Cabbar Savalanlı: Bu mübarizə şərəf borcumuzdur!

Posted January 13th, 2012 at 12:48 pm (UTC-4)
15 comments

2011-ci ildə yadda qalan və Azərbaycan ictimaiyyətini narahat edən hadisələrdən biri də aktivlik nümayiş etdirən rekord sayda gənc fəalın müxtəlif ittihamlarla həbs edilməsi oldu. Beynəlxalq təşkilatlar demək olar ki, onların hamısını vicdan məhbusu kimi tanıyır. 2011-ci ildə həbs edilən vicdan məhbuslarından yalnız AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlı ötən ilin son günlərində – dekabrın 26-da prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi. Ancaq Cabbar Savalanlının artıq azadlıqda olmasına baxmayaraq, 20-dən çox başqa vicdan məhbusu hələ də dəmir barmaqlıqlar arxasında qalmaqdadır. Cabbarın da dediyi kimi onlara dünyanın hər tərəfindən çoxsaylı dəstək məktubları daxil olur. Bəs görəsən, bu məktublar onların həbsxana həyatını asanlaşdırırmı?  Vicdan məhbuslarının həbsxana həyatı necə olur? SƏRBƏST KÜRSÜ canlı forumunu məhz bu mövzuya həsr etmişik: VİCDAN MƏHBUSLARININ HƏBSXANA HƏYATI. Forumun qonağı isə həbsxana həyatını başa vurmağının hələ heç bir ayı tamam olmayan gənc fəal Cabbar Savalanlıdır.

Salam hörmətli oxucular, bugünki forumun moderatoru mən Emil Quliyevəm. Mən qonağımız, gənc fəal Cabbar Savalanlını da salamlayıram.

Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara Cabbar Savalanlıya canlı olaraq cavab verir. Ən son cavabları oxumağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) vacibdir.

Cabbar Savalanlı: Mən də Amerikanın səsinin bütün oxucularını salamlayıram.

Emil Quliyev: İlk sual İkram adlı oxucudan daxil olub. O soruşur: “Fikrinizce, sizden ferqli olaraq Bextiyar Haciyevin adinin prezidentin efs siyahisinda dushmemesi ne ile elaqedardir?”

CAVAB: Mence menim dünyada en genc vicdan mehbusu olmağım, hem de mene göre dövlətə daha çox tezyiqin olması məni buraxmalarını tesir etdi.bextiyarın buraxılmamasını sebebini de bilmirem.

Sual (İkram): Hebsxanada basqa mehbuslardan size qarshi teziq vasitesi kimi istifade edirdilermi?

CAVAB: Bele bir hadisəynən qarşılaşmamışam. Əksinə, mənə münasibət müsbət idi. tezden saat 7 de zeng vurulurdu dustaqlar seher yemeyi yemeye gedirdiler, elbette ki hamı yox. ele men de. saat 9 da sıra düzülüşü olurdu. sonra serbest idik. tezden yemekxanada yemek yemiyən qustaqlar, həmçinin mən də səhər yeməyini yeməyə gedirdik.saat 13 00 dd nahar yemeyi verirdillər. bir də saat 17 00 da yenidən sıra düzülüşü olurdu.

SUAL (Kəmalə): Salam Cabbar menim size cox boyuk hormet ve ehtiramim var.Millet Sizinle fexr edir.huquq mudafiecisi C.Qenizade bildirmisdi ki siz guya ehv erizesi yazmisiniz ve o bunu uze cixaracaq.
Hele indiye kimi erizeni uze cixarmayib ve o bu barede susur.Axi bu yalan onun neyine lazim idi ?
dahada ozunu hormetden saldi.Bu barede melumat vermeyinizi xahis edirem

CAVAB: salam kamələ xanım.çingiz qenizadə eynulla fətullayev də həbsdən çıxandan sonra atmacalı sözlər atmışdı. bu insan sadəcə şou – biznes mügənliləri kimi başqaları vasitəsilə gündəmdə qalmaq üçün bu addımları atır.həm də ki bu adam hər vəclə hakimiyyətə yaltaqlanmaq üçün bele xoşa gəlməyən işlərlə məşğul olur. onun bizləri müzakirə predmeti eləməyə sadəcə haqqı yoxdur. o insanın dediyi böhtanlara cavab verib onun səviyyəsinə düşmək lazım deyil. hem de ki, onu ne maraqlandırır ki, mən yazmışam, yoxsa yox.bir sözlə hər vəclə hakimiyyətə yaltaqlanmaq istəyir.

SUAL: Cabbar Savalanli “qessab Nadirin” kurasiyasinda olan Sumqayit Dovlet unverstetinde tehsilini nece davam etdirmek isteyirsen?

CAVAB:Elbette ki yox.ancaq hələlik oxumalıyam. Hələlik oxumuram, ancaq yanvarın axırına bərpa edəcəklərinə söz veriblər.

SUAL (İlahə): Salam, Cabbar. Sizi azadlıqda görməyimizə şadam.
Sualıma gəldikdə isə heç də hər kəs üçün xüsusi ilə sizin kimi gənc üçün rahat həyatı qoyub mübarizə yolunu seçmək asan olmur. Cabbar Savalanlının sahib olduğu mübarizlik ruhu nədən qaynaqlanır?
Bir də necə düşünürsünüz Cabbarın, Adnanın, Eminin, Bəxtiyarın həbsi cəmiyyətdə nələrisə dəyişə bilib? Tezliklə Bəxtiyar Hacıyevi də azadlıqda görmək diləyilə

CAVAB: Suala görə ilahə xanıma təşəkkürümü bildirirəm. vətənimə və millətimə olan sevgidən.bizlər gələcək nəsillərə fəxr ediləsi bir azərbaycan qoymalıyıq. gələcək nəsillərin azad, demokratik, firavan azərbaycanda yaşamaq haqları var. bu günkü durumda bu vəzifə bizim üzərimizə düşür. elbette ki, bizlərin həbsi cəmiyyətdə müəyyən qədər insanlarda özünə və gələcəyə inamı artırdı, mübarizəyə qoşulan insanların sayı artdı.insanlarda, bu rejimin olduöu ölkədə heç nəyin düzəlməyəcəyi təfəkkür tərzi dağıldı. dünyanın diqqəti yenidən azərbaycana yönəldi. bu mübarizə bizim vətənimiz və gələcək nəsillər qarşısında bir şərəf borcumuzdur.

SUAL (Tapdıq): Salam Cabbar
Sizcə Azərbaycanda müxalifətçi və ya etirazçı gəncliyin intellektual səviyyəsi hökumətə təsir etmək üçün bəs edirmi? Rusiyada olduğu kimi Azərbaycanda da gənclik elektoratın inamını qazana biləcəkmi?
Daha bir sualıma cavab verməyinizi xahiş edirəm.
Azərbaycan gəncləri mütaliə edirmi? Siz həbsxanada hansı kitabları oxudunuz?

CAVAB: intelektual gənclərin sayı çoxdur və getdikcə bunu sayı daha da artacaq. gənclik hemişə əsas avanqard qüvvədir. mənim tanıdığım etirazçı gənclik eminəm ki, xalqın inamını qazanacaq. bu gün gənclərin fəallığı mübarizə aparan insanların mübarizliyini daha da stimullaşdırır. mənim tanıdığım etirazçı gənclik bir çox yazarların kitablarının təqdimatını keçirir və intrlrktual səviyyəsini daha da artırır.
Patriyarxın payızı, vatislav havelin- gücsüzlərin gücü, herta müllerin- nəfəs yelləncəyi, corc oruellin- heyvanıstan, yeddi məhbusun hekayəsi,zümrüd yağmurun – allah qayıdır, əli əkbərin- amneziya, seymur baycanın – quqark, samir sarının – iks günü, M.K.Atatürkün evrensel boyutları, dünənin dünyası, fərəh pəhləvinin xatirələri və sair. saysam coxdur. 50 – yə yaxın

SUAL (Kərim): Salam. Mən bilmək istərdim ki, görəsən yataxxanalar, yeməkxana, vanna, var idiysə oxumaq ucun zal, çarpayı, yorğan-döşəyin təmizliyi qənaətbəxş idimi, əlbətdə söhbətin həbsxanadan getdiyini nəzərə alaraq.

CAVAB: oxumaq üçün kitabxana var idi.çarpayıda da kitab oxuyurduq. təmizlik normal idi.

SUAL (Emin Axundov): Cabbar bey, seni AXCP-ye men getirdim. Ancaq meni yox, seni werlediler. Bunun niye bele oldugunu hec ozunden soruwdunmu?

CAVAB: müxalıif insanların bir çoxuna qarşı bele şərləmə həmişə olub. nə qədər də ki, bu reljim hakimiyyətdədir bundan sonra da bele şərləmələr olacaq. yəni bu hamımızın başına gələ bilər. ona görə də özümə bu sualı verməmişəm.

SUAL (Rüstəm): On bir aylıq həbsdən sonra sizin dunyaya və hadisələrə baxışınızda siyasi fikirlərinizdə hansısa dəyişikliklər baş verdimi? Verdiysə nə kimi dəyişikliklərdən danışa bilərdiniz. Hər halda bu qədər müddət həbsdə qalmağın insanda müəyyən təsirə səbəb olmaması mümkün deyil.

CAVAB: müəyyən qədər müsbət yönümdə dəyişikliklər olub.

SUAL: belə bir şey olmuyub. əksinə bu yoldan çəkinəcəyim təqdirdə mənə çox şey təklif olunub.

CAVAB: belə bir şey olmuyub. əksinə bu yoldan çəkinəcəyim təqdirdə mənə çox şey təklif olunub.

Emil Quliyev: Təşəkkür edirəm, Cabbar. Sənə də, dəyərli oxucularımıza da dərin təşəkkürümü bildirirəm.

Cabbar Savalan: Mən də sizə və sərbəst kürsüyə qoşulan bütün dinləyicilərinizə təşəkkürümü bildirirəm.

Emil Quliyev: Sərbəst Kürsünün növbəti sayında görüşmək ümidi ilə

15 responses to “Cabbar Savalanlı: Bu mübarizə şərəf borcumuzdur!”

  1. IKRAM says:

    Fikrinizce, sizden ferqli olaraq Bextiyar Haciyevin adinin prezidentin efs siyahisinda dushmemesi ne ile elaqedardir?

    Hebsxanada basqa mehbuslardan size qarshi teziq vasitesi kimi istifade edirdilermi?

  2. Kamale says:

    Salam Cabbar menim size cox boyuk hormet ve ehtiramim var.Millet Sizinle fexr edir.huquq mudafiecisi C.Qenizade bildirmisdi ki siz guya ehv erizesi yazmisiniz ve o bunu uze cixaracaq.
    Hele indiye kimi erizeni uze cixarmayib ve o bu barede susur.Axi bu yalan onun neyine lazim idi ?
    dahada ozunu hormetden saldi.Bu barede melumat vermeyinizi xahis edirem

  3. Cabbar Savalanli “qessab Nadirin” kurasiyasinda olan Sumqayit Dovlet unverstetinde tehsilini nece davam etdirmek isteyirsen?

  4. İlahə says:

    Salam, Cabbar. Sizi azadlıqda görməyimizə şadam.
    Sualıma gəldikdə isə heç də hər kəs üçün xüsusi ilə sizin kimi gənc üçün rahat həyatı qoyub mübarizə yolunu seçmək asan olmur. Cabbar Savalanlının sahib olduğu mübarizlik ruhu nədən qaynaqlanır?
    Bir də necə düşünürsünüz Cabbarın, Adnanın, Eminin, Bəxtiyarın həbsi cəmiyyətdə nələrisə dəyişə bilib? Tezliklə Bəxtiyar Hacıyevi də azadlıqda görmək diləyilə

  5. Tapdiq says:

    Salam Cabbar
    Sizcə Azərbaycanda müxalifətçi və ya etirazçı gəncliyin intellektual səviyyəsi hökumətə təsir etmək üçün bəs edirmi? Rusiyada olduğu kimi Azərbaycanda da gənclik elektoratın inamını qazana biləcəkmi?

    Daha bir sualıma cavab verməyinizi xahiş edirəm.

    Azərbaycan gəncləri mütaliə edirmi? Siz həbsxanada hansı kitabları oxudunuz?

  6. Samir says:

    Salam Cabbar. Orada olduğun müddətdə qidalanma necə idi? Ne kimi yemeklerlə qidalanırdız?

  7. Kerim says:

    Salam. Mən bilmək istərdim ki, görəsən yataxxanalar, yeməkxana, vanna, var idiysə oxumaq ucun zal, çarpayı, yorğan-döşəyin təmizliyi qənaətbəxş idimi, əlbətdə söhbətin həbsxanadan getdiyini nəzərə alaraq

  8. Emin Axundov says:

    Cabbar bey, seni AXCP-ye men getirdim. Ancaq meni yox, seni werlediler. Bunun niye bele oldugunu hec ozunden soruwdunmu?

  9. Anar says:

    Azadlığa buraxılarkən orada başıva gətirilən hadisələr haqda danışmamaq üçün sənə hədə qorxu gəliblər?

  10. Said says:

    Dövlət işçiləri tərəfindən azadlığa buraxılman üçün səndən rüşvət tələb ediblər? Belə bir şey olubsa, bu barədə danışmağını xahish edirəm. Əlbətdə adlarını açıqlamağın lazım deyil.

  11. Emin Axundov says:

    Cabbar bey, xow gorduk. Hakimiyyeti deyiwsek, hansi vezifede olmaq isterdin?

  12. Rustem says:

    On bir aylıq həbsdən sonra sizin dunyaya və hadisələrə baxışınızda siyasi fikirlərinizdə hansısa dəyişikliklər baş verdimi? Verdiysə nə kimi dəyişikliklərdən danışa bilərdiniz. Hər halda bu qədər müddət həbsdə qalmağın insanda müəyyən təsirə səbəb olmaması mümkün deyil.

  13. Kamale says:

    SALAM CABBAR BEY SIZ COX CAVADLI VE MUBARIZ INSANSIZ SIZE ISINIZDE UQURLAR ARZU EDIREM VE ELECEDE BIZE SERAIT YARATDIQINA GORE AMERIKANIN SESINE TESEKKURLER

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR