Üzeyir Hacıbəylinin musiqisi Amerikada – musiqişünas Aida Hüseynova ilə söhbət
Dilşad Əliyarlı Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam oldu. Üzeyir Hacıbəylinin musiqisi müasir dövrdə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda dünyanın ən tanınmış musiqiçiləri tərəfindən ifa edilir. Amerika Birləşmiş Ştatlarında “Leyli və Məcnun” operasının iki quruluşda tamaşaya qoyulması Azərbaycan musiqisinin ABŞ-da və dünya miqyasında tanıdılmasında müstəsna rol oynayıb. “Leyli və Məcnun” dünya […]
Moda dünyası koronavirusa qarşı mübarizəyə necə kömək edir
Dilşad Əliyarlı Bu günlər Nyu York dizayneri Kristiano Siriano sosial media şəbəkəsində 100 min maska hazırladığını elan edərək, dəstək göstərənlərə və donorlara təşəkkürünü bildirib. Nyu Yorkda fəaliyyət göstərən dizayner Mayl Kors və keçmiş model Haydi Klumun da bir vaxtlar münsiflər heyətinin tərkibində olduğu “Project Runway” şousunun qalibi olmuş Kristiano Siriano epidemiyanın yayıldığı vaxtdan şəhər […]
Ağ qızılgül və qara donlar-Grammy mükafatlarının təqdimatı mərasimində qadın bərabərliyinə dəstək mesajları
Dilşad Əliyarlı Musiqi və əyləncə dünyasının ulduzları Nyu Yorkda ötən gecə Grammy mükafatlarının 60-cı təqdimatı mərasimində qadınların bərabərliyinə dəstək mesajlarını qara və ağ rənglərdə geyimləri ilə verib. Ağ qızılgül və qara donlar Hollivudda başlayan TimesUp kampaniyası ilə həmrəyliyin nümayişidir. Mayli Sayrus (Miley Cyrus), Beyonse (Beyonce), Ledi Qaqa (Lady Gaga) qırmızı xalıya qara rəngli donlarda, […]
Nərgiz Əliyarova: Azərbaycan musiqisinin təbliğinə ən ümdə məsələ kimi baxıram
Dilşad Əliyarlı Tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova Nyu York şəhərində solo konsert proqramı ilə çıxış edib. Amerika səfəri çərçivəsində pianoçu ABŞ universitetlərində mühazirələr oxuyub və konsertlər verib. Nərgiz Əliyarova Vaşinqtonda Amerikanın Səsinin də qonağı olub və ABŞ-a səfəri, Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması, pedaqoji və ifaçılıq fəaliyyətindən danışıb. Müsahibəni bu linkdə izləyə […]
Gülşiftə Fərahanidən İran ayətullahlarına növbəti itaətsizlik mesajı
Dilşad Əliyarlı Sürgündə yaşayan iranlı aktrisa Gülşiftə Fərahaninin Fransanın Eqoist (Egoiste) jurnalının üz qabığında çılpaq şəkli Tehran ayətullahlarına yeni itaətsizlik mesajı kimi qəbul edilir. Tehran rəsmiləri aktrisanın növbəti addımına reaksiya verməyiblər. Gülşiftə Fərahinin ağ-qara şəklinin müəllifi tanınmış fotoqraf Paolo Roversidir. Aktrisa “Eqoist” jurnalına verdiyi müsahibədə Fransada azad olduğunu deyib: “Paris qadının azad ola bildiyi yeganə […]
Keçən əsrlərdə qadınların matəm geyimi-Metropoliten muzeyində yeni sərgi
Dilşad Əliyarlı Müasir qadının qarderobunu bu gün qara don olmadan təsəvvür etmək mümkün deyil. Lakin istər adi iş günü ofisdə, istərsə də axşam ziyafət, ya da əyləncə yelərində qadını şıq və eleqant göstərən qara don əslində bir zamanlar matəm geyimi hesab edilirdi. Bu günlər Nyu-Yorkda Metropoliten muzeyinin Anna Vintur Kostyum mərkəzində bir əsr ərzində qadınların […]
Nəzrin Cavadzadə Türkiyənin “Altın Portakal” mükafatının qalibidir
Dilşad Əliyarlı Antaliyada Türkiyə kinematoqrafçılarının ən mühüm tədbiri olan “Altın Portakal” kino-festivalında əslən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında yüksək mükafata layiq görülüb. Gənc aktrisa rejissor Kutluğ Atamanın ssenaristi və prodüseri olduğu “Quzu” filmində yaratdığı Mədinə obrazına görö Türkiyə kino sənətinin ən yüksək mükafatını alıb. Nəzrin Cavadzadə 1982-ci ildə Bakıda […]
Hollivudun ən yaraşıqlı aktyorunun ürəyini fəth etmiş Amal Alamuddin
Dilşad Əliyarlı Livan mənşəli britaniyalı hüquqşünas Amal Alamuddin Holludun ən populyar subay ulduzu olan Corc Kluniyə ərə getməklə çoxları üçün qeyri-mümkün görünən bir iş görə bilib. Dünyanın ən yaraşıqlı kişisi kimi tanınan Corc Kluninin uzun illər subaylıq həyatından sonra yenidən evlənəcəyinə heç kəs inanmırdı. Corc Kluni 1983-cü ildə aktrisa Talia Balsamla evlənib 1994-cü ildə ondan […]
Sofi Loren – Dörd dəfə 20 yaşında
Dilşad Əliyarlı İtaliya milli kinematoqrafının ikonası, dünya şöhrətli aktrisa Sofi Lorenin bu gün 80 yaşı tamam olur. İtaliyanın Baş naziri Matteo Renzi Tvitter hesabında Sofi Lorenə təbrik mesajında yazıb:”Bu gün İtaliyanı çox sevən qadının xüsusi ad günüdür. Dörd dəfə iyirmi yaşında Sofi Lorenin ad günü mübarək!” Aktrisanın yubileyi İtaliyada qeyd edilsə də, o özü dünyanın […]
Gülçöhrə və Gülnaz-Üzeyir Hacıbəyovun gənc qadın qəhrəmanları
Dilşad Əliyarlı Üzeyir Hacıbəyov uşaqlıq illərindən həyatımıza əsrarəngiz musiqisi ilə yanaşı, Gülçöhrə və Əsgər, Asya və Süleyman, Gülnaz və Sərvər kimi gənclərin timsalında gənc sevgili dostlar gətirib. Hər il bütün yay və qış tətilləri, yeni il və Novruz bayramlarında “Arşın mal alan” və “O olmasın bu olsun” filmlərinə yenidən baxaraq, bu obrazlar vasitəsilə Üzeyir […]