Hillari Klintonun tarixi nominasiyası

Pensilvaniya ştatının Filadelfiya şəhərində Demokrat partıyasının qurultayında Birləşmiş Ştatların keçmiş Dövlət katibi, senatoru və birinci xanımı olmuş Hillari Klinton ABŞ prezidentliyinə ilk qadın namizəd kimi nominasiya alaraq tarixə düşdü. Amerika tarixində ABŞ presidentliyinə ilk qadın namizəd kimi Hillari Klinton Demokrat partiyasından nominasiyanı Amerika nikbinliyinə əminliklə qəbul edib. “Bu gün biz daha mükəmməl ittifaqa doğru gedən […]

Şeril Sandberqdən qadınlara mesaj: “Bir-birimizə dayaq olaq”

Dilşad Əliyarlı Facebook şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Şeril Sandberqin təsis etdiyi Lean In təşkilatı qadınların bir-birinə dəstəyinin əhəmiyyətini vurğulamaq məqsədilə video kampaniyaya başlayıb. “Birlikdə qadınlar bacarır” adlı video mesajda aktrisalar Kerri Vaşinqton, Eva Lonqoriya, Emma Vatson Selena Qomez, Lena Danham, idmançılar Sereya Vilyams və Abi Vambax, jurnalist Meqan Kelli və Şeril Sandberqin özü onlara […]

Hillari Klinton: Nominasiya qadınlar üçün tarixi bir mərhələdir

Dilşad Əliyarlı ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerika tarixində Ağ Ev uğrunda mübarizədə partiyanı təmsil edəcək ilk qadın kimi tarixə öz adını yazmış olduğunu deyib. Klinton Amerika tarixində əsas siyasi partiyadan prezidentliyə nominasiya olunacaq ilk qadındır. “Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq”-deyə Klinton Bruklində onun qələbəsini təntənə […]

Mark Zukerberqin qızına məktubu: Sənin daha gözəl bir dünyada böyüməni istəyirik

Dilşad Əliyarlı     Facebook sosial şəbəkəsinin təsisçisi və icraçı direktoru Mark Zukerberq şirkətin bütün payının 99 faizini yaşadığı müddətdə xeyriyyə məqsədilə ianə edəcəyini bildirib. Keçən həftə dünyaya gəlmiş qızı Maksa məktubunda Zukerberq gələcək nəsillər qarşısında mənəvi bocu olduğunu deyərək, daha gözəl dünya yaratmaq üçün yeni təşəbbüsündən danışıb. Facebook təsisçisi yazıb ki, bu gün həyatın […]

Orduda ana olmaq

Dilşad Əliyarlı Hərbi xidmətdə olan qadınların çətinliklərdən keçməli olduğu çoxlarına məlum olsa da, hərbçi anaların orduda qarşılaşdığı problemləri təsəvvür etmək çətindir. Hər halda son illərə qədər ABŞ ordusunda gənc anaların körpələrini əmizdirməsi böyük bir problem idi. Analar yarım saat ərzində tələsik ya boş otaq tapıb körpələri əmizdirməli, ya da  ayaqyolunda südü südsoranla çəkməli olurdu. Lakin […]

Missiyaya sadiqlik- Amerika televiziyasının nüfuzlu qadın jurnalistləri

Dilşad Əliyarlı Məktəb yaşlarında Sovet İttifaqı üçün ABŞ-da nəşr olunan “Amerika” jurnalını əvvəlindən axıradək oxumağı sevirdim. Jurnalın nüsxələrindən birində ABŞ-ın NBC tele şirkətində xəbər proqramının o zaman aparıcısı olmuş Cessika Saviç haqda bir məqalə oxumuşdum. Tanınmış aparıcının jurnalın səhifələrində ofisi və evində çəkilmiş foto-şəkillər yerləşdirilmişdi. Bu fotolar məndə onun tam fərqli bir dünyadan özünə arxayın […]

Qadın futbolu, dünya kuboku və gender qeyri-bərabərliyi

Dilşad Əliyarlı ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığması bu günlər Kanadanın Vankuver şəhərində keçirilən Dünya çempionatının qalibi oldu. Amerika Birləşmiş Ştatlarının 4 iyul Müstəqillik gününün qeyd edildiyi həftə sonuna təsadüf edən bu qələbə ölkədə böyük sevinclə, qadın futbolçularsa qəhrəman kimi qarşılandılar. Futbol Amerikada ən populyar idman növü olmasa da ABŞ-ın qadınlardan ibarət milli yığmasının […]

“Rozi” – Amerikada müharibə dövrünün əməkçi qadın simvolu

Dilşad Əliyarlı İkinci Dünya müharibəsi zamanı Amerikada milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün presedenti olmayan bir şəkildə işisi qüvvəsi sıralarına qoşuldu. Bunun başlıca səbəbi işçi qüvvəsinin əsas hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə əlaqədar idi. 1940-1945-ci illər arasında ABŞ-da qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi. Qadınlar hərbi sənaye […]

Meril Stripdən qadın ssenari müəlliflərinə yardım

Dilşad Əliyarlı Hollivudun əfsanəvi aktrisası Meril Strip yaşı 40-dan yuxarı olan qadın ssenari müəlliflərinə yardım məqsədilə yeni təşəbbüsə qoşularaq böyük məbləğdə maliyyə vəsaiti ayırıb. Yazıçılar Laboratiyası adlanan qrupun ekspertləri Nyu-York ştatında yerləşən bir istirahət güşəsində qadın ssenari müəllifləri üçün xüsusi məşğələlər keçirəcək. Qadın ssenari müəlliflərinin yazdığı ssenarilərin böyük ekrana çıxa bilməsinə yardım məqsədi daşıyan bu […]