Liviyada 42 il diktatorluq etmiş Müəmmər Qəzzafinin süqutu zülm altında inləmiş xalq tərəfindən böyük sevinclə qarşılandı. Amma tiranın ölümündən bir neçə saat keçməmiş Azərbaycan da daxil olmaqla dünyanın bir çox güşələrində qəfildən humanistlər briqadası ortaya düşdü. Birisi zülmkarın ruhuna ehsan vəd etdi, digəri diktatorun ölümünü “vəhşilik” adlandırdı, başqaları Facebook-da mütəəssir olduqlarını elan etdilər. Hətta yaranan ajiotaja beynəlxalq qurumlar da qoşularaq Qəzzafinin ölümü ilə bağlı təhqiqat aparılmasına çağırdılar. Özünü müdafiə etməyə çalışan Milli Keçid Şurası əvvəlcə ölümü hansısa atışmann üzərinə atmağa çalışdı, indi isə qatilə öz dərmanını dadızdıranları cəzalandıracağını deyir.
Çarlz Krauthammer Washington Post-da yazdığı məqalədə qondarma humanistlərə cavab verir. Onun yazdığına görə işi-gücü olmayan bir para adamlar Qəzzafinin ölümünün günahını diktatordan başqa hamının üstünə yıxmağa çalışırlar: “Gəlin lap əvvəldən başlayaq… İnqilabın ilkin mərhələsində Qəzzafinin seçimi var idi. Əgər o, vətəndaş müharibəsinə qol qoymazdan öncə hakimiyyətdən üzüsulu getsəydi, İdi Amin kimi ömrünü rahat təqaüdlə başa vura bilərdi, hərçənd ki, xalqına qan uddurmuş Qəzzafi buna layiq deyildi. Ən azı Qəzzafi bu qədər qan-qadanın və əzabın qarşısını ala bilərdi.” Məsələn, post-Pinoçet Çilisində və Cənubi Afrikada dinc güzəştlər baş verib. Həmin ölkələrdə razılaşılmışdı ki, könüllü şəkildə hakimiyyəti tərk edən adamları bağışlamaqla sülhü qoruyub saxlamaq daha vacibdir. Körpə demokratiyalar məcburiyyətdən öz zülmkarlarını cəzalandırmaq variantından vaz keçməli oldular. “Qəzzafi də bu növ kompromis əldə edə bilərdi. Ancaq o, ölənədək vuruşmağa qərar verdi. Seçdiyini də aldı.”
“Hə, onu tutub öldürüblər. Böyük iş olub. Eyni oyunu Mussolininn, Çauşeskunun da başına gətiriblər. Onlar bundan da qat-qat pisinə layiq idilər. Qəzzafi də həmçinin. Əslində kamil dünyada bu Kaliqula daha çox, daha uzun əziyyət çəkməli idi. O, minlərlə adama ağlasığmaz əzab verib. Onun öz əziyyəti nə oldu? Bir saatlıq sıxıntı, və başına bir güllə. İstənilən ədalət standardına əsasən bu, mərhəmətdir.”
Krauthammerin yazdığına görə Qəzzafinin rüsvayçı sonluğunun olduqca mühüm bir əhəmiyyəti var. “Deyək ki, sən – qəddar diktator – üsyanla üzləşirsən. Sənin seçimin var. Hakimiyyəti əldən ver, ölkəni əlavə qan-qadadan saxla, və həyatını İdi Amin və ya Ben Əli kimi Səudiyyə Ərəbistanında başa vur. Yaxud da Qəzzafi kimi səni kanalizasiya borusundan dartıb çıxaracaqlar, başına oyun açacaqlar, söyəcəklər, sonra da güllələyəcəklər.” Bu, ürəkaçan mənzərə deyil. Amma presedentdir. Mühüm bir presedent. Qoy gələn dəfə xalqla dirəşmək yolunu seçən diktatorlar bu sonluğu gözlərinin altına alsınlar.
“Deyək ki, sən – qəddar diktator – üsyanla üzləşirsən. Sənin seçimin var. Hakimiyyəti əldən ver, ölkəni əlavə qan-qadadan saxla, və həyatını İdi Amin və ya Ben Əli kimi Səudiyyə Ərəbistanında başa vur.” – Çarlz Krauthammer Washington Post-da yazdığı məqalədən bu sitat bu yaxında CNN-də təqdim olunmuş Dr. Mohamed “Mo” Ibrahimin çıxışından götürülmüş “Sizin Vaxtınız Yetışmışdir” xəbərdarlığı başlığı ilə verilmış Afrikanın Səsləri silsiləsindən olan məqaləni yadıma saldı. http://www.cnn.com/2011/10/14/world/africa/africa-leader-prize/index.html
Mo İbrahimin 2007-ci ildə təsis etdiyi Mo İbrahim mükafatının Afrika ölkələrinin rəhbərlərinə təqdim olunmasının şərtlərin orijinallığı və nadirliyi ilə fərqlənir. Sözsüz əsas şərtlərdən biri hakimiyyəti demokratik prinsiplər əsasında xalq tərəfindən seçılmış hökümətə ötürməkdir. Bu mükafat 2006-ci ildə təməli qoyulmuş eyni adlı fond tərəfindən maliyyələşdirilir.
Bu gür həvəsləndirmə vasitəsinin bəzi hallarda cəzalandırma qorxusunu əvəz etməsi hakimiyyətdə hər hansı yolla qalmaq istəyəni bu fikirdən düşündürə bilər. Qorxmaz Əsgərovun Azadlıq bloqunda “Mübarizənin Qiyməti” məqaləsində http://www.azadliq.org/content/article/24350116.html ‘hakimiyyətin’ müxalifətin ona qarşı elədiyi hədə-qorxu cəzalandırmasını daha çox kəmiyyətlə neçəyə başa gələgəyini nəinki keyfiyyətli olmasını qeyd eləməsi çox mühüm amildir.
Əgər Ərəb ölkələrindən fərqli olaraq digər korrupsioner və despotik rejimlər olan ölkələrdə müxalifətin ‘hakim’ qüvvəni iki ay vaxt verməklə hədələyirsə və qarşıda gələn seçkilərdə iştirak eləməkdən vaz keçməyi məsləhət görürsə artıq uzun illər xalqa qarşı törədilən zülmlərin fonunda məğlubiyyət mövqesi tutması deməkdir. Bu səviyyəli təzyiqlərin nəticəsində tiranın hakimiyyəti dinc keçidlə başa vurması sadəlövhlik olardı.
Hər iki halda həvəsləndirmək və yaxud münasib cəzalandırma istənilən səviyyədə olmayanda xalqın qorxu və laqeydliyindən qidalanan qeyri-qanuni hakimiyyətlərin öz xoşu ilə meydanı tərk etməyi qeyri mümkündür. Bu gün dünyada baş verən iqtisadi qıtlıqda istər istəməz xalqlarında Azadlıq uğrunda mübarizəsinin maliyyələşdirilməsinə məhdudiyyət artdıqca davam edir. Hər bir xalqın öz Azadlığını tapa bilməməsi nəticə etibarilə xalqın müqavimətsizliyindən irəli gələn faciəsidir.