Məryəm Mirzəxani- riyaziyyat üzrə ən yüksək mükafatı almış ilk qadın

Dilşad Əliyarlı ABŞ universitetinin iranlı professoru Məryəm Mirzəxani riyaziyyat sahəsində ən prestijli Filds mükafatını alan ilk qadın kimi tarixə düşüb. Mükafat Məryəm Mirzəxaniyə Seulda Cənubi Koreyanın ilk qadın prezidenti Park Qın He tərəfindən təqdim edilib. 37 yaşlı riyaziyyatçı-alim Harvard universitetini bitirib və hazırda Kaliforniya ştatında Stanford universitetinin professorudur. Məryəm Mirzəxaninin  riyaziyyat sahəsində uğurları hələ çox […]

Səudiyyəli qadın aparıcının hicabsız efirə çıxması ətrafında qalmaqal

   Dilshad Əliyarlı Səudiyyə Ərəbistanı televiziyasında qadın aparıcının xəbər proqramında efirə baş örtüyü olmadan çıxması ölkədə qalmaqala səbəb olub. Adının açıqlanmadığı qadın jurnalist dövlətə məxsus Əl-Əxbəriyyə tele kanalının xəbər proqramının aparıcısıdır. Xəbər proqramının videosu YouTube səhifəsində yerləşdirilib. Səudiyyə televiziyasının rəsmisi məsələyə dərhal aydınlıq gətirərək, xəbər proqramının Londondan yayımlandığını deyib. Gulf News xəbər saytına əsasən, Səudiyyə […]

Əfqanıstan qadınları – müasir tarix fotolarda

Dilşad Əliyarlı Tvitterdə paylaşılan bu foto-şəkildə 1972-ci ildə Kabil küçələrində gənc əfqan qadınlar göstərilir. 1970-ci illərə qədər neytral ölkə olan Əfqanıstan Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı tərəfindən maliyyə yardımı alırdı. Ölkədə qadın hüquqları sahəsində islahatlar həyata keçirilmişdi. 1979-cu ildə Sovet İttifaqının müdaxiləsi, on il sürən vətəndaş müharibəsi, esktremist Taliban qüvvələrinin hakimiyyətə gəlməsi qadınların ictimai […]

Malala Yusifzai: Bir kitab və bir qələmlə dünyanı dəyişdirmək istəyən qız

Dilşad Əliyarlı “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.”-Malala Yusifzai Qızların təhsil hüquqlarını müdafiə edən əslən pakistanlı fəal Malala Yusifzai məktəbdən qaçırılmış nigeriyalı qızlara dəstək məqsədilə ad günündə Nigeriyaya səfər edib. Malala Yusifzainin ad günü BMT tərəfindən beynəlxalq Malala günü elan edilib. Hər […]

Fəridə Buyuran, “Nar və zəfəran” və Amerikadan Azərbaycana kulinariya səyahəti

Dilşad Əliyarlı Amerika Birləşmiş Ştatlarında Azərbaycan kulinariyası haqda ilk kitabın bu yaxınlarda nəşri gözlənilir. “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Kaliforniyada yaşayan azərbaycanlı blogger Fəridə Buyurandır. Oktyabr ayında işıq üzü görəcək kitab ABŞ-da böyük marağa səbəb olub və gözəl rəylər alıb. “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer kitaba rəydə yazıb: “Göz və zövqü […]

Qadın, ailə və karyera

Dilşad Əliyarlı “Məndən xüsusilə də qadınlar tez-tez soruşur ki, ailə həyatını elmi karyera ilə necə uzlaşdıra bilirəm. Deməliyəm ki asan deyil.”-Mariya Küri, ilk qadın Nobel mükafatı laureatı. Müasir qadın özünü büsbütün ailəyə, yoxsa karyeraya həsr etmək kimi dilemmanı həll etmək üçün öz həyatında balans yaratmağa çalışır.  Bu mürəkkəb dilemma qarşısında qadınlar karyeranı üstün tutarkən ailəyə […]

Hillari Klintonun “Çətin seçimlər”i

Dilşad Əliyarlı “Həyatda hamımız çətin seçimlərlə qarşılaşırıq. Həyat bu seçimlərdən ibarətdir. Bizim seçimlərimiz və onları necə idarə etməyimiz bizim kim olduğumuzu müəyyən edir”-Hillari Klinton, “Çətin seçimlər” Hillari Klinton vəzifədən gedəndən sonra ictimaiyyətin diqqətindən kənarda qalan bir çox siyasətçidən fərqli olaraq 2013-cü ildə Dövlət katibi postunu tərk edəndə təbii olaraq “onun növbəti addımı nə olacaq?” sualı […]

Xoşbəxtliyin sirri varmı?

Dilşad Əliyarlı Xoşbəxtlik sizi gözəlləşdirir.  Xoşbəxt insanlar gözəl insanlardır. Onlar sanki güzgüdür və xoşbəxtliyi əks etdirirlər.-Drü Berrimor, Amerika aktrisası. Xoşbəxtlik hissini yaşayan insanlar onun müxtəlif və olduqca çox mənbəyi olduğunu bilir. Aparılan tədqiqatların böyük hissəsi onu göstərir ki, ailə üzvləri və yaxın dostlarla əhatə olunmuş insanlar özlərini həyatda daha xoşbəxt hiss edirlər. Yaxın rəfiqələri ilə bütün […]

Qadının müvəffəqiyyət düsturu

Dilşad Əliyarlı Müasir dövrdə qadının imkanları artdıqca onun narahatlıqları və qayğıları da çoxalır. Əvvəllər sadəcə ənənəvi ana və həyat yoldaşı kimi əsas funksiyaları yerinə yetirən qadın kişilərlə bərabər siyasi kampaniyalarda və mürəkkəb cərrahiyyə əməliyyatlarında iştirak edir, böyük şirkətlərin başında durur, milyardlarla kapitala sahib olur. Qadınlar bu gün təkcə öz ölkələrində deyil, beynəlxalq səviyyədə nüfuz qazana […]