ABŞ-ın qadınlardan ibarət yığması futbol üzrə 4-cü dəfə dünya çempionu oldu

ABŞ-ın qadınlardan ibarət milli yığması bazar günü Fransanın Lion şəhərində futbol üzrə dünya çempionatında Niderland yığması üzərində 2:0 hesabı ilə qələbə çalaraq, 4-cü dəfə çempion titulunu qazanıb. Dünya çempionatının finalında ABŞ yığmasının rəqibi olan Niderland Avropa çempionudur. ABŞ yığması dörd il bundan əvvəl 2015-ci ildə Yaponiya yığması üzərində qələbə çalaraq dünya çempionu olmuşdu. Qadınlararası futbol […]