəmiyyətdə bu hallara münasibətdən danışıb. Cavid Ağa “Susma” saytının zorakılığa məruz qalmış qadınların öz hekayələrini paylaşa bilməsi üçün yaradıldığını bildirib. “Mən sadəcə […]

16 yaşlı ətraf mühit fəalı Qreta Thunberq Amerikaya qayıqla səyahət edir

Dilşad Əliyarlı 16 yaşlı isveçli ətraf mühit fəalı Qreta Thunberq Nyu Yorkda İqlim sammitində iştirak etmək üçün Birləşmiş Ştatlara Atlantik okeanı ekoloji qayıqla keçərək səyahət edir. Plimut limanından Atlantik okeanda səyahət iki həftə davam edəcək. Gənc fəal artıq solar enerji vasitəsilə işləyən qayıqla səyahətində yarı yolu qət edib. Maizia II adlı qayığın özəlliyi ətrafa çirkli […]

Lalə Bəylər – Minnesota universitetinin 13 yaşlı azərbaycanlı tələbəsi

Minnesota ştatında yaşayan 13 yaşlı Lalə Bəylər bu yaxınlarda Minnesota Universitetinin İstedadlı Gənclər Riyaziyyat proqramına qəbul edilib. Lalə Bəylər və onun atası, Minnesota Universitetinin professoru Anar Əhmədov Amerikanın Səsinə müsahibədə Amerikada təhsil, uşaqlarda riyaziyyat və dəqiq elmlərə marağın təşviq edilməsi və Lalənin gələcək planlarından danışıblar.​ “Mən riyaziyyata kiçik yaşlarımdan maraq göstərmişəm. Atam və anam da […]

ABŞ-ın qadınlardan ibarət yığması futbol üzrə 4-cü dəfə dünya çempionu oldu

ABŞ-ın qadınlardan ibarət milli yığması bazar günü Fransanın Lion şəhərində futbol üzrə dünya çempionatında Niderland yığması üzərində 2:0 hesabı ilə qələbə çalaraq, 4-cü dəfə çempion titulunu qazanıb. Dünya çempionatının finalında ABŞ yığmasının rəqibi olan Niderland Avropa çempionudur. ABŞ yığması dörd il bundan əvvəl 2015-ci ildə Yaponiya yığması üzərində qələbə çalaraq dünya çempionu olmuşdu. Qadınlararası futbol […]

Azərbaycanlı professorun tələbəsi Çaykovski müsabiqəsinin qalibi oldu

    Moskvada keçirilən Çaykovski adına 16-cı Beynəlxalq Musiqi Müsabiqəsində Paris konservatoriyasının professoru Rəna Mustafabəyli Şereşevskayanın tələbəsi Aleksandr Kantorov birinci mükafata layiq görülüb. İkinci mükafat rusiyalı pianoçu Dmitri Şişkin və yaponiyalı pianoçu Mao Fudzitaya verilib. Amerikalı Kennet Broberq və Rusiyadan iki pianoçu-Konstantin Yemelyanov və Aleksey Melnikov müsabiqədə üçüncü, çinli pianoçu An Tyansu isə dördüncü mükafata layiq görülüblər. […]

Günel Mövlud: Bullinqə qarşı mübarizədə sistem olaraq hamı birgə çalışmalıdır

Sosial media şəbəkələrində son günlər #bullinqəson və #Elinaüçüçn susma heşteqi ilə dəstək kampaniyaları aparılır. Bu kampaniya 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharından sonra başlayıb. Yeniyetmə qızın intihar etməsi Azərbaycanda yerli mediada və sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri olub. Müşahidəçilərin fikrincə, sosial mediada aparılan müzakirələr intihar halları və buna səbəb olan bullinq […]

Sudanda etirazların simvoluna çevrilən qadın kimdir

Dilşad Əliyarlı   Sudan paytaxtı Xartumda on minlərlə insanın hökumət əleyhinə keçirdiyi etiraz nümayişləri zamanı kütlə qarşısında inqilab nəğməsi söyləyən ağ geyimli qadının fotosu və videosu bu günlər sosial medianın fenomeninə çevrilib. Çoxları başında uzun ağ örtük, qulaqlarında isə disk formasında qızıl sırğalar olan qadını Sudanda gedən tarixi etirazların, eləcə də ölkədə dəyişikliklər arzusunun simvolu […]

Eren Özmen – Amerikanın türk əsilli milyarder qadını

Dilşad Əliyarlı Forbes jurnalı dünyanın ən zəngin insanlarının yeni siyahısını açıqlayıb. Amerika Birləşmiş Ştatları dünyada milyarderlərin sayına görə rekord 607 nəfərlə birinci yeri tutur. Dünyada 20 ən zəngin insandan 14-ü Amerikadadır. Dünyanın ən zəngin üç adamı isə Amazon şirkətinin təsisçisi Ceff Bezos, Bill və Melinda Geyts Fondunun prezidenti Bill Geyts və Amerika biznes maqnatı və […]

Mişel Obamanın xatirə kitabı rekord sayda satılır

Dilşad Əliyarlı ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın Təşəkkül (Becoming) memuar kitabı 2018-ci ildə ən çox satılan kitabdır. Noyabrın 13-də işıq üzü gördüyü gün kitabın 750 min nüsxəsi satılıb. Bunun səbəbi aydındır: Mişel Obama siyasətdən kənar Amerikanın mədəni həyatında özünəməxsus yer tutur. 426 səhifəlik memuar Mişel Obamanın anadan olduğu Çikaqoda uşaqlıq illərindən tutmuş Ağ Evdə […]