saving-private-ryanKinematoqrafiya ərsəyə gələndən bəri üslub və xarakter baxımdan uzun yol qət edib. Son 100 ildə kinolar səssiz, anormal sürətli kadr axarından, süni pafoslu obrazlara və nəhayət inanılmaz texniki görüntülərədək təkamül edib. Son illərdə rejissorlar kinosevərlərə hekayəni maksimum reallıq dozası ilə çatdırmağa can atırlar.  Film ustalarının zirvəsində dayanan şəxsiyyətlərdən biri kimi tez-tez Stiven Spilberqin (Steven Spielberg) adı hallanır.  Onun “E.T.”, “Jurassic Park” və “Şindlerin Siyahısı” kimi şedevr filmləri təkcə sinemalara milyonlarla tamaşaçı cəlb etməyib, bunlar həm də kino sənətinə inqilabi yeniliklər gətiriblər.  Daha az qeyd olunan, lakin eyni dərəcədə inqilabi mahiyyətə malik filmlərdən biri isə “Əsgər Rayanı Xilas Etmək” (Saving Private Ryan) filmidir.  Pref.com saytının yazdığına görə bu film 1998-ci ilin ən populyar filmi olmaqdan əlavə, bizim kinoya və ümumiyyətlə müharibəyə baxışımızı dəyişib.  Həmin saytın bu film haqda aşkar etdiyi 30 maraqlı faktı olduğu kimi təqdim etmək müasir Amerika kinematoqrafiyasının cərəyanları haqda dəyərli təsəvvür yaradır.

  1. ryan-1Kinonun əsas qəhrəmanlarından birini – əsgər Rayanı canlandıran Matt Deymon çəkilişdən öncə icbari ağır ordu təlimi prosesindən azad edilən yeganə aktyor olub. Rejissor bilərəkdən Deymonu bu təlimdən azad etməklə bixəbər aktyorlarda ona qarşı kin-küdurət yaratmışdı ki, sonradan bu hisslər özlərini kinoda büruzə versin.
  2. Omaha sahilindəki açılış səhnəsində rejissorlar ağır döyüşü canlandırmaq üçün 40 çəllək saxta qandan istifadə ediblər.
  3. beach-machine-gunFilmin almanca dublyaj edilmiş variantında aktyorlar arasında həqiqətən Normandiya əməliyyatının canlı şahidi olmuş alman veteran olub. Filmin emosional realizmi o dərəcədə təsirli olub ki, ahıl veteran çəkilişi tərk edib.
  4. Neil Patrick Harris əsgər Rayan rolu üçün nəzərdən keçirilib.
  5. Tom Hanks kapitan Con Miller rolunu oynamazdan öncə rejissor Spilberq Mel Gibson və Harrison Fordu əsas rolda çəkməyi düşünüb.
  6. savingprivateryan720phdtvdtsx264-esir01-38-00Filmin çəkilişi ərəfəsində Tom Sizemore narkotikaya qurşanmışdı. Spilberq ona ultimatum verərək aydın etmişdi ki, çəkiliş zamanı hər gün ondan qan analizi götürüləcək. Və əgər o, bir dəfə də olsun testdən keçməsə, onda filmin axırına yaxın da olsa, onun iştirak etdiyi bütün səhnələr yenidən onsuz çəkiləcək.
  7. Matt Deymonu əsgər Rayan roluna cəlb edəndə Spilberq həmin vaxt nisbətən tanınmamış aktyor istəyirdi. Ancaq filmin açılışından az öncə “Good Will Hunting” kinosunun uğuru bir gecənin içində Deymonu populyarlaşdırmış oldu.
  8. ABŞ boyu bütün kinoteatrlara təlimat verilmişdi ki, filmin səs səviyyəsini normalda olduğundan ucaltsınlar. Belə ki, bu filmdə səs effektləri son dərəcə önəmli rol oynayır.
  9. Serjant Horvat rolu ilkin olaraq Billy Bob Thorntona təklif edilmişdi. Lakin suya fobiyası olduğundan Thornton Omaha çimərliyi səhnəsinin çəkilişindən imtina etmişdi.
  10. beach-1Filmdə eşidilən güllə səsləri həmin dövrün silahlarından açılan həqiqi atəş səsləridir. Bu səslər poliqonda yazılıb.
  11. Yüzlərlə veteranın filmdən psixoloji travma ala biləcəyini ehtimal edən Veteranlar Nazirliyi emosional dəstək üçün qaynar telefon xətti açmışdı.
  12. Əsgər Rayanın rolu ilk olaraq Eduard Nortona təklif olunub, ancaq o, əvəzində “Amerika Tarixi X” filminə çəkilməyə qərar verib.
  13. Kifayət qədər ağır təlimlərdən əlavə, aktyorlar treyninq zamanı olduqca rütubətli şəraitdə yaşamış, bir-birlərinə yalnız obraz adları ilə müraciət etməyə məcbur edilmiş və təlimçilər tərəfindən nalayiq ifadələrə məruz qalmışdılar.
  14. Omaha sahilindəki döyüş səhnəsi dörd həftəlik müddətdə çəkilib. Hücumun proqresi kadrbakadr və günbəgün lentə alınıb. Rejissor Spilberq çəkilənlərin heç birinin əvvəlcədən ssenariləşdirilmədiyini iddia edir.
  15. cinema1998-ci ildə Amerika sinemalarında ən çox pul qazanan film olub.
  16. Tom Hanksin canlandırdığı Con Miller öz batalyon üzvlərinə vətəndəki həyatı haqda danışanda, Hanksin nitqi ilk öncə daha uzun planlaşdırılmışdı. Ancaq aktyor Hanks hesab edib ki, onun obrazı özü haqda çox danışmağı sevməz. O, Spilberqə bunu deyəndən sonra, rejissor razılaşıb və onun monoloqunu qısaldıb.
  17. Omaha sahilindəki döyüş səhnəsi 11 milyon dollara başa gəlib və burada əksəriyyəti İrlandiya rezervistləri olmaqla təqribən min adam iştirak edib. Səhnədə habelə 20-30 əlil olub ki, onlar əsgərlərin döyüş zamanı bədən üzvlərini itirməsini canlandırmağa kömək ediblər.
  18. Partlayışlar zamanı kamera titrəyəndə Spilberq kameralara drel qoşaraq partlayış zamanı onları işə salırdı. Yalnız bu effektlərin çəkilişindən sonra Spilberqə deyiblər ki, kameralarına özündə titrəyiş cizgisi var. O vaxtadək Spielberq zənn edirdi ki, yeni bir film texnikası icad edib.
  19. saving-private-ryanOmaha Sahilinə hücum zamanı göstərilən qayıqlardan ikisi həqiqətən İkinci Dünya Müharibəsində istifadə olunub.
  20. Dənizdəki ilk döyüş səhnələrində aktyorlarına daışıdıqları sursat taxtadan olub, belə ki, həqiqi sursat çox ağır olub.
  21. Məşhur hərbi tarixçi Stephen Ambrose filmin onun üçüün xüsusi görüntülənməsi zamanı başlanğıcdan 20 dəqiqə keçmiş, mütəəssir olmuş və kinonu dayandırmağı xahiş etmişdi. O özünü toparladıqdan sonra filmə baxış davam etdirilib.
  22. Spilberq sinemalardan xahiş edib ki, film başladıqdan sonra heç kimi içəri buraxmasınlar.
  23. 800px-steven_spielberg_masterclass_cinematheque_francaise_2_croppedStiven Spilberq ilk olaraq filmi İkinci Dünya müharibəsinin veteranı olmuş atasında xatirə hədiyyəsi kimi çəkmişdi. Çoxlu qrafik zorakılıq səhnələri əks etidrən filmin bu dərəcədə populyarlaşacağını güman etməmişdi.
  24. Filmin 45-ci dəqiqəsində aktyor Paul Giamatti deyir: “45 dəqiqədir ki, küçələrdə sakitlikdir.”
  25. Bəziləri reyncerlərin bir səhnədə almanlara minamyot mərmiləri atamasının reallıqdan uzaq olduğunu deərək şikayələnirdi. Şərəf medalına təltif edilmiş Çarls Kelli sonradan 1943-cü ildə italiyadakı bir döyüş zamanı eynən belə etdiyini deyir.
  26. Filmin reallığa yaxın olmasına görə Spilberqi alqışlayanlar sırasında Star Trek-in qəhrəmanı Ceymz Doohan var idi. 1944-cü il, Normandiya əməliyyatında Kanada əsgəri qismində iştirak etmiş Doohan sağ əlinin orta barmağını döyüş zamanı itirmişdi. O, Spielbergə filmdən qan donduran detalları çıxarmadığına görə təşəkkür edib.
  27. Hindistanda ifrat zoraklıqları əsas gətirərək Hindistan Senzura Heyəti filmi qadağan etmişdi. Onlar filmdən bəzi detalları kəsməyi tələb edəndə Spilberq imtina etmiş və filmin Hindistanda nümayiş etdirilməsindən imtina etmişdi. Lakin Hndistan daxili işlər naziri şəxsən kinoya baxdıqdan sonra riqqətə gəlmiş və filmin nümayişinə icazə vermişdi.
  28. czech-soldiersTəslim olmağa çalışan vaxt güllələnən iki düşmən əsgəri əslində çex dilində danışırdılar. Onlardan biri deyir: “Lütfən məni vurmayın. Mən alman deyilən, çexəm. Heç kəsi öldürməmişəm.  Mən çexəm.” Ölkələri işğal edildikdən sonra çox sayda polşalı və çex nasistlər tərəfindən məcburən müharibəyə cəlb olunmuşdu.
  29. Sahildə səhra radiosundan istifadə edərkən kapitan Miller təkrar-təkrar “CATF” deyə qışqırır. Burada o, Amfibiya Xüsusi Qüvvələrinin Komandanına (Commander: Amphibious Task Force) müraciət edir.
  30. Filmin sonuna az qalmış Matt Deymon əsgər yoldaşları ilə bir hekayə paylaşır. Hekayə qardaşı ilə kifir qızın anbardakı görüşü haqdadır. Hekayə uzun-uzadı gedir və elə də gülməli deyil. Ancaq film heyəti onun çəkilişini davam etdirir, çünki əslində öz duzsuzluğu ilə bu hekayə Rayan yaşlı və təcrübəli bir adamın xarakterinə uyğun gəlir. Stiven Spilberqin hekayə o qədər xoşuna gəlir ki, onu filmdə saxlamağa qərar verir.

MƏNBƏ: Pref.com