Henry Jackson Cəmiyyətinin araşdırmalar üzrə direktoru Alexandros Petersen Amerikanın Səsinə verdiyi müsahibədə ABŞ-ın Cəınubi Qafqazdakı süstlüyünü ərəb dünyasında baş qaldıran inqilablara əlaqələndirir.  Onun sözlərinə görə Amerikada Şimali Afrika və Yaxın Şərqdə cərəyan edən üsyan dalğasının necə bitəcəyi geniş maraq doğurur.  Eyni zamanda o, əlavə edib ki, ərəb dünyasındakı inqilablar ABŞ-da qeyri-demokratik ölkələrlə münasibətlərdə demokratiyanın önəmliliyi haqda da müəyyən düşünmələrə yol açacaq.

Müsahibədən sitat: “Zənnimcə, hazırda ABŞ-ın başı Liviyaya qarışıb. Habelə Misir, Tunis, Bəhreyn və Yəməndə cərəyan edənlər də başlıca narahatlıq mənbələridir.  Burada ABŞ istədiyimiz qədər demokratik olmayan liderlərlə münasibətlərini müəyyənləşdirməyə çalışır.  Hələlik bu qayğılar Yaxın Şərqdən kənara çıxmayıb.  Lakin yəqin ki, çıxacaq.  Və Azərbaycana da qarşıdan gələn həftələr və aylarda maraq çoxalacaq.   Eləcə də Ermənistana.  Azərbaycandakı situasiyaya gəldikdə, hesab edirəm ki, ABŞ-ın hazırda görə biləcəyi başlıca işlər sivil cəmiyyəti inişaf etdirmək, ədliyyə islhatlarına səy göstərmək və jurnalistlərin öz peşə fəaliyyətlərini yerinə yetirməsi üçün onlara təlim keçməkdən ibarət ola bilər.  Amerika gələcək Azərbaycanın daha demokratik olması üçün çox işlər görə bilər.  Amma hazırkı məqamda Bakıdakı hökumətlə qarşıdurmaya getmək ABŞ maraqları üçün qeyri-məhsuldar olardı.”

Siz necə fikirləşirsiniz, ABŞ Azərbaycanda demokratiyanın inkişafı üçün konkret nə edə bilər?