Şənbə günü Tripolidə xarici jurnalistlərin qaldığı Rixos otelinə daxil olan İman əl-Obaydi Qəzzafiyə sadiq 15 əsgər tərəfindən zorlandığını bildirib. Jurnalistlər üzündə zorakılığın əlamətləri olan və saçları dağınıq xanım Obaydini əhatəyə alıb onun hekayəsini öyrənməyə çalışarkən xüsusi xidmət işçiləri müdaxilə edərək qadına fiziki təzyiq göstərmiş və onu maşınla naməlum istiqamətdə aparmışlar. Qəzzafinin sözçüsü sonradan xanım Obaydini “fahişə” adlandırıb. Üsyançıların nəzarət etdiyi Tobruk şəhərində olan anası Aişə Əhməd isə qızının cəsurluğundan qürur duyduğunu söyləyib. Oteldə baş verən insidentə baxın: