“Neftçi” Azərbaycan futbol tarixində yeni bir səhifə açıb. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirməklə avrokubokların həlledici mərhələsində ilk dəfə oynayan Azərbaycan komandası olub.
“İnter” və “Rubin”lə eyni qrupda yarışan “Neftçi”nin ilk rəqibi “Partizan” olub. Belqraddakı “Partizan” stadionunda baş tutan oyunda “Neftçi” bir neçə dəfə qola yaxın olsa da, fərqlənə bilməyib. Rəqib komandada qol vura bilmədiyindən oyun 0:0 hesabı ilə başa çatıb. Bununla da “Neftçi” avrokubokların həlledici mərhələsində ilk xalımızı qazanan komanda olub.