Yaxın Şərqin Təhsil Problemi

“İndi ərəb dünyasında faiz nisbətində ABŞ-da olduğundan daha çox qadın elmi sahələrdə dərəcələr alır. Təkcə Səudiyyə Ərəbistanında bütün elmi dərəcələrin yarısı qadınların payına düşür. Lakin buna baxmayaraq, qadınların əksəriyyəti öz dərəcələrinin bəhrəsini görmürlər,” Amanda Ripley Atlantic məcmuəsində yazır. Bu günlərdə İordaniyaya səfər etmiş və ölkənin məktəblərində geniş müşahidə missiyası həyata keçirmiş amerikalı jurnalist maraqlı təəssüratlarla […]