Trabzonspor qrupda II yerdədir (VİDEO)

Posted November 22nd, 2011 at 3:46 pm (UTC-4)
Leave a comment

Çempionlar Liqası B qrupunda mübarizə aparan Türkiyə təmsilçisi Trabzonspor noyabrın 22-də İtaliyanın İnter Milan klubunu öz evində qonaq edib. Milanda keçirilən oyunda Trabzonspor 1-0 hesabı ilə qalib gələrək italiya təmsilçisini şok etmişdi. Dünənki oyunda da Trabzonspora qalibiyyət çox vacib idi. Çünki qrupun digər matçında Fransanın Lille klubu Moskva CSKA-nı 2-0 hesabı ilə məğlubiyyətə uğradaraq qrupda vəziyyəti daha da gərginləşdirmişdi.

Trabzonspor İnterlə oyunda matçın 18-ci dəqiqəsində 1-0 hesabı ilə geri düşsə də, cəmi 5 dəqiqə sonra oyunda tarazlığı bərpa etməyi bacarıb. Oyunun 23-cü dəqiqəsində Halil Altıntopun uzaqdan zərbəsi İnterli müdafiəçinin kürəyinə dəyərək istiqamətini dəyişib və qapıçının çata bilməyəcəyi nöqtəsinə istiqamətlənib: 1-1

Bundan sonra əsasən Trabzonspor hücum edən tərəf olub. Çoxsaylı qol imkanlarından yararlana bilməyən Türkiyə təmsilçisi ümidi son tura saxlayıb. Son turda Fransada Lille-ə qarşılacaq Trabzonspor hazırda qrupda ikinci yerdə olmasının üstünlüyündən yararlanmağa çalışacaq.
Gələn tur İnterin CSKA-nı məğlub etməsi və bərabərə qalması halında Trabzonspora Fransada bərabərlik də kifayət edir. CSKA İnterə qalib gəlsə Fransada heç-heçə Trabzonsporu Avropa Liqasına aparır. Türkiyə təmsilçisi məğlub olsa belə Avropa Liqasına qatılmaq şansı olacaq. Bunun üçün İnterin CSKA-ya qalib gəlməsi labüddür.

Trabzonsporun İnterlə möhtəşəm oyununun maraqlı anlarını və qollarını aşağıdan izləyin:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin