UEFA: “Qarabağ” bu il daha böyük uğura ümid edir

Posted July 28th, 2011 at 12:20 am (UTC-4)
Leave a comment

Sabah Avropa Liqası III mərhələsi çərçivəsində Belçikada Brügge ilə Qarabağ arasında ilk oyun keçiriləcək. Oyundan öncə UEFA-nın vebsaytı Brüggenin Azərbaycan təmsilçisindən çəkinməsinə işarə edir.
Uefa.com-da dərc edilən məqalədə deyilir ki, Avropa göstəricilərinə görə, Brügge klubunun Qarabağ FK-dan qat-qat üstün olmasına baxmayaraq, püşkatmada onlar rəqiblərinin Azərbaycan təmsilçisi olduğunu görəndə gərginlik yaşayıblar. Vebsayt bunun səbəbini belə izah edir: “Son iki mövsümdür Qarabağ özündən qat-qat güclü komandalara başağrısı olub. 2009/2010-cu il sezonunda Rosenborqu sıradan çıxaran klub yalnız play-off mərhələsində Twenteyə 3-1 hesabı ilə məğlub oldu. Keçən il isə Vislanı devirən Qarabağı eyni mərhələdə Borussiya Dortmundu dayandırdı”.
UEFA manşetdə dərc etdiyi məqalədə yazır ki, bu dəfə onların rəqibinin 13 dəfə Belçika çempionu, Avropanın hər iki liqasının finalçısı olmuş klubun düşməsinə baxmayaraq, Qarabağ daha yaxşı nəticə göstərməyə çalışacaq. Yazıda klubun vitse-prezidenti Tahir Gözəlovdan sitat gətirilərək, azarkeşlərin Qarabağa inandığı və komandadan qələbə gözlədiyi deyilir: “Qrup mərhələsinə qatılmağın vaxtı çatıb. Bu, bizim başlıca məqsədimizdir”.
Vebsayt klubun yarımmüdafiəçisi Namiq Yusifovun Streymur üzərində qələbənin çətin əldə edilməsindən narahat olmadığı yazır. Onun sözlərinə görə, həmişə 10 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çətin olub və Qarabağ isə daha güclü rəqiblərə qarşı özünü yaxşı tərəfdən göstərməyi bacarır: “İnsanlar proqnoz verməyə tələsməməlidirlər”.
Qurban Qurbanov isə bildirib ki, komandanın başlıca məqsədi Belçikada qol vurmaqdır: “Bu bizim şanslarımızı artıracaq. Streymura qarşı oynadığımızdan daha yaxşı oyun nümayiş etdirəcəyimizə söz verirəm”.

P.S. Brügge-Qarabağ oyununu canlı izləmək istəsəniz oyun ərəfində blogumuzu izləyin. Bizi Facebook-da da izləməyi unutmayın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin