Dekabrın 24-də Azərbaycanın ilk müstəqil mediası – “Azadlıq” qəzetinin 23 yaşı tamam olub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından, baş redaktor Nəcəf Nəcəfovun rəhbərliyi ilə qəzetin ilk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görüb.
Kommunist rejimi dövründə hökm sürənalternativsizlik səbəbi ilə qəzetin ilk nömrələri Azərbaycan boyu əldən-ələ gəzir, bütün meydanlarda, küçələrdə, evlərdə oxunurdu. Keçmiş kommunist rejiminin kəskin tənqidi yer alan qəzet insanlar üçün alternativ fikir, bir növ təmiz hava idi. Odur ki, qəzetin tirajı indiki vaxt üçün ağlasığmaz idi – 250 min nüsxə. Qəzet milli azadlıq hərəkatında və Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynayıb.
Azadlığın keçdiyi yola, qazandığı uğurlara və hazırda yaşadığı problemlərə nəzər salmaq üçün bu həftə Sərbəst Kürsüyə Azadlığın baş redaktoru Qənimət Zahidi dəvət etmişik. Dekabrın 26-ı Qənimət Zahid sizin suallarınızı cavablandırıb.
———————————————————————————
21:00 / 26 dekabr 2012
Salam, əziz oxucularımız. Hamınızı qarşıdan gələn Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edirik. Artıq elan etdiyimiz kimi bugünkü qonağımız 23 yaşını qeyd edən Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahiddir. Canlı Forumda moderatorluğu isə mən Emil Quliyev edirəm.
21:03
Emil Quliyev [moderator]: Hər vaxtınız xeyir, Qənimət bəy! Sizi və kollektivinizi, qəzetin ərsəyə gəlməsində əməyi olan hər bir şəxsi təbrik edirik!
21:05
Qənimət Zahid: Təşəkkür edirəm, sağ olun!
EQ:İlk sual Kamil Quliyev adlı oxucudan daxil olub. O yazır:Qənimət bəy, salamlar. Sizi və kollektivinizi təbrik edirəm!Sualım belədir: Siz Azadlığa nə zaman gəlmisiniz və neçə ildir jurnalistika ilə məşğulsunuz?
Cavab: 1990-cı ildə Bakı Dövlət Universitetini bitirəndə mərhum Əbülfəz Elçibəy BDU-ya tələbnamə yolladı ki, məni Xalq Cəbhəsinin Azadlıq qəzetində işləmək üçün yollasınlar. O zamanlar belə qayda vardı ki, idarə və təşkilatlar ali məktəblərdən məzunları tələb edirdilər.. BDU da həmin tələbnamə əsasında məni oraya göndərdi. Mən rəsmən Xalq Cəbhəsinə təyinat götürmüş ilk gənc mütəxəssis kimi Azadlıqda işə başlamışam. Əslində Əbülfəz bəyin mənim üçün tələbnamə göndərməsi təsadüfi və ya şəxsi münasibətlərə bağlı deyildi. 1990-cı ilin 20 yanvarında ruslar komendant saatı elan etdikdən sonra televiziya və qəzetlər qapadılmışdı. Ölkədə ciddi informasiya böhranı vardı. O zaman men dostlarla meslehetleşerek Tbilisiye getdim ve orada YURD adlı qezetin esasını qoydum. YURD 25-30 mın tirajla Tiflisde derc edilirdi, biz onu Azerbaycanda yayırdıq. Elçibey de bunu nezere alaraq menim Azadlıqda işlemeyimi istemişdi. Jurnalistika ile de hemin vaxtdan, yeni YURD qezeti neşre başlayandan meşğulam. 1990-cı ilin iyun ayında Azadlıq fealiyyetin berpa etdi ve men de hemin ay universiteti bitirerek bu qezetde işlemeye başladım.
Cavab: Azadlıq yarandığı zamandan çetinlikler icerisindedir. Qezetin fealiyyetinin bir ayı tamam olmamış onu ruslar qapatdılar. Sonra Azerbaycanda Heyder Eliyev zamanının uzun ve ağrılı senzuraları, teqib ve tezyiqleri başlandı. Açığı, keçdiyimiz zamana baxanda müeyyenleşdirme
Cavab: Açığı Azadlıqın yarandığı ilk günleri xatırlamıram ve bir başa iştirak etmemişem. Hemin erefede men könüllü telebe rotasının komandiri olaraq Qubadlıdaydım. O zaman biz BDU telebelerinden ibaret iki jkönüllü rota teşkil etmişdik. Bunların birine men, o birine ise Eli Kerimli (Laçında) rehberlik edirdi. Men Qubadlıda olanda eşitdim ki, Xalq Cebhesinin Azadlıq adlı qezeti neşre başlayıb ve onun baş redaktoru Necef Necefovdur. Men Necef beyi ela tanıyırdım ve düşünürem ki, ondan daha layiqli namized ola bilmezdi. Amma açığı, orada daha çox ermenilerle üz-üze senger qazaraq müdafie işi ile meşğul olduğumdan Bakıdakı bu sayaq yenilijkleri sadece olaraq, ela bir fakt olaraq deyerlendirirdi
Emil Quliyev [moderator]:Növbəti sual Facebook vasitəsilə göndərilib. Rıza Talebinin sualı belədir:- Zatən Mən Güney Azərbaycan üçün bir sorum var, belə görürünür ki Rəhmətlik bəydən sonra Quzeyin Muxalifətində Güney məsələsi sadəcə lafadadır, bu sürəcdə belkə belə yazmaq lazım ki, Güney Milli hərəkatı təmamilə unudulubdur, özəllikcə milli fəalların durumu bakıda çox bərbad, hakimiyətdə bu məsələləri qabartmaq istəmir, sizcə niyə Quzey muxalifəti , Samballı şəkildə Güney Azərbaycan Partiyalarilə Münasibət qurammır, hal bu açıq aydın bəllidir ki İlham Əliyev, Güneyi Qullanır Və Onu Bir Özgür şəkildə görmək istəmir, Müsavat qazetinə baxanda , İran Rejiminə Bir eləşdidir yox, aşırı dərəcədə islamçılar muxalifətə girirlər, və dəstəklənirlər!Buna hamısı mənim sorum deyil, bəlkə çoxlu insanın qafasına yerləşən paradokslardır. yenədə Azadlıq qazetində Güney məsələsinə yer vermənizdən təşəkkür edirəm, Sayqılar.
Sual [Azer]: Salam Qənimət bəy. “Azadlıq” böyük məktəbdir. Azərbaycan jurnalistikasın
Cavab: Esteğfurullah, bey. Men özümü o kateqoriyadan olanlardan saymaq istemezdim. Ammaher halda, bütün bu müddet erzinde Azadlıqla emekdaşlıq edenlerin ekseriyyetini memnuniyyetle xatırlayıram. Memnuniyyetle xatırlanadıqlar
EQ [moderator]: Gülnarə adlı oxucu email vasitəsilə soruşur: Türkiyədə yaşamağınız baş redaktorluq işinizə çətinlik yaratmır ki? 2. Azadlıq qəzetinin maliyyə çətinliklərini necə həll etməyi düşünürsünüz?
Sual [Mammad Ibrahim]: Salam Qənimət bəy. Sizi salamlayır və bir daha təbrik edirəm. Sualım belədir ki, siz Baş Redaktor təyin olarkən, nə vaxtsa qəzetin Qafqazın ən böyük qəzeti olacağınına inanırdınızmı və buna görə ən çox nəyə və kimə borclusunuz?
Cavab: Azadlıq zaten hele 90-ın evvellerinde Qafqazın en böyük qezeti idi. Sadece olaraq. 1995-96-cı illerden sonra bir sıra obyektiv ve subyektiv problemler üzünden onun reytinqi ciddi xesaret aldı. Amma son iller hamı görür ve derk edir ki, Azadlıq obyektiv informasiya uğrunda hansı mehrumiyyetlere sine gerir. Oxuculara da doğru ve obyektiv xeber lazımdır. Biz bu qezetin ezemetinin berpa edilmesi üçün çox mehrumiyyetler yaşadıq ve yaşamağa davam edirik. Mesele. Qafazın en böyük qezetinin olub-olmamasınd
Sual [Rəsul]: Yeni əfv fərmanından xəbəriniz varmı? Bəlkədə Azərbaycanda siyasi məhbusların ən az olduğu dövrə daxil oluruq. Bunu necə qiymətləndirərd
Cavab: Fermandan xeberim var ve Azerbaycanda siyasi mehbusların en az olduğu dövre qedem qoyduğumuzu düşünmürem. Avropa Şurası İlham Eliyeve lobbiçilik etmeyin daha mümkün olmadığını görende; onu geriye çekmeyi bacarır. Amma en qısa zaman sonra bu siyahının yeniden böyüyeceyine şübhe etmirem. Serbest toplaşma azadlığını mehdudlaşdıran Qanunun qebulunden; yeqin ki; xeberiniz var. Bu qanun siyasi mehbusların yeni neslini doğuracaq. Üstelik; Evez Zeynallının şerlenme neticesinde mezheke seviyyesine enen mehkeme istintaqının davam etmesi, AŞ PA siyasi mehbuslar üzre meruzeçisinin siyahısında olan çoxlu sayda insanların hele de hebsde saxlanması veziyyetin qetiyyen ürekaçan olmadığının göstericisidir. Men bu baxımdan nikbin deyilem. Azadlıqa çıxan dostlarımı ve bütün siyasi mehbusları ise tebrik edirem. Onları daha hebsde saxlamaq mümkün olmadığına göre onlar azadlıqa çıxıblar.
22:33
Sual [İntigam İbrahimoğlu]: Öncə Amerikanın səsi verlişində çalışan soydaşlarımı salamlayıram. Qonağnınız Qənimət Bəyi salmlayandan sonra Ona Azərbaycanın həqiqi Azadlığa çıxması münasibətilə, mücadiləsində ugurlar diləyirəm. Sualıma gəlincə : “Hamımız bilirik ki, 1988-91-ci illər Xalq hərakatı dövründə Heydər Əliyevin Moskva və ondan sonra Naxçıvana gəldiyi dövrlər, eləcə də 93-cü illər ərzində nə siyasi qüvvəsi və nə də sərmayə baxımından güclü deyildi. Sizə elə gəlmirmi ki, onun hakimiyyətə gəlməsini birinci içimizdən olan siyasətçilər sonra da xarici ölkə tərəfdarları vasitəsilə anlaşmalarının səyi nəticəsində mümkün olmuşdur ?
Yalız mənim fikirimcə əgər o, zamanında yəni 1988-ci illərdən başlayaraq hakimiyyətdə olsaydı Qarabağ və onun ətrafındakı torpaqlar işqal altında olacaqdımı ?
Ondan sonrada onun hakimiyyətdə qalması keçmiş post sovet ölkələrindəki bir cox prezidentlər kimi hakimiyyət başında qalması qeyri-mümkün hesab edilə bilərdimi ?” Öncədən təşəkkür edirəm.
22:40
Cavab: Sual daha çox siyasetçiye ünvanlanacaq sualdır, men ise siyasetçi deyilem. Amma düşünmürem ki, Heyder Eliyev Azerbaycana qayıdanda onun heç bir dayağı yox idi. Bu dayaqlar vardı: KGB nin hele strukturunu qoruyub saxlayan agentura şebekesi, onun eski rehberliyi zamanında imtiyazları ile ferqlenen elementler az da olsa dayaq sayıla bilerdi. Amma Heyder Eliyevi maliyye resursları ile o zamankı Türkiye hökumeti temin etdi, Bunu ne üçün etdikleri çox geniş söhbetin mövzusudur. Eyni zamanda, hesab edirem ki, Heyder Eliyevin hakimiyyete gelmesi Dağlıq Qarabağ etrafındakı erazilerin işğal edilmesini şerlendirdi ve Qarabağ etrafındakı indiki yaramaz durumun yaranmasının esasını qoydu. Bu barede Turqut Erin Azadlıqdan Tiranlığa… adlı mkitabında, mühaciretde olan polkovnik >İsa Sadıqovu Azadlıq da geden silsile yazılarında ve dövri metbuatda etraflı yazılar derc edilib…
22:42
Sual [Mikayıl]: Azadlıq qəzetini qərəzsiz qəzet adlandırmaq olarmı? Yoxsa siz də həqiqətlərlə yanaşı, həm də bir qədər müxalifətin mövqeyindən çıxış edirsiniz?
22: 51
Cavab: Ola biler ki, Azadlıq qezetinde de herden qerezli yazılar derc edilsin. Bunu istisna etmirem. Amma bütövlükde Azadlıq qerezli qezetdir söylemek insaf ve mürüvvet çerçivesine sığmaz. Azadlıq ölkedeki yolsuzluqlara ve qanunsuzluqlara qarşı barışmaz qezetdir. Bezileri bunu müxalif mövqe adlandıra bilerler, amma qezet ne üçün hökumetyanlı olmalıdır ki? Mütereqqi dnyada iqtidaryönlü qezet anlayışı yoxdur. Yalnız Azerbaycan kimi gerizekalı idareçiliyin olduğu ölkelerde hökumet qezeti anlayışı ve gerçekliyi var. KİV ictimai nezaretin mühüm bir qoludur, eger bu nezaret hakimiyyetin eline keçirse, avtoritarizm yaranır, diktatura derinleşir. Azadlıq ise hökumetin metbuatı inhisara almasına yol vermeyen qezetdir.
22:54
Emil Quliyev [moderator]: Qənimət bəy, dəyərli vaxtınızı ayırıb dəvətimizi qəbul etdiyiniz və oxucularımızın suallarını cavablandırdığı
22:56
Qənimət Zahid: Çox sağ olun Emil bey!
23:00
EQ: Forumun əsas iştirakçıları oxucularımız olduğundan onlara da dərin təşəkkürümüzü bildiririk. Sərbəst Kürsünün növbəti sayıdan görüşmək ümidi ilə…
9 responses to “Qənimət Zahid: Azadlıq yarananda Qubadlıda rota komandiri idim!”
Qənimət bəy, salamlar. Sizi və kollektivinizi təbrik edirəm!
Sualım belədir: Siz Azadlığa nə zaman gəlmisiniz və neçə ildir jurnalistika ilə məşğulsunuz?
Sözsüz ki, Azadlığı hazırda necə çətinliklər yaşadığı hamıya məlumdur. Bİlmək istərdim ki, sizim ən böyük, mühüm əhəmiyyət kəsb edən çətinlikləriniz hansılardır.
Hörmətlə, Anar Yasəf
Azadlığın yaranması barədə tarixi və ədalətli məlumat verməyinizi istərdim. Ətraflı olsa gələcək nəsillər Azadlığın necə bir şəraitdə formalaşmasından məlumatlı olar.
23 yaşınızı təbrik edirəm!
Möhtərəm Baş Redaktort!
Sizi salamlayır və dərin ehtiramımızı bildiririk!
Prezidentin əfv sərəncamı ilə Şahin bəy Həsənli və Vidadi bəy İsgəndərli azadlıqa buraxildı.Diktator bu iki boşluğun yerinin doldurulmasına müxalifətdən ən aktiv, siyasətdə üzdə olan digərlərini həbs edəcəyinə siz nə proqnoz verirsiniz?
Möhtərəm Azadliq Aşiqi!
Sizi salamlayır və dərin ehtiramımızı bildiririk!
Nədən yeni yaradılmış olan Azərbaycan saatı kanalının bölgələr üzrə təmsilçiləri yoxdur.Həmdə bölgələr od tutb yandığı bir vaxta belə reportajların cox böyük önəmidə olardı.
Salam Qənimət bəy. “Azadlıq” böyük məktəbdir. Azərbaycan jurnalistikasını bu məktəbin yetişdirməsi mainlander olar. Şəxsən 9-cu ildir ki, bu qəzetlə əməkdaşlıq edən bir şəxs olaraq mənim üçün “Azadlıq” qəzeti Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, Qənimət Zahid bu fakültənin dekanı, redaksiyanın əməkdaşları isə tələbələridir. Qənimət bəy tələbələrindən məmnundurmu? Azər, Mingəçevir
SALAM BEY .QENIMET BEYE TESEKKUR EDIN BELE SINMAYAN KOLLEKTIV YARATDIGINA GORE MUBARIZENIN BERABER OLMAMASI BAXMAYARAQ MUBARIZE APARILIR MEN KOYDE YASAYIRAM 7000 EHALININ ADINDAN AZADLIQA VE ONUN VEDAKAR ISKILERINE TESEKKUR EDIREM 23 YASINIZ MUBAREK
Salam Qənimət bəy. Sizi salamlayır və bir daha təbrik edirəm. Sualım belədir ki, siz Baş Redaktor təyin olarkən, nə vaxtsa qəzetin Qafqazın ən böyük qəzeti olacağınına inanırdınızmı və buna görə ən çox nəyə və kimə borclusunuz?
Azadlıq qəzetini qərəzsiz qəzet adlandırmaq olarmı? Yoxsa siz də həqiqətlərlə yanaşı, həm də bir qədər müxalifətin mövqeyindən çıxış edirsiniz?