Alman filosof Friedrich Nietzsche deyərdi ki, söz ağızdan çıxdığı andan öz qüvvəsini, cazibəsini itirməyə başlayır.  Yəni, ecazkarlıq məhz ifadə olunmamış fikirlərdə qalır.  Belə görünür ki, prezident Barak Obamanın çıxışlarını izləyən Los Anceles Times yazarı Andrew Malcolm da Qərb dühasının qənaətini bölüşməyə başlayıb.  “Siz heç görürsünüz ki, ötən həftələrdə prezident Obama nə qədər nitq söyləyib?  Təsadüfi deyil ki, onun reytinqinin ən aşağı həddə çatması da elə bu vaxta təsadüf edir,” deyə Malcolm yazır.

“Ordunu istisna etməklə, söz prezidentin arsenalında ən qüvvətli silahdır.  Nə deyirsən de, hamı sözünə diqqətlə qulaq asacaq.”  Malcolm hesab edir ki, Barak Obama öz nitq söyləmə qabiliyyətinin vurğunu olaraq deyilən sözlərin öz kəsərini tədricən itirdiyinin fərqində deyil.  “Problem ondadır ki, həqiqi liderlik danışmaq, ya göstəriş verməkdən ibarət deyil.  Bir az vaxt keçir, amma tədricən dinləyicilər ritorikanı, qanunauyğunluğu, və böş sözləri tutmağa başlayırlar.”  Bəlkə elə bu səbəbdəndir ki, prezident Obama danışdıqca ABŞ səhm birjası əlavə 200 bal itirdi.