Xorvatiya – Türkiyə ***CANLI***

Posted November 15th, 2011 at 3:07 pm (UTC-4)
Leave a comment

Türkiyə öz evində 3-0 məğlub olduğu Xorvatiya komandasından qisas ala biləcəkmi? Bu suala qarşıdakı 90 və ya 120 dəqiqə ərzində aydınlıq gələcək. Hətta Türkiyə millisinin baş məşqçisi Hiddinkin də şanslarının çox az olmasını deməsinə baxmayaraq, bəzi azarkeşlər hələ də Türkiyənin əsas heyətinin 4 oyunçusunun yer almadığı matçdan ümidlərini üzməyib. Türkiyə millisi ya 4-0 hesabı ilə qalib gəlməli, ya da 90 dəqiqə ərzində 3-0 hesabı ilə qalib gəlib, uzatmalarda qol vurmalı və ya penalti zərbələrində bəxtini sınamalıdır. Buyurun izləyin:

XORVATİYA – TÜRKİYƏ

CANLILink 1
Link 2
Link 3
Link 4

Türkiyə yığmasının hansı oyununu görmək istərdiniz? (VİDEOLAR)

Posted November 14th, 2011 at 5:14 pm (UTC-4)
Leave a comment

Noyabrın 11-i Avropa Çempionatı Pley off mərhələsində öz meydanında Xorvatiya millisinə 3-0 hesabı ilə məğlub olan Türkiyə yığması azarkeşlərinin ümidini puç etməklə yanaşı, həm də futbol mütəxəssislərinin təəccübünə səbəb olub. Cəmi 4 il əvvəl eyni çempionatın final mərhələsində yüksək əzmkarlıqla eyni komanda üzərində möhtəşəm  qələbəsini xatırlayan mütəxəssislər Türkiyə millisinin bu qədər zəif nəticə göstərməsinin səbəbini araşdırmağa çalışır. Əlbəttə, bunun səbəbinin millinin baş məşqçisinin sərgilədiyi düzülüş və taktika səhvi, yoxsa, futbolçuların göstəricilərinin aşağı olmasını söyləmək mütəxəssislərin öhdəsinə düşür. Buna baxmayaraq cavab oyununun noyabrın 15-də keçiriləcəyini nəzərə alaraq, bizə yalnız bir ümid qalır: Türkiyənin yaxşı oyun göstərməsi! Bəs siz Türkiyənin sabahki oyunda hansı oyunu göstərməyini istəyirsiniz? Türkiyənin iki seçim yolu var: Ya 4 il qabaq göstərdiyi nəticəyə uyğun oyun, ya da bir neçə gün əvvəl 3-0 məğlub olduğu oyunda göstərdiyi “bacarıq”! İki oyunun videogörüntülərini sizə təqdim edirik:

2008-ci il, Avropa Çempionatının 1/4 final mərhələsində Türkiyənin penaltilərdə Xorvatiyanı məğlub etdiyi oyun:

2011-ci il 11 noyabrda Türkiyənin öz meydanında Xorvatiya millisinə 3-0 hesabı ilə məğlub olduğu oyun:

Besiktas – Dinamo Kiyev ***CANLI***

Posted November 3rd, 2011 at 2:14 pm (UTC-4)
Leave a comment

UEFA Avropa Liqası qrup oyunları çərçivəsində IV oyunda Türkiyə təmsilçisi Beşiktaş Ukraynanın Dinamo Kiev klubunu İstanbulda qəbul edir. Növbəti mərhələyə adlamaq üçün bu oyunda qalibiyyət hər iki klub üçün vacibdir. Ancaq əgər Beşiktaş bu oyunda qalib gələ bilməsə növbəti tur imkanlarını xeyli məhdudlaşdıracaq. Xatırladaq ki, Kiyevdə baş tutan oyunda Dinamo 90-cı dəqiqədə vurduğu qolla 1-0 hesabı ilə qalib gəlmişdi. Bloqumuz bu oyunu sizə CANLI təqdim edir.

BEŞİKTAŞ – DİNAMO KİYEV
Link – 1
Link – 2
Link – 3

Çempionlar Liqası IV turun nəticələri

Posted November 1st, 2011 at 3:51 pm (UTC-4)
Leave a comment

 

Noyabrın 1-i və 2-i Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilir. A,B, C, D, E, F, G, və H qruplarında keçirilən 16 oyunda bir-birindən maraqlı oyunların baş tutub. Bunu nəzərə alaraq Bakı vaxtı ilə 23:45-də başlayan bütün matçları bloqumuz sizə CANLI təqdim edib.
Nəzərinizə çatdıraq ki, dünən keçirilən oyunlardan sonra artıq bir neçə klubun növbəti mərhələyə adladığı məlum olub. Oyunların nəticələri Aşağıdakı kimi olub:
A Qrupu
Bayern Munich 3 – 2 Napoli
Villarreal 0 – 3 Manchester C.

B Qrupu
Inter Milan 2 – 1 Lille
Trabzonspor 0 – 0 CSKA Moscow
C Qrupu
Benfica 1 – 1 Basel

Manchester U. 2 – 0 Otelul Galati
D Qrupu
Ajax Amsterdam 4 – 0 Dinamo Zagreb

Lyon 0 – 2 Real Madrid
E Qrupu
Racing Genk 1 – 1 Chelsea
Valencia 3 – 1 Bayer Leverkusen
F Qrupu
Arsenal 0 – 0 Marseille
Borussia Dortmund 1 – 0 Olympiakos Piraeus
G Qrupu
Zenit St. Petersburg 1 – 0 Shakhtar Donetsk

APOEL Nicosia 2 – 1 Porto
H Qrupu
BATE Borisov 1 – 1 Milan
Viktoria Plzen 0 – 4 Barcelona


Beşiktaş – Fənərbahce derbisi ***CANLI***

Posted October 27th, 2011 at 2:31 pm (UTC-4)
Leave a comment


Türkiyə SporToto Super Liqasında 2011-2012-ci il mövsümünün ilk derbisi keçirilir. Birinci hissədən sonra hesab 1-0 ev sahiblərinin xeyrinədir. Matçı aşağıdakı linklərdən CANLI izləyin:

BEŞİKTAŞ – FENERBAHÇE

CANLI
CANLI
CANLI

Azərbaycanın 17 yaşlı futbolçularına ümid bəsləmək olarmı? (VİDEO)

Posted October 26th, 2011 at 11:53 am (UTC-4)
Leave a comment

Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət yığma komandası Avropa Çempionatının ilkin seçmə mərhələsində ilk oyununa çıxıb. Rəqibi Xorvatiya millisini 2-1 hesabı ilə məğlub edən futbolçular, həm də yaxşı oyun nümayiş etdirərək azarkeşlərdə gələcəyə ümid yaradıb. Oktyabrın 27-də isə komanda Belçika yığması ilə qarşılaşacaq. Azərbaycan 17 yaşlı futbolçularına ümid bəsləmək olarmı? Sizcə bu, Azərbaycan futbolunun gələcəyinə müsbət işarədirmi. Xorvatiya oyunun maraqlı anlarına buradan baxın. Futbulçuların oyun bacarığını isə şərhlər bölməsində öz münasibətinizi yazaraq dəyərləndirə bilərsiniz.

Neftçi 3-2 Qarabağ (Video)

Posted October 26th, 2011 at 11:24 am (UTC-4)
Leave a comment

Dünən Azərbaycan Premyerliqasının 1-ci turundan təxirə salınan bir oyun keçirilib. Qarabağın Avropa Liqasında təsnifat mərhələsindəki oyunlarına görə təxirə salınan Neftçi – Qarabağ matçı dünən baş tutub. Oyun gözlənildiyi kimi həddindən artıq maraqlı keçib. Qarabağın oyunun artıq 24-cü dəqiqəsində hesabı 2-0 öz xeyrinə etməsinə baxmayaraq, Neftçı öz oyununu taparaq 3 qol vurmağa müvəffəq olub. 3 qolla 3 xal əldə edən flaqman hazırda 19 xalla turnir cədvəlində ikinci yerə yüksəlib. Xəzər Lənkəran 24 xalla turnir cədvəlinə liderlik edir. 11-ci turun oyunları sabah keçiriləcək.

Oyundan maraqlı anları buradan izləyin:

Türkiyə – Almaniya

Posted October 7th, 2011 at 2:31 pm (UTC-4)
Leave a comment

Avropa Çempionatının təsnifat mərhələsinin Azərbaycanın yer aldığı A qrupunda günün oyunu qrup lider və final mərhələsinə vəsiqəni təmin etmiş Almaniya komandası ilə hazırda qrupda ikinci yerdə olan Türkiyə millisi qarşılaşır. Türkiyənin birbaşa final mərhələsinə adlamaq imkanı olmasa da, komanda İstanbulda almanları məğlub etməklə 2-ciliyi qorumaq uğrunda vacib qələbə qazanaraq Pley-off mərhələsinə adlaya bilər. Həmiş olduğu kimi bu oyunu da sizə bir neçə keçidlə yüksək keyfiyyətlə təqdim edirik. Səhifəni dostlarınızla paylaşmağı unutmayın. (Oyunları izləyə bilmirsinizsə, şərhlər bölməsində bizi xəbərdar edin, sizə əlavə linklər göndərək)
CANLI
CANLI
CANLI
CANLI

Azərbaycan – Avstriya

Posted October 7th, 2011 at 11:59 am (UTC-4)
Leave a comment

Azərbaycan yığma komandası Avropa Çempionatı 2012-ci il təsnifat mərhələsi çərçivəsində Avstriya yığması ilə qarşılaşır. Son iki oyunda 4 xal toplayaraq azarkeşlərini sevindirən milli yığma komandaya ümidlər böyükdür. Bakıdakı Dalğa Arena keçirilən oyunu sizə canlı təqdim edirik.
CANLI
CANLI
CANLI
CANLI

Arda Turanla müsahibə

Posted October 4th, 2011 at 2:56 pm (UTC-4)
Leave a comment

Türkiyə yığmasının və “Atletiko” Madrid klubunun üzvü Arda Turan verdiyi müsahibədə Avropa Çempionatı 2012 təsnifat mərhələsi çərçivəsində ən ağır xal itkilərinin Azərbaycana qarşı oyunda olduğunu bildirib. Fanat.az saytı Fanatik.com veb səhifəsinə istinadən  yaydığı müsahibəni sizə təqdim edirik:

– Almaniya matçı yaxınlaşır. Son 2 oyundan nə gözləyirsən?
– Qalan 2 matçda 6 xal toplaya bilərik. 4 xalla play-offa vəsiqə qazanacağıq. Bizə, «play-offda iştirak etmək istəyərsiniz?» desəydilər, «təbii ki» deyərdik. Almaniya ilə oynayacağımız ilk matçda yaxşı mübarizə aparmağa çalışdıq, amma erkən qol bizi ruhdan saldı. Bu dəfə sistemli oynayacağıq. Və nə lazımdısa, neçə xala ehtiyacamız var, onun üçün savaşacağıq.

– Öz formandan razısanmı?
– Hə, həm də çox xoşbəxtəm. 3 ay futboldan ayrı qaldım, sağaldıqdan sonra təkrar döndüm və qolumu vurdum. Geriyə dönüb baxanda milli komandada çoxlu qol vurduğumu görürəm (Arda Türkiyə millisində 47 oyunda 12 qol vurub – red). Ailəm də, mən də formamdan razıyam. Türkiyəyə dönəndə çox xoşbəxt oluram.

– Almaniya və Azərbaycan məğlubiyyətlərindən sonra ümidsizliyə qapıldınmı?
– Əsla yox. Biz yaxşı bir komanda olduğumuza inanırıq. Uğurlu bir strategiya ilə play-offa düşəcəyimizi düşünürəm. Bunu kimsə əngəlləyə bilməz. Almaniya və Azərbaycan matçında azarkeşlərin üzərinə böyük yük düşür. Bizi dəstəkləsinlər, tribunaları doldursunlar, gerisini biz həll edəcəyik.

– Ən çox hansı matça üzüldün?
– Məni ən çox Azərbaycan məğlubiyyəti üzdü. Amma açığı söyləməliyəm, Belçikaya baxanda biz şükr etməliyik. 2 Belçika matçında 4 xal qazanmağamız çox yaxşı oldu. Belçika qarşıdakı illərdə Avropaya səs salacaq. Bəlkə futbol olaraq hər kəsin istədiyini ortaya qoya bilmədik. Amma hər hər rəqibimizə qarşı bizdən gözlənilən nəticəni qazandıq.

– «AVRO-2012-yə gedəcəyik» deyirsən?
– Hə. Elə ya da belə, 2012-ci ilin finallarına qatılacağıq. Buna bizim qədər ölkəmizin də ehtiyacı var. Qoy gələn yay bir az da futboldan danışaq. Yüzlərlə təyyarə Polşa və Ukraynaya getsin. Təyyarələr Türkiyə millisini dəstəkləyəcək azarkeşlərlə dolsun. İnsanları sevindirək, eynən 2008-dəki kimi.

– Qus Hiddinki necə xarakterizə edərsən?
– Gəldiyi gündən bizə çox şey öyrətdi. Onunla çalışmaq bizim üçün çox maraqlıdı. Fiziki olaraq daha qüvvətli və istəkli olmağımızı təmin etdi. İşini normal görürsə, problem yoxdu. Nizam-intizamı sevir, hər kəs onun dediyini edirsə, gözəl ab-hava yaranır. Milli komandada ailə ab-havası yaratdığı üçün ona və köməkçilərinə təşəkkür edirik.

– Sənə nə kimi xeyiri oldu?
– Hiddinklə özümü daha inamla hiss edirəm. Onunla birlikdə çalışmaqdan qürur duyuram. Mənə çox önəmli oyunçu olduğumu hiss etdirdi. Komanda yoldaşlarıma «topu Ardaya çatdırın» deyir. Bu da məni məst edir. Geridə qalan matçlarımızda Hiddinki heç peşman etməmişəm. O mənə necə güvənirsə, mən də onun etimadını boşa çıxarmamaq üçün çalışıram, savaşıram.

– Komanda yoldaşların bununla bağlı nə düşünür?
– Etiraf etməliyəm ki, komanda yoldaşlarım da mənim özümü yaxşı hiss etməyim və komandaya xeyir verməyim üçün əllərindən gələni edirlər. Bunu hiss etdiyim üçün də milli komandanın formasında coşuram. Hamit və Əmrə mənə liderlik xüsusiyyətini verdilər. Mənə önə çıxartmaq istəyirlər. Onlara təşəkkür edirəm. Komanda məndən böyük bütün qardaşlarımın dəstəyini hiss edirəm.

– Bəs nə vaxt bomba kimi milli komanda izləyəcəyik?
– AVRO-2012 öncəsi indiyədək yaxşı nəticələr qazandıq. Düzdü, taktika və intizam baxamından bəzi əskiklər var, amma bunlar həll olunacaq problemlərdi. Azərbaycan məğlubiyyəti qəbuledilməzdi, ancaq hər bir böyük komanda məğlub ola bilər. Yeni bir nəsil gəlir. Baxın, Burak Yılmaz, Selçuk İnan, İsmail Köybaşı, Gökhan Töre və Mehmet Ekici kimi futbolçular insana ümid verir. Önümüz açıqdı. 2008-ci ildə kuboku qazanmaq istəyirdik, amma sonda əldən verdik. Mənim AVRO-2012-yə inamım böyükdü. Biz ora getsək, çempion ola bilərik. Kimsə gülməsin, çox güclü milli komanda gəlir.

Sonda Arda maraqlı bir açıqlama verib: «Madridə getdiyimdən bəri çoxları məndən müsahibə almaq istəyir. Hər kəsi məmun etmək üçün əlimdən gələni edirəm. Amma Sinemlə birlikdə müsahibə məsələsində birlikdə bir qərar verdik. Bu müsahibələr üçün yüksək məbləğdə pul tələb edəcəyik. Gəliri də yardım fondlarına verəcəyik. Əgər ciddidən bizdən gözəl müsahibə almaq istəyən varsa, əlini bir az cibinə atmalı olacaq».

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin