Amerikalı Teresa Hamlinin Qusarda corab biznesi

Dilşad Əliyarlı     ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin bir ildən çoxdur Azərbaycanda “Azərbaycan corabları” şirkətini təsis edib. Biznesin əsas məqsədi Azərbaycanın şimal bölgələrində toxunmuş corabların xarici ölkələr üçün satışıdır. Müəllim kimi Azərbaycanda işləyən Teresa Hamlin kəndlərdə yaşayan qadınları beləliklə işlə təmin edir. Teresa Hamlin Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə biznesinin daha […]

Amerikanın birinci xanımlarının Ağ Evdə görüş ənənəsi

Dilşad Əliyarlı Birləşmiş Ştatlarda uzun sürən seçki kampaniyasının başa çatmasından sonra hakimiyyətin dinc keçidi dövrü başlayıb. Bu mərhələdə Ağ Evin ənənələrindən birinə uyğun olaraq Amerikanın birinci xanımı Mişel Obama gələcək birinci xanım Melaniya Trampı Ağ Evdə qəbul edib. Prezident Obama Amerika tarixində ən neqativ seçki kampaniyasından sonra Oval ofisdə yeni seçilmiş prezident Donald Trampla ilk […]

Beynəlxalq Qadınlar Günündə qadınların töhfələri tərənnüm edilir, problemlərə diqqət yetirilir

Dilşad Əliyarlı Dünya ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edildiyi zaman açıqlanmış hesabatlar qadınların siyasi, iqtisadi və sosial həyatına dəyişikliklər gətirilməsi səyləri qarşısında hələ də maneələrin olduğunu göstərir. Beynəlxalq qadın hərəkatının 100 ildən artıq tarixinə baxmayaraq, dünyanın bir sıra ölkələrində qadınlara qarşı gender zəminində ayrı-seçkilik davam edir. BMT-nin Qadın agenliyi (Gender Bərabəriyi və Qadınlara Bərabər […]

2015-ci ildə qadınların həyatında yadda qalan hadisələr

Dilşad Əliyarlı   Angela Merkel ​​ Almaniya kansleri Angel Merkel “Time” jurnalının ilin adamı seçildi. Almaniyanın təkcə ilk qadın deyil, həm də kommunist Şərqdə anadan olub boya-başa çatmış ilk lideri kimi olan xamım Merkel kansler kimi hakimiyyətdə 10-cu ilini qeyd etdi. Merkel Forbes jurnalının hər il açıqladığı dünyanın ən nüfuzlu 100 qadını siyahısında da ən […]

Gülşiftə Fərahanidən İran ayətullahlarına növbəti itaətsizlik mesajı

Dilşad Əliyarlı Sürgündə yaşayan iranlı aktrisa Gülşiftə Fərahaninin Fransanın Eqoist (Egoiste) jurnalının üz qabığında çılpaq şəkli Tehran ayətullahlarına yeni itaətsizlik mesajı kimi qəbul edilir. Tehran rəsmiləri aktrisanın növbəti addımına reaksiya verməyiblər. Gülşiftə Fərahinin ağ-qara şəklinin müəllifi tanınmış fotoqraf Paolo Roversidir. Aktrisa “Eqoist” jurnalına verdiyi müsahibədə Fransada azad olduğunu deyib: “Paris qadının azad ola bildiyi yeganə […]

Sofi Loren – Dörd dəfə 20 yaşında

Dilşad Əliyarlı İtaliya milli kinematoqrafının ikonası, dünya şöhrətli aktrisa Sofi Lorenin bu gün 80 yaşı tamam olur.  İtaliyanın Baş naziri Matteo Renzi Tvitter hesabında Sofi Lorenə təbrik mesajında yazıb:”Bu gün İtaliyanı çox sevən qadının xüsusi ad günüdür. Dörd dəfə iyirmi yaşında Sofi Lorenin ad günü mübarək!” Aktrisanın yubileyi İtaliyada qeyd edilsə də, o özü dünyanın […]

Xoşbəxtliyin sirri varmı?

Dilşad Əliyarlı Xoşbəxtlik sizi gözəlləşdirir.  Xoşbəxt insanlar gözəl insanlardır. Onlar sanki güzgüdür və xoşbəxtliyi əks etdirirlər.-Drü Berrimor, Amerika aktrisası. Xoşbəxtlik hissini yaşayan insanlar onun müxtəlif və olduqca çox mənbəyi olduğunu bilir. Aparılan tədqiqatların böyük hissəsi onu göstərir ki, ailə üzvləri və yaxın dostlarla əhatə olunmuş insanlar özlərini həyatda daha xoşbəxt hiss edirlər. Yaxın rəfiqələri ilə bütün […]

Qadının müvəffəqiyyət düsturu

Dilşad Əliyarlı Müasir dövrdə qadının imkanları artdıqca onun narahatlıqları və qayğıları da çoxalır. Əvvəllər sadəcə ənənəvi ana və həyat yoldaşı kimi əsas funksiyaları yerinə yetirən qadın kişilərlə bərabər siyasi kampaniyalarda və mürəkkəb cərrahiyyə əməliyyatlarında iştirak edir, böyük şirkətlərin başında durur, milyardlarla kapitala sahib olur. Qadınlar bu gün təkcə öz ölkələrində deyil, beynəlxalq səviyyədə nüfuz qazana […]