Şimali Koreyanın “Gözəllər ordusu”- nəğmələr və təbəssümlər arxasında rejim təbliğatı

Dilşad Əliyarlı     Cənubi Koreyada Pxençxanda Qış Olimpiya Oyunlarında Şimali Koreyanın qızlardan ibarət dəstək qrupu demək olar idmançılar qədər diqqət cəlb edir. 229 gənc, gözəl qız idman yarışları zamanı mahnılar və rəqslər ifa edib, Şimali Koreyanın Olimpiya Oyunlarında iştirak edən 22 idmançısına azarkeşlik edir. Hamısı eyni qırmızı rəngli, yaxası qara xəzli palto və qısa […]

İran qadınlarının baş örtüyünə etirazları

Sosial şəbəkələrdə İranda keçən ilin sonu və bu ilin əvvəli keçirilmiş etiraz aksiyalarının simvolu olaraq baş örtüyünü çıxarmış qadının görüntülərinə bu günlər tez-tez rast gəlmək mümkündür. Müşahidəçilər son etiraz aksiyalarında qadınların fəallığını qeyd edir. ABŞ-da yaşayan güneyli qadın hüquqları müdafiəçisi Sevil Süleymani İranda qadınların etiraz aksiyalarında iştirakı və azərbaycanlı qadınların problemlərindən danışıb. Kaliforniyanın San Diyeqo […]

Time jurnalı “Sükutu pozanlar”ı ilin adamı elan edib

  Time jurnalı seksual təcavüz və zorakılıq haqda məlumatlandırma kampaniyasına başlamış bir qrup qadını ilin adamı elan edib. Time jurnalının bildirdiyinə görə, “Sükutu pozanlar” adı ilə tanınan bu qrup sosial mediada haştaq yaradaraq, bir müqavimət hərəkatına rəvac verib. Sosial dəyişikliyə yol açmış bu hərəkat ayrı-ayrı qadınların sükutu pozub, cəsarətlə irəli çıxması ilə başlayıb.   Time […]

Səudiyyə Ərəbistanı qadınlarının həyatında tarixi dəyişiklik-kralın fərmanı ilə qadınların avtomobil sürməsinə icazə verildi

Dilşad Əliyarlı Səudiyyə Ərəbistanı qadınları nəhayət onların avtomobil sürməsinə icazə verilməsini böyük sevinc hissi ilə qarşılayaraq, bunu gələcək dəyişikliklərin müjdəçisi kimi qəbul edib. Dövlət mətbuatının verdyi məlumata görə, Səudiyyə Ərəbistanı kralı Salmanın fərmanı ilə qadınların kişilərlə bərabər avtomobil sürməsinə bundan sonra icazə veriləcək. Fərmanın 2018-ci ilin iyun ayında qüvvəyə minəcəyi bildirilir. Qadın hüquq müdafiəçiləri və […]

Amerikalı Teresa Hamlinin Qusarda corab biznesi

Dilşad Əliyarlı     ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin bir ildən çoxdur Azərbaycanda “Azərbaycan corabları” şirkətini təsis edib. Biznesin əsas məqsədi Azərbaycanın şimal bölgələrində toxunmuş corabların xarici ölkələr üçün satışıdır. Müəllim kimi Azərbaycanda işləyən Teresa Hamlin kəndlərdə yaşayan qadınları beləliklə işlə təmin edir. Teresa Hamlin Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə biznesinin daha […]

Ana südü ilə qidalanma körpənin sağlam gələcəyində ilk və ən mühüm mərhələdir

  Dilşad Əliyarlı   Avqustun 1-dən 7-nə qədər beynəlxalq Ana südü ilə qidalanma həftəsidir. Ümumdünya Səhiyyə Təşkilatının BMT-nin Uşaq agentliyi UNICEF-lə birlikdə keçirdiyi beynəlxalq kampaniyada dünya ölkələrində ana südü ilə qidalanmanın uşaqların sağlam həyatında rolu və əhəmiyyətinə xüsusi diqqət çəkilir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyanın 194 ölkəsindən yarıdan az hissəsi-40 faizində altı aydan kiçik […]

Ağ Ev, Dövlət Departamenti və Pentaqonda mətbuat katibləri qadınlardır

Dilşad Əliyarlı ABŞ administrasiyasında Ağ Ev, Dövlət Departamenti və Pentaqonu qadın mətbuat katibləri təmsil edir.     Keçən həftənin cümə günü Sara Hakabi Sanders Ağ Evin tarixində üçüncü qadın mətbuat katibi olub. Onun bu vəzifəyə təyinatı Ağ Evin sözçüsü Şon Spayserin istefasından sonra elan edilib. Ağ Evdə mətbuat katibi vəzifəsinin 1929-cu ildə təsis edilməsindən sonra […]

Arzu Hüseynova: Azərbaycan milli geyimləri əsas ilham mənbəyimdir

Dilşad Əliyarlı     Kaliforniyanın Los Anceles şəhərində yaşayan azərbaycanlı dizayner Arzu Hüseynovanın bu yaxınlarda “Bir arzu bir gerçəklikdir” adlı layihəsinin təqdimatı olub. Bu layihə qüsurları olan qızlara bir gün model olmaq imkanı verilir. Arzu Hüseynova Amerikanın Səsinə müsahibəsində yeni layihəsindən və dizayner kimi fəaliyyətindən danışıb. Dilşad Əliyarlı: Dizayner olmaq arzusu nə vaxt yaranıb və […]

Nərgiz Əliyarova: Azərbaycan musiqisinin təbliğinə ən ümdə məsələ kimi baxıram

Dilşad Əliyarlı Tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova Nyu York şəhərində solo konsert proqramı ilə çıxış edib. Amerika səfəri çərçivəsində pianoçu ABŞ universitetlərində mühazirələr oxuyub və konsertlər verib. Nərgiz Əliyarova Vaşinqtonda Amerikanın Səsinin də qonağı olub və ABŞ-a səfəri, Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması, pedaqoji və ifaçılıq fəaliyyətindən danışıb. Müsahibəni bu linkdə izləyə […]

Amerikanın birinci xanımlarının Ağ Evdə görüş ənənəsi

Dilşad Əliyarlı Birləşmiş Ştatlarda uzun sürən seçki kampaniyasının başa çatmasından sonra hakimiyyətin dinc keçidi dövrü başlayıb. Bu mərhələdə Ağ Evin ənənələrindən birinə uyğun olaraq Amerikanın birinci xanımı Mişel Obama gələcək birinci xanım Melaniya Trampı Ağ Evdə qəbul edib. Prezident Obama Amerika tarixində ən neqativ seçki kampaniyasından sonra Oval ofisdə yeni seçilmiş prezident Donald Trampla ilk […]