20 sentyabrda Amerikanın Səsinin Azərbaycan xidməti ABŞ Konqresinin üzvü Dana Rohrabacherlə İran Azərbaycanına dair müsahibə keçirdi. Amerikalı qanunverici bəyan etdi ki, hər bir xalqın öz iradəsinə uyğun olaraq yaşadığı ölkəni və hakimiyyəti seçmək hüququ var. O, “molla diktaturasını” çökdürməyin ABŞ üçün başlıca prioritet olduğunu bildirdi. Videonun ingiliscə versiyasına burada baxın.
Konqresmen Dana Rohrabacherlə eksklüsiv müsahibə (İngiliscə VİDEO)
Əsgər Möhsümoğlu
Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.