Suriya diktatoru Bəşər Əsədin xanımı Asma Əsəd bu yaxınlarda “Əsl diktator mənəm!” deyə lovğalananda bir çox tiran arvadlarını yada salmış oldu.

 

 

 

 

 

 

 

 

Mari Antuanet: Fransa kralı XVI Lüdoviqin xanımı edam olunmazdan bir qədər öncə küçələrdə çörək tələb edən xalq kütlələrinə çörək əvəzinə tort yeməyi tövsiyə etmişdi.

 

 

 

 

Eva Braun: Hətta Kim Kardaşyanın da nikahı Hitlerin adaxlısına nikahından uzun sürüb.  Kəbin kəsdirəndən 40 saat sonra cütlük intihar etmişdi.

 

 

 

 

İmelda Markos: Sabiq Filippin prezidenti Ferdinand Markosun həyat yoldaşı ayaqqabı düşkünlüyünə görə tanınırdı.  Nə qədər?  Son təxminlərə əsasən onun 1060 cüt ayaqqabısı var idi.

 

 

 

 

Lyudmila Putina: Mişel Obama köklüyə qarşı mübarizə apardığı halda, Vladimir Putinin arvadı rus dilindəki dəyişikliklərə qarşı çarpışır.  Demokratiya düşməni Putin hakimiyyəti, neologiya düşməni  Putina isə dili “qoruyub saxlamaqda” israrlıdır.

 

 

 

 

Liu Yongçinq: Çin Kommunist Partiyasının Baş Katibi Hu Cintaonun xanımı əvvəlki Çin rəhbərlərinin xanımları ilə müqayisədə ictimaiyyət  arasında tez-tez görünür.

 

 

 

 

Qalina Lukaşenko: Qalina və Belarus lideri Aleksandr Lukaşenko, hələ məktəb çağlarından sevişirdilər. 37 ildir ki, evlidirlər.

 

 

 

 

Qreys Muqabe: Zimbabve diktatorunun ikinci xanımı ilə təmtəraqlı toyu dillər əzbəri olmuşdu.  Yerli media onu “əsrin toyu” adlandırmışdı.

 

 

 

 

Fatma Sadat Fərahi: Fatma və Mahmud ilk dəfə İranın Elm və Texnologiya Universitetində tanış olublar.  Onlar 1981-ci ildən bəri evlidirlər.