Bir neçə min il əvvəl ibtidai icma halında yaşayan insanlar təkamül etdikcə fiziki təzyiqlərin azalması onların zehni qabiliyyətini zəiflədib.  Genetikada Trendlər adlı elmi jurnalda dərc olunmuş son araşdırma bu nəticəyə gəlib.  “İntellektual bacarığımızın inkişafı və minlərlə ağıl genlərinin optimallaşması əcdadlarımız Afrikadan köç etməzdən öncə nitqsiz şəkildə baş verib,” deyə Stanford Uiversitetinin alimi Gerald Crabtree bildirir.  Onun sözlərinə, o vaxtdan bəri hər şey pisliyə doğru dəyişib.

Erkən insanlar üçün məkan qabiliyyətini inkişaf etdirmək ölümlə həyata arasındakı fərqi müəyyən edirdi.  Sivilizasiyasız bir yerdə insan qısa zaman kəsiyində yoxdan özünə sığınacaq yaratmalı, iti dişli pələngdən müdafiə olunmalı idi.  Amma kənd təsərrüfatının inkişaf etməsi və insanların icma halında yaşamağı arxada qoyması ilə, insan sayıqlığını pik həddə çatdıran genlər zəifləməyə başladı.  Bu üzdən də bəzi alimlər hazırkı ağıl səviyyəsinin əvvəlkindən geridə qaldığını düşünürlər.  “Lap qədimlərdə o adamlar ki, situasiyanı düzgün dəyərləndirə bilmirdilər, özlərinə yemək və sığınacaq tapa bilmirdiləır, onlar tələf olurdular.  Amma indi hansısa şirkət prezidenti oxşar konspetual səhvə yol verə və əvəzində nəhəng pul mükafatı ala bilər.  Ekstremal təbii seçim, göründüyü kimi, xeyli geridə qalıb,” deyə tədqiqatda bildirilir.

İnsan qavrayışını təqribən 2000-5000 gen müəyyən edir və bu genlər ziyanlı dəyişikliklərə məruz qala bilirlər.  Mutasiya reytlərini nəzərə alaraq, alimlər təxmin edirlər ki, ötən 3 min ilin təkamülü nəticəsində orta hesabla hər adam iki genə malikdir ki, bunlar zehni qavrayışı dondurur.  Maraqlıdır ki, son 100 ildə insanlar universal ağıl testi hesab edilən IQ-da xeyli artıq bal toplamağa başlayıblar.  Crabtree bunları təkmilləşmiş analıq qayğısı, yaxşı qidalanma, beyni sıradan çıxaran qurğuşunun ətraf mühitdən yığışdırılması kimi faktorlarla əlaqələndirir.

Amma Warwik Universitetinin professoru, psixoloq Tomas Hills insanların ağıllarını itirməsi nəzəriyyəsi ilə qətiyyən razılaşmır.  Onun sözlərinə görə – əksinə – ibtidai həyatda mövcud olan təzyiqlərin azalması, insanlarda başqa intellektual impulsların inkişafına yol açıb və ümumi əhalidə rəngarəng ağıl sahiblərinin ərsəyə gəlməsinə imkan yaradıb.   Məsələn, 200 000 il bundan öncə Albert Eynşteyn mövcud ola bilməzdi.  “İndi adamlar elə işlər görür, elə kəşflər edirlər ki, təkamülə adaptasiya olunmağa çalışılan mühitdə onlar duruş gətirə bilməzdilər,” deyə Hills bildirir.