“Qarabağ”ın qələbəsi bizə nə üçün lazımdır?(VİDEO)

Posted July 22nd, 2011 at 12:22 am (UTC-4)
Leave a comment

“Qarabağ” düzdü, son iki oyunda qələbə qazana bilməsə də, Avropa çempionatlarında yenə növbəti mərhələyə adlayan yeganə Azərbaycan klubu oldu. Bu ümumilikdə “Qarabağ”dan başqa Azərbaycanın heç bir klubu mərhələ keçə bilməyib. “Qarabağ” isə 4 oyunda 8 qol vurub və yalnız 1-i buraxıb və 3-cü mərhələyə adlayıb. Ancaq, bəziləri deyir ki, “Qarabağ”ın qələbələri onun bəxti ilə bağlıdır, belə ki, klubun bəxtinə çox asan rəqiblər düşüb. Amma . . .
Bəli, asanlıqla söyləmək olar ki, Avropada uğurlu (digər klublarımıza nisbətən) çıxış edən “Qarabağ”ın qələbəsi və ya qələbələri bizə Qarabağı, Azərbaycanı tanıtmaq, azarkeşləri sevindirmək, Avropada klublarımızın reytinq balının artması və s. üçün lazımdır, vacibdir!
. . . amma azərbaycanlı azarkeşlər bəzən (çox vaxt) hətta zəif, lap zəif rəqiblər üzərində qələbələrə də həsrət qalır. Belə məğlubiyyətlərə çox misal göstərmək olar, həm klublar, həm də milli timsalında. “Qarabağ” isə bu siyahıda istisna təşkil edir, daha doğrusu istisna təşkil edirdi. Unutmaq lazım deyil ki, hər qələbə azarkeşlərə mənəvi rahatlıq gətirir, ölkə futbolunun inkişafda olması barədə ən azında təsəlli verir. Qarabağın ən zəif rəqiblər üzərində böyük qələbələrinə sözün əsl mənasında böyük ehtiyac var. Çünki, bu azarkeşlər ölkə futbolunun qolvurma problemindən beziblər. Onların düşüncəsində artıq futbolçularımızın qol vura bilməyəcəyi düşüncəsi yaranıb, ümidləri heç zaman ölməsə də. Qarabağın son heç-heçələri də sözsüz minlərlə futbol azarkeşini üzdü, qolvurma tilsiminin hələ də qırılmadığı barədə narahatlığı bərpa etdi, baxmayaraq ki, bundan əvvəlki iki oyunda komanda 7 cavabsız qol vurmuşdu. Çünki növbəti rəqib bəhanəsiz klubdur – Brüggedir! Bu tilsimi qırmaq, mərhələ adlamaqdan daha vacibdir. Bunu son oyunda da gördük, “Qarabağ” III mərhələyə adladı, amma azarkeşlər qol görmədi. Bu isə onların sevincinin natamam qoydu.
“Qarabağ”a mərhələ adlamaq, azarkeşləri sevindirmək, reytinq balını artırmaq, qələbə qazanmaq lazımdır. Ancaq bunların hamısı üçün ən birincisi QOL VURMAQ lazımdır. Uğurlar!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin