DÇ 2014-də Azərbaycan üçün tanış rəqiblər (VİDEOLAR)

Posted July 31st, 2011 at 12:49 am (UTC-4)
Leave a comment

2014-cü ildə Braziliyada keçiriləcək Dünya Kubokunun təsnifat mərhələsinin püşkatması keçirilib. Püşkatma nəticəsində Azərbaycan F qrupunda yer alıb. Qrupda komandanın qarşılaşacağı rəqibləri arasında bir neçə tanıdığı komanda var. Belə ki, F qrupunda yer alan yığma komandalar aşağıdakılardır:

Portuqaliya
Rusiya
İsrail
Şimali İrlandiya
AZƏRBAYCAN
Luksemburq

Azərbaycan 2000-ci il Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində və 2010-cu il Dünya Çempionatı çərçivəsində müvafiq olaraq Portuqaliya və Rusiya ilə eyni qrupda mübarizə aparıb. Bu rəqibləri Azərbaycanla bağlı bir faktor birləşdirir: 1-1 faktoru. Azərbaycan yığması 1999-cu ildə u ildə Portuqaliya ilə, 10 il sonra isə Rusiya ilə Bakıda keçirilən qarşılaşmalarda müəyyən qədər də olsa, azarkeşlərini sevindirə bilib, hər iki komanda ilə 1-1 hesabı ilə bərabərə qalıb. Tarixi oyunların maraqlı anlarını aşağıdakı iki videoda izləyin(Yazı videolardan sonra davam edir):

Azərbaycan 1 – 1 Portuqaliya (1999)

 

Azərbaycan 1 – 1 Rusiya (2009)


Qualifiers 2010 Azerbaijan – Russia by videosport

Türkiyə milli yığması isə daha güclü qrupda yer alıb. Belə ki, komanda Braziliyaya vəsiqə qazanmaq üçün Hollandiya, Macarıstan, Rumıniya kimi güclü komandaları üstələməlidir. Türkiyənin yer aldığı qrupdakı bütün komandaları və ümumilikdə bütün qrupların necə formalaşdığına aşağıdakı fotoda baxın(Foto Fifa.com-un veb səhifəsindən götürülüb):

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin