İllinois universitetinin professoru Məhəmməd Kanduri aşağıda Urmiyə Gölünün quruması təhlükəsi və bunun nəticələri barədə izləyicilərimizin suallarını cavablandırıb. Bütün suallara ayrılıqda cavab verməyə vaxt çatmadığına görə üzr istəyirik. Məsələyə göstərdiyiniz əlaqəyə və diqqətinizə görə təşəkkürümüzü bildiririk.
Urmiyə gölünün qurumasının qarşısını almaq üçün, bu yaxınlarda, İran Parlamentinə azərbaycanlı bəzi millət vəkillərinin verdikləri qanun lahihəsinin Parlamentin üzvlərinin əksəriyyətinin səsi ilə rədd olunması azərbaycanlıları qəzəbləndirmiş Avqustun 27-də Urmiyədə və Təbrizdə etiraz nümayişləri keçirilmiş, təhlükəsizlik qüvvələri ilə başverən toqquşmalar nəticəsində çoxlu nümayişçi yaralanmış, yüzlərlə adam polis tərəfindən saxlanmışdır. Çoxlu adamın yaralanması və həbsi ilə nəticələnən hadisələr beynəlxalq təşkilatlar və Qərb mediasının diqqətini məsələyə cəlb edə bilmiş o nümayişlər zamanı və ondan sonra Birləşmiş Ştatların Nyu York Times, Böyük Britaniyanın Guardian qəzeti və başqa nüfuzlu qəzetlər həm nümayişlərə və həm də Urmiyə Gölülünün və bölgənin üz-üzə qaldığı problemlərə geniş yer vermiş, həmin etirazlar və qarşıdurmaların video sujetləri həm bu medialar həm də Youtube və Facebook kimi sosial şəbəkələr tərəfindən dünyaya yayılıb.
Bundan sonra da İran Azərbaycanının müxtəlif şəhərlərində əlavə nümayişlər keçirilmiş çoxlu adamlar Ayrıca Azərbaycan Respublikası, Türkiyə və Avropanın başlıca şəhərlərində də İranda azərbaycanlıların Urmiyə gölünü xilas etmək üçün başlatdıqları kampaniyaya dəstək üçün nümayişlər keçirilib.
SUAL: Men bilmek isteyirem besheriyyetin ekoloji problemlere suruklendiyi bir dovrde golun qurudulmasi ne verecek Irana yoxsa azerbaycanlilara qarshi bir texribatdir yene?
CAVAB: Bu göl qurusa bu göldə azı altı milyard kub metr su qalacaq və bu duz, insanlar, heyvanlar və bitkilərə böyük zərər verəcək. Bu ətrafdakı ərazilər təkcə səhraraşmayacaq, eyni zamanda bu duzların bir hissəsi turşu yağışı adlandırılan zərərli maddələri ehtiva edən yağışlara səbəb olacaq. Bu zərərli duzlar isə bu regionun bütün həyat tərzinə mənfi təsir göstərəcək və buralarda yaşamaq olduqca çətin bəlkə də imkansız olacaq.
Sual: Urmu gölünə axan çayların üstündəki bəndləri açsalar, bir-iki il sonra içmək və əkinəcək işləri üçün suyumuz olacaqmı?
Cavab: Bu gölə axan çaylar açılmalıdır. Bu göllər açılmadığı və bəndlərdən çaylara su gəlməsinin qarşısınının alınması davam etdiyi təqdirdə gölün xilas edilməsini mükmün ola bilər. Yəni bu çaylar üzərindəki su bəndləri açılmasa və gölün qurumasının qarşısı alınmasa gölün qurumasının təsiri həmin çayladan istifadə edən ərazilərə və bu ərazilərdə yetişən məhsula da təsir edəcək və həmin ərazilər də aradan gedəcək. Yəni gölün xilası bir yerdə həmin çayların və ərazilərin də xilası deməkdir. Yozsa bütün region duz sunamisininin təsiri altında qalacaq.
Sual: Siz Azərbaycanda düzələn bəndlərin düzəlməsin qəbul edirsizmi ya muxalifsizmi?
Cavab: Gölün qurumasına səbəb olan başqa bir amil gölün ətrafında çoxlu quyuların açılmasıdır. Bu quyuların çoxu əkinçilik məqsədilə açılıb ancaq az sayda quyu da içməli suy əldə etmək üçün açılıb. Hamılıqda götürəndə isə bu quyuların glün qurumasına müəyyən təsiri olsa da bu təsir o qədər də böyük deyil. Ancaq bu quyular həmin bölqədəki qaynaq sularının kökünü kəsib. Əlbət də əsas səndlər bəndlərin çəkilməsidir ki, bunlar gölü öz su mənbələrindən məhrum edib.
Sual: Torpaq tökülməsi və körpü tikilməsinin mənfi təsiri olubmu? Bəziləri deyir ki, bu həm gölün dövriyyəsinin qarşısını alıb və həm də bəzi qaynaqları qurudub?
Cavab: Məncə bunun təsiri o qədər də böyük olmayıb. Düzdür minlərlə ton torpağın tökülməsi qaynaqlara müəyyən qədər təsir edə bilər. Və bunun gölün dövriyyəsinə də müəyyən təsiri olub, amma bu azdır.
Sual: Sizden rica etsem bir Ürmü gölünün Tarih boyu kuruyub kurumadığı için bilgi verseniz.
Cavab: Tarixdə heç belə bir hadisə baş verməyib. Beynəlxalq alimlər araşdırma aparıb ki, 27 il əvvələ qədər göldə quruma baş verməyib. Keçən min illər ərzində azalıb çoxalsa da, keçmişdə gölün quruması barədə heç bir dəlil yoxdur.
Sual: Araz çayından Urmiyaya su gətirilməsi məsələsinə necə baxırsınız?
Cavab: Yaxşı ideadı ancaq problemləri var. Birincisi beynəlxalq qaydalardı. İkincisi isə Arazdan su ancaq nasoslarla və tunellərdən keçərək gətirilə bilər. Deməliyəm ki, bütün bu çətinliklər aradan götürülsə və su gətirilsə də Arazın suyu gölün xilasına kömək edə bilər ancaq kifayət etməz. Yəni başqa alternativlər lazımdı.
Sual: Bəs Zab suyu necə?
Cavab: Zabdan su gətirmək məsələsində də çətinliklər var. Burdan su ancaq tunellərlə gətirilə bilər və bu suyun nə qədər köməyi olacağı da o qədər də aydın deyil.
Sual: Qısa və uzun müddətdə nə tədbirlər görmək olar?
Cavab: Buranın minlərlə illik tarixi var. Burada həmişə su qıtlığı olub. Bu bölgə Şimalı Azərbaycandakı kimi deyil. Məsələ budur ki, bölgədə içməli suya ehtiyac var. Burada əhalinin sayı çoxalıb. Ona görə də əhalinin su ehtiyacı var. İndi az su ilə çox məhsul əldə etmək məqsədi ilə ən yeni texnologiyalardan istifadə eləmək olar. Yəni buranın ətrafındakı mövcud sulardan ən son metodlarla, elmi yollarlarla istifadə olunsa, alimlərə danışılsa və onların təklif eliyəcəkləri layihələr işə salınsa, hətta hardansa – Arzadanmı, Xəzərdənmi su gətirməyə ehtiyac qalmaya da bilər.
Sual: Urmu barədə keçirilən nümayişlərin məqsədi ekolojimidir, yoxsa bunlardan siyasi məqsədlərlə istifadə olunurmu?
Cavab: Mən siyasi adam deyiləm. Mən bu barədə məlumatlı deyiləm və məsələyə ekoloji cəhətdən baxıram və əlbəttə hər bir məsələdə siyasi bir cəhət ola bilər, mən bu barədə fikir demək üçün lazımı məlumata malik deyiləm. Bir də deyim ki, məsələyə ekoloji cəhətdən baxıram.
Bunu da qeyd edim ki, xalq təşvişə düşüb və öz etirazını bildirir və onları döyüb zindana salmaq düzgün deyil. Onların öz narahatlıqlarını bildirməyə, çarə axtarmağa hüquqları olmalıdır. Dünyanın heç bir ölkəsində buna görə insanları döyüb həbs eləməzlər.
Sual: İran rejiminin Azərbaycanlıları yerlərindən yurtlarından etmək üçün belə bir yoldan istifadə elədiyi ona görə Urmunun qurumasının qarşısını almaq məqsədilə heç bir tədbir görmədiyi, azərbaycanlıları evlərində, ata-baba yurtlarından didərgin salıb bu əraziləri boşaltmalarını təmin üçün belə bir yoldan istifadə etməsi barədə iddialara nə cavab verə bilərdiniz. İran rejimi öz ərazisinini böyük bir hissəsinin səhraya çevrilməsini istəyə bilərmi?
Cavab: Qeyri-fars millətlərin assimilyasiyası siyasəti 1935-ci ildən başlanır. Mən siyasi adam deyiləm. Mən belə bir misal verə bilərəm ki, bir maşın bir adamı vurub öldürür. Axırda bu adam öləndən sonra sürücünün qəsdən yoxsa bilmədən bu adamı öldürdüyü mənim nəzərimdə o qədərdə mühüm dəyil. Mənim nəzərimdə mühüm olan bu gölün xilas edilməsidir, ona görə də məsələyə gərək biz ekoloji cəhətdən baxaq və gölün qurumasının qarsını bu yolla alaq.
Sual: İran hökumətinin Urmu barədə bir iş gördüyünü deyə bilərsiniz?
Cavab: İran hökuməti nəinki gölün qurumasının qarşısını almaq üçün işlər görməyib, hətta bir qədər də gölün qurumasınının sürətlənməsinə kömək edib. İran hökuməti beynəlxalq sahədə lazım olan işlərin heç birini görməyib. Bunun məsuliyyəti həmin hökumətin boynuna düşür.
Sual: Bəs İran hökuməti nəyə görə bu suyun qurumasına yol versin? Minlərlə kilometrlik ərazinin səhraya çevrilməsindən çəkinmir? Bunun qarşısını almağa çalışmır?
Cavab: Burada bəzi mənafelər var. Kiçik də olsa buradakı bəndlərdən istifadə edilən yaradılmış balıqcılıq fermalarına zərər deyə biləcəyindən çəkinənlər var. Onlar bəndlərin yıxılmasının qəti əleyhinədirlər. Digər tərəfdən isə bəlkə də əsas problem İran hökumətinin Urmu Gölünün quruması məsələsinin və bunun qarşısının alınması üçün göstərilən fəaliyyətlərin bir xalq hərəkatına çevrildiyini hiss etməsidir. Mən bir də deyim ki, şəxsi olaraq belə fikirləşirəm və ekoloji məsələni birinci növbədə nəzərdə tutaraq deyirəm ki, hakimiyyət qorxur ki, indi belə bir xalq hərəkatı qarşısında geri çəkilsə və xalqın istəklərini yerinə yetirsə, bu zəiflik əlaməti olaraq başa düşülə bilər və əhali gələcəkdə ana dilində təhsil və başqa hüquqlar tələb etmək üçün də nümayişlər keçirib, hökumətə təzyiq göstərə bilər. Ona görə də məncə indi onlar Urmu ətrafındakı tələblər qarşısında bir iş görmürlər.