Showing Archived Posts

  • Page 1 of 2
  • 1
  • 2
  • >

AVRO-2012-nin final mərhələsinin qrupları bəlli olur *CANLI*

Posted December 2nd, 2011 at 12:59 pm (UTC-4)
Leave a comment

2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa Çempionatının final mərhələsində qrupları müəyyənləşdirmək üçün püşkatma keçirilir. Çempionatda iştirak edəcək komandalar aşağıdakı kimi səbətləşdirilib. I səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya II səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya III səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç IV səbət: Danimarka, Fransa, Çexiya, İrlandiya Blogumuz həmişə olduğu kimi bu mərasimi də sizə CANLI […]

Xorvatiya – Türkiyə ***CANLI***

Posted November 15th, 2011 at 3:07 pm (UTC-4)
Leave a comment

Türkiyə öz evində 3-0 məğlub olduğu Xorvatiya komandasından qisas ala biləcəkmi? Bu suala qarşıdakı 90 və ya 120 dəqiqə ərzində aydınlıq gələcək. Hətta Türkiyə millisinin baş məşqçisi Hiddinkin də şanslarının çox az olmasını deməsinə baxmayaraq, bəzi azarkeşlər hələ də Türkiyənin əsas heyətinin 4 oyunçusunun yer almadığı matçdan ümidlərini üzməyib. Türkiyə millisi ya 4-0 hesabı ilə […]

Türkiyə yığmasının hansı oyununu görmək istərdiniz? (VİDEOLAR)

Posted November 14th, 2011 at 5:14 pm (UTC-4)
Leave a comment

Noyabrın 11-i Avropa Çempionatı Pley off mərhələsində öz meydanında Xorvatiya millisinə 3-0 hesabı ilə məğlub olan Türkiyə yığması azarkeşlərinin ümidini puç etməklə yanaşı, həm də futbol mütəxəssislərinin təəccübünə səbəb olub. Cəmi 4 il əvvəl eyni çempionatın final mərhələsində yüksək əzmkarlıqla eyni komanda üzərində möhtəşəm  qələbəsini xatırlayan mütəxəssislər Türkiyə millisinin bu qədər zəif nəticə göstərməsinin səbəbini […]

Türkiyə – Almaniya

Posted October 7th, 2011 at 2:31 pm (UTC-4)
Leave a comment

Avropa Çempionatının təsnifat mərhələsinin Azərbaycanın yer aldığı A qrupunda günün oyunu qrup lider və final mərhələsinə vəsiqəni təmin etmiş Almaniya komandası ilə hazırda qrupda ikinci yerdə olan Türkiyə millisi qarşılaşır. Türkiyənin birbaşa final mərhələsinə adlamaq imkanı olmasa da, komanda İstanbulda almanları məğlub etməklə 2-ciliyi qorumaq uğrunda vacib qələbə qazanaraq Pley-off mərhələsinə adlaya bilər. Həmiş olduğu […]

Azərbaycan – Avstriya

Posted October 7th, 2011 at 11:59 am (UTC-4)
Leave a comment

Azərbaycan yığma komandası Avropa Çempionatı 2012-ci il təsnifat mərhələsi çərçivəsində Avstriya yığması ilə qarşılaşır. Son iki oyunda 4 xal toplayaraq azarkeşlərini sevindirən milli yığma komandaya ümidlər böyükdür. Bakıdakı Dalğa Arena keçirilən oyunu sizə canlı təqdim edirik. CANLI CANLI CANLI CANLI

Arda Turanla müsahibə

Posted October 4th, 2011 at 2:56 pm (UTC-4)
Leave a comment

Türkiyə yığmasının və “Atletiko” Madrid klubunun üzvü Arda Turan verdiyi müsahibədə Avropa Çempionatı 2012 təsnifat mərhələsi çərçivəsində ən ağır xal itkilərinin Azərbaycana qarşı oyunda olduğunu bildirib. Fanat.az saytı Fanatik.com veb səhifəsinə istinadən  yaydığı müsahibəni sizə təqdim edirik: – Almaniya matçı yaxınlaşır. Son 2 oyundan nə gözləyirsən?– Qalan 2 matçda 6 xal toplaya bilərik. 4 xalla […]

Türkiyə – Fransa *CANLI* (Basketbol)

Posted September 7th, 2011 at 10:58 am (UTC-4)
Leave a comment

Avropa Basketbol Çempionatında növbəti mərhələyə adlayan Türkiyə millisi B qrupunun lideri Fransa ilə qarşılaşır. Matçı CANLI aşağıdakı linkdən izləyin. TÜRKİYƏ – Fransa CANLICANLI

Avstriya – Türkiyə *CANLI*

Posted September 6th, 2011 at 2:34 pm (UTC-4)
Leave a comment

Avro-2012 çərçivəsində bu gün Avstriya öz meydanında Türkiyə millisini qəbul edir. Türkiyə hazırda Almaniyadan sonra A qrupunda ikinci pillədədir. Türklər qələbə qazansa, qrupda ikinci yeri təmin etmək uğrunda vacib addım atmış olacaq. Qrupda heç bir komandanın 100 faizlik nəticə göstərmiş Almaniya millisini qabaqlamaq şansı yoxdur. Həmişə olduğuu kimi matçı CANLI yayımlayırıq!!! Avstriya – TÜRKİYƏ CANLI […]

AZƏRBAYCAN Qazaxıstana qalib gəlməklə tarix yazdı (VİDEO)

Posted September 6th, 2011 at 10:53 am (UTC-4)
Leave a comment

Azərbaycanın futbol üzrə yığma komandası keçən həftənin cümə günü Avropa Çempionatı 2012 çərçivəsində keçirilən oyunda Belçika millisindən bir xal qoparandan sonra bu gün diqqətlər yenidən Azərbaycan yığmasına yönəlmişdi. Millinin bugünki rəqibi reytinq baxımından Belçikadan daha zəif rəqib idi. Azərbaycanın yer aldığı qrupun autsayderi olan Qazaxıstan yeganə 3 xalını Astanada Azərbaycanla keçirdiyi matçda qazanmışdı. Bu oyun […]

12 dev adamdan möhtəşəm qalibiyyət (Basketbol)

Posted September 5th, 2011 at 11:07 am (UTC-4)
Leave a comment

Avropa Basketbol Çempionatında Böyük Britaniyanın Polşaya qalib gəlməsi ilə 2-ci mərhələni təmin edən Türkiyə yığması bəlkə də çempionatın ən maraqlı matçında İspaniya yığması ilə qarşılaşırdı. Bu oyuna qədər İspaniya keçirdiyi 5 oyundan 100 faizlik nəticə ilə qrup lideri idi. Türkiyənin 12 dev adamı dünən Polşadan gözlənilməz məğlubiyyət alaraq tərəfdarlarını üzmüşdü. Ancaq 12 dev adam bu […]

  • Page 1 of 2
  • 1
  • 2
  • >

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin