Arzu Hüseynova: Azərbaycan milli geyimləri əsas ilham mənbəyimdir
Dilşad Əliyarlı Kaliforniyanın Los Anceles şəhərində yaşayan azərbaycanlı dizayner Arzu Hüseynovanın bu yaxınlarda “Bir arzu bir gerçəklikdir” adlı layihəsinin təqdimatı olub. Bu layihə qüsurları olan qızlara bir gün model olmaq imkanı verilir. Arzu Hüseynova Amerikanın Səsinə müsahibəsində yeni layihəsindən və dizayner kimi fəaliyyətindən danışıb. Dilşad Əliyarlı: Dizayner olmaq arzusu nə vaxt yaranıb və […]
Günel Musayevanın uğur formulu: Zamanımı ayırdığım hər işdən maksimum fayda götürməyə çalışmışam
Dilşad Əliyarlı Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bahçeşehir universitetinin tələbəsi Günel Musayeva 106 ölkədən təhsil alan tələbələr arasında universitet birincisi olub və “Qızıl beyin” mükafatına layiq görülüb. İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsini bitirən Günel Musayeva Bahçeşehir universiteti ilə tələbə mübadiləsi əsasında təhsilini ABŞ-da Syracuse universitetində davam etdirib. Onun universitet tələbələri qarşısında […]
Sevil Süleymani: Ana dili güneyli qadınların əsas məsələsidir
Dilşad Əliyarlı Kaliforniya ştatının San Diyeqo universitetində qadın hüquqları mövzusunda magistr dərəcəsi almış Sevil Süleymani İran Azərbaycanında qadın və qızların təhsil imkanları və feminizm məsələlərini tədqiq edir. Sevil Süleymani Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə İran Azərbaycanında qadın və qızların problemlərindən danışıb. Güneyli fəal İranda dini qanunların mövcud olduğu şəraitdə bütün etnik qruplara mənsub qadınların […]
Fəridə Buyuranla Amerikadan Azərbaycana kulinariya səyahəti
Dilşad Əliyarlı Birləşmiş Ştatlar Konqresinin kitabxanasında ABŞ-da Azərbaycan mətbəxi haqda ilk kitabın müəllifi olan Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” adlı kitabının təqdimatı keçirilib. Dünyanın ən mötəbər kitabxanalarından biri olan Konqres kitabxanasının Yaxın Şərq bölməsində keçirilən tədbirdə Fəridə Buyuran Azərbaycanın mətbəx mədəniyyəti tarixi və ənənələri haqda danışıb və kitabın nüsxələrini imzalayıb. Toplaşanlara Azərbaycan […]
Səkinə İskəndər-Vaşinqtonun stilinə yeni rənglər gətirən dizayner
Dilşad Əliyarlı Virciniya ştatında yaşayan azərbaycanlı dizayner və sahibkar Səkinə İskəndər Vaşinqtonun moda həyatına yeni çalar gətirə bilib. Artıq bir neçə ildir Səkinə İskəndər Türkiyə və Azərbaycan dizaynerlərinin geyim və aksessuarlar kolleksiyalarını amerikalılara tanıtdırır. Bu yaxınlarda onun sahibi olduğu Take 5 butikində keçirilən moda şousunda Türkiyənin tanınmış dizaynerlərinin geyimləri nümayiş etdirilib. Qadınlara həsr edilmiş […]
Gülçöhrə və Gülnaz-Üzeyir Hacıbəyovun gənc qadın qəhrəmanları
Dilşad Əliyarlı Üzeyir Hacıbəyov uşaqlıq illərindən həyatımıza əsrarəngiz musiqisi ilə yanaşı, Gülçöhrə və Əsgər, Asya və Süleyman, Gülnaz və Sərvər kimi gənclərin timsalında gənc sevgili dostlar gətirib. Hər il bütün yay və qış tətilləri, yeni il və Novruz bayramlarında “Arşın mal alan” və “O olmasın bu olsun” filmlərinə yenidən baxaraq, bu obrazlar vasitəsilə Üzeyir […]
Fəridə Buyuran, “Nar və zəfəran” və Amerikadan Azərbaycana kulinariya səyahəti
Dilşad Əliyarlı Amerika Birləşmiş Ştatlarında Azərbaycan kulinariyası haqda ilk kitabın bu yaxınlarda nəşri gözlənilir. “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Kaliforniyada yaşayan azərbaycanlı blogger Fəridə Buyurandır. Oktyabr ayında işıq üzü görəcək kitab ABŞ-da böyük marağa səbəb olub və gözəl rəylər alıb. “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer kitaba rəydə yazıb: “Göz və zövqü […]