Amerikalı Teresa Hamlinin Qusarda corab biznesi

Dilşad Əliyarlı     ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin bir ildən çoxdur Azərbaycanda “Azərbaycan corabları” şirkətini təsis edib. Biznesin əsas məqsədi Azərbaycanın şimal bölgələrində toxunmuş corabların xarici ölkələr üçün satışıdır. Müəllim kimi Azərbaycanda işləyən Teresa Hamlin kəndlərdə yaşayan qadınları beləliklə işlə təmin edir. Teresa Hamlin Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə biznesinin daha […]

Ağ Ev, Dövlət Departamenti və Pentaqonda mətbuat katibləri qadınlardır

Dilşad Əliyarlı ABŞ administrasiyasında Ağ Ev, Dövlət Departamenti və Pentaqonu qadın mətbuat katibləri təmsil edir.     Keçən həftənin cümə günü Sara Hakabi Sanders Ağ Evin tarixində üçüncü qadın mətbuat katibi olub. Onun bu vəzifəyə təyinatı Ağ Evin sözçüsü Şon Spayserin istefasından sonra elan edilib. Ağ Evdə mətbuat katibi vəzifəsinin 1929-cu ildə təsis edilməsindən sonra […]

Şeril Sandberqdən qadınlara mesaj: “Bir-birimizə dayaq olaq”

Dilşad Əliyarlı Facebook şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Şeril Sandberqin təsis etdiyi Lean In təşkilatı qadınların bir-birinə dəstəyinin əhəmiyyətini vurğulamaq məqsədilə video kampaniyaya başlayıb. “Birlikdə qadınlar bacarır” adlı video mesajda aktrisalar Kerri Vaşinqton, Eva Lonqoriya, Emma Vatson Selena Qomez, Lena Danham, idmançılar Sereya Vilyams və Abi Vambax, jurnalist Meqan Kelli və Şeril Sandberqin özü onlara […]

Beynəlxalq Qadınlar Günündə qadınların töhfələri tərənnüm edilir, problemlərə diqqət yetirilir

Dilşad Əliyarlı Dünya ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edildiyi zaman açıqlanmış hesabatlar qadınların siyasi, iqtisadi və sosial həyatına dəyişikliklər gətirilməsi səyləri qarşısında hələ də maneələrin olduğunu göstərir. Beynəlxalq qadın hərəkatının 100 ildən artıq tarixinə baxmayaraq, dünyanın bir sıra ölkələrində qadınlara qarşı gender zəminində ayrı-seçkilik davam edir. BMT-nin Qadın agenliyi (Gender Bərabəriyi və Qadınlara Bərabər […]

Səkinə İskəndər-Vaşinqtonun stilinə yeni rənglər gətirən dizayner

Dilşad Əliyarlı   Virciniya ştatında yaşayan azərbaycanlı dizayner və sahibkar Səkinə İskəndər Vaşinqtonun moda həyatına yeni çalar gətirə bilib. Artıq bir neçə ildir Səkinə İskəndər Türkiyə və Azərbaycan dizaynerlərinin geyim və aksessuarlar kolleksiyalarını amerikalılara tanıtdırır. Bu yaxınlarda onun sahibi olduğu Take 5 butikində keçirilən moda şousunda Türkiyənin tanınmış dizaynerlərinin geyimləri nümayiş etdirilib. Qadınlara həsr edilmiş […]

Zeyno Baran: Qızıma daha yaxşı ana olmaq üçün bu seçimi etdim

Dilşad Əliyarlı Vaşinqtonda Avrasiya üzrə tanınmış ekspertlərdən biri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran bu yaxınlarda özünü tamamilə fərqli sahədə sınamaq istədiyini elan etməsilə çoxlarını təəccübləndirdi. Zeyno Baran Stanford universitetində Siyasi Elmlər üzrə bakalavr və beynəlxalq iqtisadi inkişaf üzrə magistr dərəcəsi alandan sonra ABŞ paytaxtında Nikson Mərkəzi, Hadson institutu, Beynəlxalq və […]

Qadın, ailə və karyera

Dilşad Əliyarlı “Məndən xüsusilə də qadınlar tez-tez soruşur ki, ailə həyatını elmi karyera ilə necə uzlaşdıra bilirəm. Deməliyəm ki asan deyil.”-Mariya Küri, ilk qadın Nobel mükafatı laureatı. Müasir qadın özünü büsbütün ailəyə, yoxsa karyeraya həsr etmək kimi dilemmanı həll etmək üçün öz həyatında balans yaratmağa çalışır.  Bu mürəkkəb dilemma qarşısında qadınlar karyeranı üstün tutarkən ailəyə […]

Qadının müvəffəqiyyət düsturu

Dilşad Əliyarlı Müasir dövrdə qadının imkanları artdıqca onun narahatlıqları və qayğıları da çoxalır. Əvvəllər sadəcə ənənəvi ana və həyat yoldaşı kimi əsas funksiyaları yerinə yetirən qadın kişilərlə bərabər siyasi kampaniyalarda və mürəkkəb cərrahiyyə əməliyyatlarında iştirak edir, böyük şirkətlərin başında durur, milyardlarla kapitala sahib olur. Qadınlar bu gün təkcə öz ölkələrində deyil, beynəlxalq səviyyədə nüfuz qazana […]