ABŞ-ın yeni Konqresində rekord sayda qadın qanunverici təmsil olunub

Dilşad Əliyarlı     ABŞ Konqresinin Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelozi Demokrat partiyasından qadın qanunvericilərlə Kapitoli binasının önündə şəkil çəkdirib. Kaliforniya ştatını təmsil edən Nensi Pelozi 2007-ci ildən 2011-ci ilə qədər ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk qadın spikeri olub. ABŞ-ın 114-cü Konqresi Amerika tarixində Nümayəndələr Palatasında ən çox qadının təmsil olunduğu qanunvericilik […]

Zeyno Baran: Qızıma daha yaxşı ana olmaq üçün bu seçimi etdim

Dilşad Əliyarlı Vaşinqtonda Avrasiya üzrə tanınmış ekspertlərdən biri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran bu yaxınlarda özünü tamamilə fərqli sahədə sınamaq istədiyini elan etməsilə çoxlarını təəccübləndirdi. Zeyno Baran Stanford universitetində Siyasi Elmlər üzrə bakalavr və beynəlxalq iqtisadi inkişaf üzrə magistr dərəcəsi alandan sonra ABŞ paytaxtında Nikson Mərkəzi, Hadson institutu, Beynəlxalq və […]

Keçən əsrlərdə qadınların matəm geyimi-Metropoliten muzeyində yeni sərgi

Dilşad Əliyarlı Müasir qadının qarderobunu bu gün qara don olmadan təsəvvür etmək mümkün deyil. Lakin istər adi iş günü ofisdə, istərsə də axşam ziyafət, ya da əyləncə yelərində qadını şıq və eleqant göstərən qara don əslində bir zamanlar matəm geyimi hesab edilirdi. Bu günlər Nyu-Yorkda Metropoliten muzeyinin Anna Vintur Kostyum mərkəzində bir əsr ərzində qadınların […]

Qlobal gender bərabərliyi uzun illərdən sonra mümkün ola bilər

Dilşad Əliyarlı Dünya İqtisadi Forumunun açıqladığı yeni illik hesabatda son 10 ildə dünyanın bir sıra ölkələrində qadınlar və kişilər arasında bərabərliyin təmin olunmasında müsbət inkişafların olduğu qeyd edilib. Lakin bununla belə, gender bərabərliyi indeksinə dair hesabatda göstərilir ki, qlobal səviyyədə qadınlar və kişilər arsında bərabərliyin təmin olunması üçün uzun illər lazım ola bilər. 2006-cı ildən […]

Nəzrin Cavadzadə Türkiyənin “Altın Portakal” mükafatının qalibidir

Dilşad Əliyarlı   Antaliyada Türkiyə kinematoqrafçılarının ən mühüm tədbiri olan “Altın Portakal” kino-festivalında əslən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında yüksək mükafata layiq görülüb. Gənc aktrisa rejissor Kutluğ Atamanın ssenaristi və prodüseri olduğu “Quzu” filmində yaratdığı Mədinə obrazına görö Türkiyə kino sənətinin ən yüksək mükafatını alıb. Nəzrin Cavadzadə 1982-ci ildə Bakıda […]

Jaklin və Con Kennedinin toy günündən yeni fotolar

Dilşad Əliyarlı   ABŞ-ın keçmiş prezidenti Con Kennedinin ölümündən 50 il, onun Jaklin Kennedi ilə evlənməsindən 60 ildən artıq vaxt keçməsinə baxmayaraq, onlar Amerikanın yenə də ən məşhur cütlərindən biri olaraq qalır.     Bostonda yerləşən RR Auction hərrac evinin onların toyunda çəkilmiş 13 foto-şəkli bu gün hərraca çıxarması yəqin Jaklin və Con Kennediyə marağın […]

Hollivudun ən yaraşıqlı aktyorunun ürəyini fəth etmiş Amal Alamuddin

Dilşad Əliyarlı Livan mənşəli britaniyalı hüquqşünas Amal Alamuddin Holludun ən populyar subay ulduzu olan Corc Kluniyə ərə getməklə çoxları üçün qeyri-mümkün görünən bir iş görə bilib. Dünyanın ən yaraşıqlı kişisi kimi tanınan Corc Kluninin uzun illər subaylıq həyatından sonra yenidən evlənəcəyinə heç kəs inanmırdı. Corc Kluni 1983-cü ildə aktrisa Talia Balsamla evlənib 1994-cü ildə ondan […]

Sofi Loren – Dörd dəfə 20 yaşında

Dilşad Əliyarlı İtaliya milli kinematoqrafının ikonası, dünya şöhrətli aktrisa Sofi Lorenin bu gün 80 yaşı tamam olur.  İtaliyanın Baş naziri Matteo Renzi Tvitter hesabında Sofi Lorenə təbrik mesajında yazıb:”Bu gün İtaliyanı çox sevən qadının xüsusi ad günüdür. Dörd dəfə iyirmi yaşında Sofi Lorenin ad günü mübarək!” Aktrisanın yubileyi İtaliyada qeyd edilsə də, o özü dünyanın […]

Gülçöhrə və Gülnaz-Üzeyir Hacıbəyovun gənc qadın qəhrəmanları

Dilşad Əliyarlı   Üzeyir Hacıbəyov uşaqlıq illərindən həyatımıza əsrarəngiz musiqisi ilə yanaşı, Gülçöhrə və Əsgər, Asya və Süleyman, Gülnaz və Sərvər kimi gənclərin timsalında gənc sevgili dostlar gətirib. Hər il bütün yay və qış tətilləri, yeni il və Novruz bayramlarında “Arşın mal alan” və “O olmasın bu olsun” filmlərinə yenidən baxaraq, bu obrazlar vasitəsilə Üzeyir […]

Amerika gözəli Kira Kazantsev

Dilşad Əliyarlı ABŞ-da rus mühacirlərin ailəsində dünyaya gəlib boya-başa çatmış Kira Kazantsev 2015-ci il Amerika gözəli tituluna layiq görülüb. Nyu-York ştatını təmsil edən 23 yaşlı Kira Kazantsev münsiflər heyəti və tamaşaçıları öz gözəlliyi ilə yanaşı istedadı və intellekti ilə də valeh edə bilib. Amerika gözəli müsabiqəsi Nyu-Cersi ştatının Atlantic City şəhərində keçirilirdi. Müsabiqənin finalında Nyu […]