Noyabrın 4-də Karnegi Beynəlxalq Sülh Fondunda Lawrence Scott Sheets-in “İmperiyanın Səkkiz Parçası: Sovet İttifaqının dağılmasına 20 illik səyahət” adlı kitabının təqdimatı keçirildi.  Soviet İttifaqının son illərində yaşadığı təcrübəni bölüşən müəllif kitabda SSRİ-dəki həyatının müxtəlif fraqmentlərindən bəhs etdiyini, amma ümumən götürdükdə bu fraqmentlərin Sovet reallığını əks etdirdyini deyir.  Sheets öz təqdimatında Rusiyada, Moldovada və Qafqazdakı müşahidələrini bölüşməklə auditoriyaya 1980-ci illərin sonları və 90-cı illərin əvvələrində yaşanılan dağınıq mənzərəni çatdırmağa çalışır.