View shows statue of Soviet state founder Lenin in front of the mayor's office, with flags of Russia and Donetsk region erected on the roof, in SlavianskƏksər dəhşət filmlərində rejissorların tez-tez işlətdiyi bir taktika var: Şər yaxud qorxunc obraz öldürüldükdən, hamının rahat nəfəs almağa başlamasından bir qədər sonra – gözlənilməz anda yenidən peyda olur.  Qəfil qayıdışın doğurduğu terror və məyusluq hissi mənə sabiq Sovet məkanında cərəyan edən hadisələri xatırladır.  Prezident Vladimir Putinin Sovet imperiyasını bərpa etmək cəhdləri göstərir ki, şərin tamamlı surətdə məhv edilməsi güman edildiyindən xeyli səy aparır və çox vaxt filmlərdəki kimi, xortdama və terrorla müşayiət olunur.

New Republic məcmuəsində Kremlin Qulaq irsini unutdurmağa yönəlik siyasəti haqda yazan Ola Cichowlas Vladimir Putinin Stalin dönəmindən qalmış yeganə əmək düşərgəsi museyini bağlatdırmaq cəhdlərindən yazır.  Perm-36 kimi tanınan və siyasi dissidentlər üçün nəzərdə tutulmuş əmək düşərgəsi Sovet hökuməti tərəfindən idarə olunan sonuncu belə obyekt olub.  Axırıncı məhbus buranı 1988-ci ildə tərk edib.  Sovet İttifaqının dağılmasından sonra Stalin repressiyasının qurbanlarının reabilitasiyası uğrunda çalışan Xatirə təşkilatı buranı muzeyə çevirmişdi.  2005-ci ildən bəri burada beynəlxalq simpoziumlar konfranslar təşkil edilib ki, bu tədbirlərin məqsədi həm xarici həm də daxili ictimaiyyəti Kommunizmin cinayətkar irsi haqda məlumatlandırmağa yönəlmişdi.

İndi məşhur filmdə deyildiyi kimi, bu sahillərdə başqa bir fırtına gurlayır.  2011-ci ildə prezident kürsüsünə qayıdan Vladimir Putin təkcə keçmişi qaytarmağa yox, həm də onu silməyə və saxtalaşdırmağa çalışır.  Hakimiyyətə gələn kimi vilayətin liberal qubernatorunu öz əlaltsı ilə əvəzləyən Putin Xatirənin layihəsinə qadağa qoyub.  Təşkilatın özü anti-Rusiya mahiyyətli olmaqda günaghlandırılır.  Guya ki, Stalinin cinayətləri haqda danışmaq rus dövlətinə xəyanətdir.    Bu günlərdə Rusiya dövlət televiziyasında yayımlanan “sənədli film”-də nəqlçi Perm-36 layihəsinin məqsədinin “uşaqlara hazırda nəvələri şərqi Ukraynada genosid törədən ukraynalı faşistlərin elə də pis olmadığını öyrətmək olduğunu” deyir.

Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqının bir çox atributlarını, o cümlədən himnini dövlət himni qismində bərpa edib.

Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqının bir çox atributlarını, o cümlədən himnini dövlət himni qismində bərpa edib.

Bu cəfəngiyyat Putinin təbliğat maşınının məhsulu olmaqla yanaşı mühüm funksiyaya xidmət edir.  Tarixi saxtlaşdırmaqla, keçmişin cinayətlərini pərdələməklə hökumət indki əməllərinə haqq qazandırmağa, ən azı legitimliyini qorumağa can atır.  Sovet keçmişinin inkarı Sovetpərəst indinin rədd olunması ilə müşayiət olunmalıdır və buna imkan vermək olmaz.  Başqa tərəfdən Putin kimi sabiq DTK casususnun bugünkü davranışı Rusiyanın yaxın keçmişi ilə hesablaşmamasının birbaşa nəticəsidir.

“II Dünya Müharibəsindən sonrakı Almaniyadan fərqli olaraq, post-Sovet Rusiyasında köhnə rejimin cinayətləri heç kəsdə günahkarlıq hissi yaratmadı.  Post-Aparteid Cənubi Afrikasında olduğu kimi Rusiyada Həqiqət və Barışıq Komissiyaları yardılmadı.  Şərqi Almaniya və Macarsıtanda olduğu kimi DTK arxivləri açılmadı.  Totalitar dövrün xatirəsinə dair ictimai debat getmədi.  Əksinə, Rusiyanın elitası milli xatirəni manipulyasiya edir ki, bu da onun totalitar keçmiş və indiki qeyri-demokratik quruluşla hesablaşma istəyinin olmamasından xəbər verir.  Moskvadan xeyli uzaqda, Perm-36 Kremlin qəddar keçmişini saxtalaşdırmağa və kiçiltməyə yönəlik Rusiyada bir həqiqət adasıdır,” Ola Cichowlas yazır.

Sovetlərin əmək düşərgələrində milyonlaral adama tələf olub.  Amma sənədləşdirilməyə qoyulan sərt qadağalar üzündən bu haqda foto və videolar çox azdır.

Sovetlərin əmək düşərgələrində milyonlarla adama tələf olub. Amma sənədləşdirilməyə qoyulan sərt qadağalar üzündən bu haqda foto və videolar çox azdır.

Maraqlıdır ki, Ukraynada Viktor Yanukoviç hökumətinə qarşı etiraza qalxmış kütlələrin qəzəbli reaksiyaları özünü Lenin və başqa sabiq kommunist xadimlərin heykəllərinin uçurulması ilə müşayiət olunurdu.  Son onillikdə ikinci dəfə azadlıq uğrunda mübarizəyə qalxmış ukraynalılar anlayırdılar ki, keçmişin bütlərini dağıtmadan azad gələcək qurmaq olmaz.  Əslində Narıncı İnqilabın iflasa uğramasının, Yanukoviç kimi kriminal xislətli sabiq kommunistin hakimiyyətə qayıtmasının başlıca səbəbi həmin o qəddar keçmişlə hesablaşılmaması idi.  Bu keçmiş təkcə Ukryananı deyil, bu gün sabiq kommunistlər və onların övldadları tərəfindən idarə olunan keçmiş Sovet respublikalarını təhdid edir.

Keçmişlə hesablaşmaq elə də asan deyil.  Totalitar cəmiyyətlərin başlıca xüsusiyyəti onların mülki əhalini öz cinayətlərinə şərik etməsidir ki, bu reabilitasiya prosesini qat-qat çətinləşdirir.  Nasist Almansiyasında olduğu kimi sabiq SSRİ-də da çox az adama rast gəlmək olar ki, onların ailə üzvü yaxud yaxın qohumu dövlət apparatında qulluq etməmiş olsun.  Əksəriyyət bu və ya digər şəkildə rejimə xidmət göstərib, onun bir parçası olub.  Bundan əlavə totalitar rejimlərin yaratdığı ətalət, nostalgiya hissləri cəmiyyəti asanlıqla tərk etmir.  Çox adam var ki, hələ də Sovet dövlətini təmizlik, düzlük, məsumluq mücəssəməsi kimi görür – o vaxt həyatın sadə və firavan keçdiyini sanır.  Amma bütün hallarda Almaniya və bütünlükdə Şərqi Avropanın təcrübəsi göstərir ki, keçmişin cinayətləri ilə hesablaşmadan aydın gələcəyə doğru irəliləmək qeyri-mümkündür.  Keçmişin üzərimizdəki təsirini düzgün qiymətləndirmək isə bu istiqamətdə ilk mühüm addımdır.  Çünki, amerikalı yazıçı William Faulknerin dediyi kimi, “Keçmiş heç vaxt ölmür, o, heç keçmiş də deyil.”