Nigar Köçərli: Arzum budur ki, Azərbaycanın hər şəhərində, kəndində bir kitab mağazası olsun

Dilşad Əliyarlı Əli və Nino kitab evinin 15 illiyi tamam oldu. Bu illər ərzində Əli və Nino şəbəkəsi oxucuların sevimli məkanı olmaqla yanaşı, kitab mədəniyyətində yeni bir səhifə açaraq, müasir Bakının simvollarından birinə çevrildi. Əli və Nino kitab evinin sahibi Nigar Köçərli qurduğu biznes modeli, pandemiya dövründə çətinliklər və gələcək planlar haqda danışır. Dilşad Əliyarlı: […]

Fəridə Buyuranla Bakıda kulinariya turu

Dilşad Əliyarlı Nar və zəfəran, ətirli ədvalar, payız meyvələri, qurudulmuş meyvə və çeşidli tutmalar – bu`qurmanlar cənnəti`ndə qonaqlara hər cür dadlar təklif edilir. Bakının kulinariya mənzərəsi ilə tanışlıq Yaşıl Bazarda başlayır. Fəridə Buyuran mətbəx və mədəniyyət turunun iştirakçılarını təzə yerli məhsullarla tanış edir. Beynəlxaq mükafatlara layiq görülmüş və ABŞ-da Azərbaycan mətbəxi haqda ilk  “Nar və zəfəran: Azərbaycana kulinariya […]

Günel Mövlud: Bullinqə qarşı mübarizədə sistem olaraq hamı birgə çalışmalıdır

Sosial media şəbəkələrində son günlər #bullinqəson və #Elinaüçüçn susma heşteqi ilə dəstək kampaniyaları aparılır. Bu kampaniya 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharından sonra başlayıb. Yeniyetmə qızın intihar etməsi Azərbaycanda yerli mediada və sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri olub. Müşahidəçilərin fikrincə, sosial mediada aparılan müzakirələr intihar halları və buna səbəb olan bullinq […]

Reyhan Camalova: Ən böyük arzum Nobel mükafatı almaqdır

Dilşad Əliyarlı   Dünyanın ən nüfuzlu dərgilərindən biri olan “Forbes” jurnalının yaşı 30-dan aşağı olan 30 ən istedadlı ixtiraçı və innovatorlar siyahısına daxil edilən azərbaycanlı yeniyetmə Reyhan Camalova bu günlər Boston şəhərində keçirilən Forbes sammitdə iştirak edib. Reyhan Camalova yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunun ixtiraçısıdır.  Bu ixtira təmiz su problemini həll etmək […]

Amerikalı Teresa Hamlinin Qusarda corab biznesi

Dilşad Əliyarlı     ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin bir ildən çoxdur Azərbaycanda “Azərbaycan corabları” şirkətini təsis edib. Biznesin əsas məqsədi Azərbaycanın şimal bölgələrində toxunmuş corabların xarici ölkələr üçün satışıdır. Müəllim kimi Azərbaycanda işləyən Teresa Hamlin kəndlərdə yaşayan qadınları beləliklə işlə təmin edir. Teresa Hamlin Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə biznesinin daha […]

Səkinə İskəndər-Vaşinqtonun stilinə yeni rənglər gətirən dizayner

Dilşad Əliyarlı   Virciniya ştatında yaşayan azərbaycanlı dizayner və sahibkar Səkinə İskəndər Vaşinqtonun moda həyatına yeni çalar gətirə bilib. Artıq bir neçə ildir Səkinə İskəndər Türkiyə və Azərbaycan dizaynerlərinin geyim və aksessuarlar kolleksiyalarını amerikalılara tanıtdırır. Bu yaxınlarda onun sahibi olduğu Take 5 butikində keçirilən moda şousunda Türkiyənin tanınmış dizaynerlərinin geyimləri nümayiş etdirilib. Qadınlara həsr edilmiş […]