Azərbaycanlı professorun tələbəsi Çaykovski müsabiqəsinin qalibi oldu

    Moskvada keçirilən Çaykovski adına 16-cı Beynəlxalq Musiqi Müsabiqəsində Paris konservatoriyasının professoru Rəna Mustafabəyli Şereşevskayanın tələbəsi Aleksandr Kantorov birinci mükafata layiq görülüb. İkinci mükafat rusiyalı pianoçu Dmitri Şişkin və yaponiyalı pianoçu Mao Fudzitaya verilib. Amerikalı Kennet Broberq və Rusiyadan iki pianoçu-Konstantin Yemelyanov və Aleksey Melnikov müsabiqədə üçüncü, çinli pianoçu An Tyansu isə dördüncü mükafata layiq görülüblər. […]