Amerikanın Səsinə müsahibədə Ziyalılar Forumunun təsisçilərindən olan görkəmli tarixçi Cəmil Həsənli yaratdığı təşkilatın hədəfləri və Azərbaycandakı siyasi durum haqda danışır. Cənab Həsənli Azərbaycanda seçkilərin saxtalaşdırıldığını və xalqın öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edilidiyni deyir. Onun sözlərinə görə ölkədə dərhal köklü islahatlar həyata keçirilməli və hökumətin xalq qarşısında cavabdehliyi bərpa olunmalıdır.