Dünyanın ən pis penaltı zərbəsi? (VİDEO)

Posted February 6th, 2012 at 12:42 pm (UTC-4)
Leave a comment

2011-ci il sentyabr ayının 6-da Misir kubokunda bəlkədə futbol tarixinin ən uğursuz və gülməli penaltı zərbəsi qeydə alınıbmış.
Guardian qəzeti iddia edir ki, aşağıdakı videoda göstərilən video bəlkə də tarixin ən uğursuz penaltisidir.
Hadisə Əl-Əhli ilə Kima Asvan arasında keçirilən oyunda baş verib. Əl-Əhlinin oyunçusu Əmir Sayoud penaltini yerinə yetirmək istərkən qapıçını aldatmağa çalışır və özündən asılı olmadan müvazinətini itirir və yıxılır. Amma yıxılmağına baxmayaraq o topa toxunmağı da bacarır.
Buna baxmayaraq hakim penalti zərbəsini qeyri-qanuni yerinə yetirdiyinə görə Əmir Sayoudu cəzalandırır. Bu azmış kimi referi yarım-müdafiəçiyə hətta sarı vərəqə də göstərir.
Penaltinin uğursuz yerinə yetirməsinə baxmayaraq Əl-Əhli komandası matçdan 4-0 hesablı qələbə ilə ayrılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin