Üzeyir Hacıbəylinin musiqisi Amerikada – musiqişünas Aida Hüseynova ilə söhbət

Dilşad Əliyarlı Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam oldu. Üzeyir Hacıbəylinin musiqisi müasir dövrdə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda dünyanın ən tanınmış musiqiçiləri tərəfindən ifa edilir. Amerika Birləşmiş Ştatlarında “Leyli və Məcnun” operasının iki quruluşda tamaşaya qoyulması Azərbaycan musiqisinin ABŞ-da və dünya miqyasında tanıdılmasında müstəsna rol oynayıb. “Leyli və Məcnun” dünya […]