Quba hadisələri ölkədə yerli hakimiyyət nümayəndələri və icra başçılarından narazılığın nə ilə nəticələnə biləcəyinə bir nümunə oldu. İcra başçısının təhqiramiz çıxışı Quba xalqının qəzəbinə səbəb oldu, nümayişlərə, toqquşmalara, həbslərə gətirib çıxardı. Hadisələrin ardınca isə mart ayının 6-da AXCP Gənclər Təşkilatının üzvləri Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiya polis tərəfindən amansızcasına dağıdılıb. Bu zaman gənc fəallar Dəyanət Babayev, Məcid Mərcanlı və Cabbar Savalanlı sifət nayihəsindən xəsarət alıb. AXCP-dən Amerikanın səsinə bildirilib ki, polis bölməsinə aparılan fəallar orada da zorakılığa məruz qalıb. Sosial şəbəkələrdə yayılan məlumata görə isə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlıya polis bölməsində elektroşok verilib.
Quba hadisələrinin nəticələri və martın 6-da baş vermiş hadisə ilə bağlı oxucularımızın suallarını cavablandırmaq üçün Sərbəst Kürsü forumuna AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlını dəvət etmişik. Forum mart ayının 7-si saat 21:00-23:00-da canlı olaraq cavablandırıb.
———————————————–
21:00 / 7 mart 2012 (Saat Bakı vaxtı ilə göstərilir)
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında sizi mən Emil Quliyev salamlayıram. Söz verdiyimiz kimi bugünkü Sərbəst Kürsüdə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı əyləşib.
Emil Quliyev: Mən həm bizim oxucularımız, həm də qonağımız Əbülfəz Qurbanlını salamlayıram. Əbülfəz bəy, dünənki hadisədən sonra xəsarət almağınız və ağrılarınızın olmasına baxmayaraq 2 saatınızı bizimlə kompyuter qarşısında keçirməyə razılıq verdiyiniz üçün minnətdaram.
21:05
Əbülfəz Qurbanlı: Mən də Sizi və izləyiciləri salamlayıram. Hər şey qaydasındadır.Buyurun!
21:06
EQ: Əbülfəz bəy, nəzərinizə çatdırmaq istəyirəm ki, forum sırf oxucularımızın sualların sualları üzərində qurulur. Belə ki, mənim sizə sual vermək hüququm yoxdur.
İlk sual Rüfət adlı oxucumuzdan daxil olub. Rüfət bəy yazır:
Əbülfəz bəy, dünən sizə işgəncə verilməsi barədə xəbəri eşidəndə çox təəssüfləndim. Düzü dünən və bu gün dünənki aksiyasınız və sizə tətbiq olunan işgəncənin növləri barədə facebookda müxləlif məlumatlar dolaşır. Dünənki baş vermiş hadisə barədə təfərrüatı sizin özünüzdən məlumat əldə etmək daha dəqiq olardı.
Amerikanın səsinə sizə suallarımızı birbaşa ünvanlamaq üçün yaratdığı imkana görə minnətdaram.
Hörmətlə, Rüfət
21:14
CAVAB: Təşəkkür edirəm, Rüfət bəy! Dünən aksiyada saxlanıldıqdan sonra Yasamal polis idarəsində iki nəfər mülki geyimli, idamnçı görkəmli polis əməkdaşları bizə yaxınlaşdılar və kobudluq etdilər. Bundan sonra qarşıdurma yarandı. Bu zaman polislərdən biri dizlərimə elektroşok verdi, daha sonra bədənimin müxtəlif nahiyələrinə.Sonra başqa bir otağa aparıb döyməyə və təhqir etməyə başladılar. Onlar israrla və əsəblə deyirdilər ki, siz Ərəb ölkələrində baş verənləri Azərbaycanda görməyəcəksiz, biz qoymacağıq. Həmçinin mənim etnik olduğumu, özlərinin isə Naxçıvandan gəlmiş türk olmaları kimi mənasız sözlər deyirdilər.Deməliyəm ki, polisin bu münasibəti onun hakimiyyətin əlində siyasi dəyənəyə çevrilməsindən və hakimiyyətin əsəb gərginliyindən irəli gəlir.
21:15
SUAL (Sabir): Dunen Hebib Muntezir yazmisdi ki, size elektronsok vurublar. Duz sohbetdi?
21:18
CAVAB: Bəli, Həbib bəy düz yazmışdı. Elektroşok vurmuşdular, dizlərimə və bədənimin digər nahiyələrinə. Bu ilk dəfə idi ki, baş verirdi. Həmçinin Cabbar Savalanlı, Dəyanət Babayev və Məcid Mərcanlı da döyülərək xəsarət alıblar.
21:19
SUAL (Turkqan): Çox hörmətli Əbulfəz Qurbanlı, dünənki aksiya hakimiyyətin bir daha ən güclü kimi AXCP-ni görməsi deyildimi?
21:30
CAVAB: Suala görə təşəkkür edirəm! Hakimiyyət öz dayaqlarının bərk olmadığını yalnız davamlılığını pul və polis üzərində qurduğunu başa düşür. Hakimiyyət bilir ki, apardığı siyasət fonunda onaq qarşı əhalinin müxtəlif soial qruplarının hədsiz narazılığı var. Həmçinin oxşar durumda olan ölkələrdə avtoritar liderlərin və hakimiyyətlərin başına gələnləri də görür. Məhz, bu səsbəbdən qorxaq hakimiyyət təsiri bağışlayır. Hakimiyyətin uzun ömürlü və alternativ qüvvələrin demarşına imkan verməmək üçün hər şeyə əl atırlar. Bu mənada Xalq Cəbhəsinə, onun rəhbərliyinə bir növ düşmən kimi baxırlar, partiyanın ofissiz qoyurlar, partiyanın lideri cənab Kərimlinin pasportunu verimirlər, üzvləinə təzyiqlər edirlər. Bir mənada bu AXCP-nin alternativ olmasını göstərir. AXCP-yə qarşı aqresiyaları həm də ondan doğur ki, AXCP uzun müddətdir ki, demokratik düşərgənin birliyi və cəmiyyətin fəal qruplarının birliyi üçün çalışır. Bu isə İlham Əliyev hakimiyyətinə sərf etmir. Bununla belə, biz partiya olaraq arxayınlaşmırıq, işlərimizi daha yaxşı qurmaq istiqamətində çalışırıq.
21:31
SUAL (Tamerlan): Ebulfez bey, salam. Men indi Isvecde qaliram ve menim orada yeni Azerbaycanda olanda en cox istediyim wey o idiki gencler tewkilatinda iwtirak edim ve Azerbaycanda tehsilimizin her noqtesinde qarwimiza cixan ruwvetin qarwisini almaq ucun olan aksiyalarda iwtirak etmekdi.
Menim soylemek istediyim-burdan size yeni AXCP gencler tewkilatina nece komek ede bilerem?
21:36
CAVAB: Tamerlan bəy, təşəkkür edirəm. Bu yaxşı təşəbbüsdür. Siz bizə müxtəlif istiqamətlərdə kömək edə bilərsiz. Bizim sosial şəbəkələrdə virtual aksiyalarımız olur, siyasi məhbuslara dəstək və başqa istiqamətlərdə, bunda dəstək ola bilərsiz. Həmçinin Avropa və başqa ölkələrin gənclər təşkilatlarının fəaliyyətini araşdırmaqda, onların təcrübələrini bizə ötürməkdə yardımçı ola bilərsiz. Xarici media ilə təmaslarımızı qura, lobbiçilik edə, Avropa ölkələrinin gənclər siyasətini öyrənməkdə bizə dəstək ola bilərsiz. Eyni zamanda bizim gənc siyasi məhbuslar var ki, onların ailələrinə maddi yardımın təşkil olunmasında kömək edə bilərsiz. Daha ətraflı müzakirəedə bilərik sizinlə.
21:37
SUAL (Əjdaha): 17 martı təklif edən AXCP GK-dır yoxsa ki başqa bir təşkilat? xahiş edirəm səmimi olun
21:44
CAVAB: Biz 9 gənclər təşkilatları olaraq Gənclərin Hüquqlarının Müdafiə Komitəsində birləşmişik. Bura AXCP Gənclər Komitəsi ilə bərabər VHP, Müsavat, ADP gənclər təşkilatları və Nida, Azad Gənclik, Müsbət Dəyişiklik, Dalğa gənclər təşkilatları, İnsan Haqları Klubu daxildir. Biz birgə çalışırıq. Mitinq qəaraını birgə vermişik. Bundan öncə biz 4 martda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdik, BŞİH qanunsuz olaraq cavabı gecikdirdi və əsassız arqumentlə aksiya keçirməyə yer vermədi. Biz yenidən müraciət etmişik ki, növbəti dəfə şəhərin meydanlarından birində gənclərin Siyasi məhbuslara azadlıq, Qarbağ və rüşvətsiz təhsil tələbi ilə aksiyasın keçirək. Cavab yox da olsa biz mitinqmizi keçirmək fikrindəyik. Səmimi olaraq deyə bilərəm ki, belə bir aksiya ideyası koalisiya daxilində AXCP Gənclər Komitəsi tərəfindən verilib və həmkarlarımız da bunu dəstəkləyib.
21:46
Emil Quliyev (moderator): Əbülfəz bəy, növbəti sual Heydər İsasoy adlı oxucumuzdan daxil olub: 11 mart mitinqinə dəstək verəcəyik?sən də elə fikirləşirsən ki, kimsə xaricdə oturub bizi yönləndirə bilməz?
21:53
Əbülfəz Qurbanlı: Heydər bəy, ölkəmizin azad və xoşbəxt gələcəyi ilə bağlı bütün təşəbbüsləri dəstəkləyirik. Ölkənin içində olmayıb dəyişiklik istəyi ilə təşəbbüslərlə çıxış həmvətənlərimizi n hislərini anlayıram və onlar istəyləri ilə bizim istəylərimiz tam eynidir. Hər kəs istəyir ki, ölkəmiz rəzalətdən qurtulsun. Bu baxımdan xaricdə olan həmyaşıdlarımızın fəallığı və addımları sevindiricidir. Yəni onlar xaricdə, azad Avropa ölkəsində oturub həm özləri üçün rahat yaşamaq fikrindən uzaqdırlar və vətən üçün nələrisə etmək istəyirlər. Sadəcə, mənim fikirmcə təşəbbüslər olanda, hansisa tədbirlər təşkil edəndə ölkə içindəki fəal gənclərlər, təşkilatlarla bunları üzlaşdırmaq lazımdır. O mənada yox ki, bizimlə razılaşmamış kimsə hərəkət etməməlidir. Yox, sadəcə, hədəflərə çatmaq, uğur qazanmaq üçün koordinasiya olunmuş işləməliyik. 11 martla bağlı bizim və həmkarlarımızın mövqeyi budur ki, 11 martda iştirak etməyəcəyik.
21:54
SUAL (Bəyim Həsənli): Əbülfəz bəy, sizcə hakimiyyətin mitinqdə iştirak edən şəxsə qarşı belə aqressiv olması nədən irəli gəlir. Məncə, son dövrlərdə belə hal yaşanmamışdı. (elektroşok)
Bəyim
21:57
CAVAB: Hakimiyyət ərəb ölkələrində, Rusiyada və Qubada baş verənlərdən əsəb gərginliyi yaşayır. Onlar vəd vermişdilər ki, 2008-ci ildə Azərbaycanda müxalifət olmayacaq.
Bunu ölkə başçısı demişdi.Ancaq indi görürlər ki, əksinə, partiyalar güclüdür və İctimai palatada birləşib, daha iddialıdır, onlar görür ki, yeni yeni gənclər partiyalara qoşulur, elə ötən il AXCP sıralarına 300 gənc qəbul edib. Yeni qurumlar, gənclər təşkilatları yaranıb. Bunlar hakimiyyəti narahat edir, bir yolları qalır ki, qorxutsunlar. Həm də hökumətin sturkturlarında cəzasızlıq mühiti var. Bu hüquq mühafizə orqanlarında daha geniş yayılıb. Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyünü”adamlar kimi bəslənir ki, onlar rejimin etirazçıları ilə belə davransın. Ancaq bu çixiş yolu deyil. Bizim iradəmiz və xoşbəxt gələcəyə olan sevgimiz, inamımız onların qolunun zorundan və dəyənəyindən güclüdür!
22:00
SUAL (Hava): Sizdən sonra sədr kim olacaq? siz kimi fikirləşirsiniz?
22:07
CAVAB: Gözəl sualdır.:) AXCP Gənclər Komitəsi böyük təşkilatdır. Komitədə enerjili, cəsarətli və intellektual xeyli gənc var. Bunu mən müəyyənləşdirmirəm. Bir də ki, biz Əliyevlər deyilik ki, yerimizə varis fkirləşək. Kim layiqdir, o olacaq.
22:10
SUAL (Nuru): Quba hadiseleri cemiyyetde xüsusi ile Baki etrafi $eher ve rayonlarda oyani$a sebeb oldu.Sizce növbeti bele hadiseler hansi rayonda ola biler?
22:16
CAVAB: Cəmiyyətdə hər kəsin gördüyü, ancaq hakimiyyətin səylə inkar etmək istədiyi sosial ədalətsizlikdən doğmuş bir narazılıq var. Vətəndaşlar neft gəlirlərinin ədalətsiz bölgüsündən, iş yerlərinin olmamasından, məmurların harınlığından getdikcə cana doyur. Nəticədə Qubadakı kimi hadislər baş verir. Artıq qaçqın rayon olan Laçın rayon sakinləri etiraz edib. Elə bir həftə olmur ki, vətəndaşlar prezident aparatı önündə nəyəsə etiraz etməsin. Ötən ay taksi sürücülərinin etirazı oldu. Qubadakı kimi etirazların olması üçün hakimiyyət bütün şərtləri hazırlayıb. Məncə, Azərbaycanda böyük narazılıq sosial müstəvidə olacaq və bu gec olmayacaq.
22:17
SUAL (Emin Axundov): Salam. Ebulfez bey, Tunisde 1 nefer ozun yandirdi, inqilab baw verdi. Bizde yuzlerle adam ozun yandirib, ancaq millet hele de yatir. Biz de inqilabin olmasi ucun ne catiwmir?
22:23
CAVAB: Salam, Emin bəy. Hər ölkənin məncə, öz şərtləri var. Görünür, biz daha çox işləməliyik ki, dəyişiklik olsun və bu, qanlı dəyişiklik olmasın. Milətimiz yatmır, sadəcə rejim bütün pis toxumları Azərbaycana səpib. İndi nə etməliyik? Vətəndaşlara çatdırmalıyıq ki, onun yaşadığı səfalətdən qurtarması üçün onun vətəndaşlıq mövqeyi olmalıdır və bu bir rayon və ya bir qrupla yekunlaşmamalıdır. Elliklə olmalıdır. Bir qədər çox çalışsaq, təmkinli olsaq, məqsədyönlü çalışsaq və prinsiplərə sadiq olsaq hər şey gözəl olacaq.
22:25
SUAL (Ümid Xəzər): Məlumdur ki, Quba hadisəsindən sonra 20 nəfərdən çox insan həbs olunub. Onların müdafiəsi üçün müxalifət nəsə edəcək?(Məlumdur ki, haqsızlıqlarla həmişə bu ölkədə müxalif insanlar mübarizə aparır)
22:27
CAVAB: Əlbəttə.. Müxalifət belə hallarda həmişə hüququ pozulanların yanında olub. Xatırlayırsınızsa, keçmiş nazirlər, rejimin cinayətlərinə şərik olmuş nazirləri də müdafiə edib müxalifət. Qubalıların daha çox müdafiəyə ehtiyacı var. Artıq İctimai Palata qubalılarla bağlı bəyanat verib və bildirib ki, bunlara görə məsuliyyəti İlham Əliyev daşıyır, bir icra başçısı yox.Bu məsələ partiyada müzakirə olunur. Həm hüquqi, həm informasiya, həm başqa cəhətlərdən dəstək olacağıq onlara.
22:29
Emil Quliyev (moderator): Əbülfəz bəy, təxminən yarım saat vaxtımız qalır. Nəzərinizə catdırım ki, suallara cavab verməmək hüququnuz da var və hətta hansısa sualın təkrar olduğunu düşünsəniz bunu bildirə bilərsiniz. Mən sadəcə oxucularımızın hüquqlarını qorumaq üçün tərkibində təhqir, söyüş və s. elementlər olmayan bütün sualları sizə ünvanlamalıyam.
Növbəti sual Namus adlı istifadəçidən daxil olub:
Əbulfəz bəy, superpartiya haqda daha ətraflı məlumat verin. Musavatla doğurdan birləşmək istəyirsiz?
22:36
Əbülfəz Qurbanlı: Bu ideya haqda Azərbaycanın siyasi-ictimai fəalları məlumatlıdır. Belə bir fikir Müsavat başqanı tərəfindən irəli sürülüb. Və Xalq Cəbhəsi də bu ideyanı dəsətkləyib, qurultayda Müsavatla bir partiyada birləşmək haqda qərar qəbul edib.2010-cu ilin sentyabrında. Biz cəbhəçi gənclər olaraq bu ərəfədə müsavatçı gənclərə müraciət etdik ki, qurultaydakı nümayəndələriniz vasitəsilə bu ideyanın gerçəkləşməsi üçün çalışın. Superpartiya təkcə cəbhəçi vı müsavatçıların bir ləşməsi deyil, həm də hakimiyyətin dəyənəyəinə, puluna, zoruna qarşı iradələrin, intelleltin, mümkün imkanlarının birləşməsidir. Bu birlik həm də prosesləri izləyən, bir qədər inamsız olanları da bizə qoşa bilər. Biz bunu səmimi olaraq istəyirik.
22:38
SUAL (Əlməmməd): Salam,Əbülfəzz bəy.İlk öncə keçmiş olsun deyirəm.Sizin qorxmaq və yorulmaq bilmədən apardiğiniz mübarizə biz gənclərə impuls verir.Siz 2 milyonluq azəri gəncinin haqq səsisiniz.Sizinlə qürur duyuruq.Sonda bir sualim var.Nə vaxtsa ümidsizliyə qapilib ölkəni tərk etmək istəmisinizmi?
22:43
CAVAB: Sağ olun, bəy, gözəl sözlərə görə. Cəbhəçilər, müxalifətçilər olaraq bir-birimizi bu qədər öymək yaxşı deyil, məncə.:) Ümumiyyətlə, nikbin adamam. Sonun müsbət olacağına inanıram. İnanmaq isə xülyalardan doğmur. Gerçəklikləri dərk edəndə, sistemin xarab elementlərdən təşkil olunduğunu görəndə və ən başlıcası, başnı aşağı salıb yaşamaq istəməyənləri görəndə optimis olursan. Ölkəni tərk etmək fikirm olamyıb.
22:44
SUAL (Rauf İsmayilov): Salam Ebulfez bey siz nece fikirleshirsiniz MUSAVAT VE AXCP birliyi mumkundurmu ?
22:45
CAVAB: Salam. Bu suala demək olar ki, cavab vernişəm. Əlbəttə, mümüknüdür. İradəli olsaq mümkündür.
22:46
SUAL (Aygün): Əgər martın 17-dəki mitinqə də yox cavabı alsanız, aksiyanı keçirməkdə israrısınız?
22:54
CAVAB: Bəli. Bu aksiyaya ehtiyac var. İrəli sürdüyümüz tələblərin cəmiyyətdə gənclər arasında müzakirəsinə, gəncliyin inamının formalaşdığı bir mərhələdə etirazların olması labüddür. Birdə ki bu bizim haqqımızıdır. Artıq toplaşmaq azadlığı bizim üşün mənəvi dəyər məsəlisidir. Biz bu aksiya ilə hakimiyyətə və ya başqa birinə əzələ nümayiş etdirmək fikirindən uzağıq, sadəcə biz gəncliyin inkişafı, gələcək naminə bunu etməliyik. Məhşurlardan biri deyib ki, insan ruhu üçün söz əməl deməkdir. Sözümüzü demək istəyirik, hakimiyyətə də, dünyaya da göstərmək istəyirik ki, bu ölkənin əldən getməsini istəməyən gənc vətəndaşları var, onlar bizik. Bizimlə qanunların dilində rəftar etməyə onları məcbur edəcəyik.
22:55
Emil Quliyev: Əbülfəz Qurbanlı e-mail vasitəsilə İbrahim Toğruldan daxil olan və şərhlər bölməsinə yazan Asif adlı oxucunun suallarına cavab verməkdən imtina etdi. Buna səbəb kimi o, həmin şəxslərin suallarına sonra da cavab verə biləcəyini hazırda isə tez-tez ünsiyyətdə olmadığı digər oxucuların suallarını cavablandırmaq istədiyini bildirdi.
22:56
SUAL: (İlahə): Salam, Əbülfəz bəy. Sizin başınıza gələnləri sosial şəbəkələrdə oxudum. Suallar da birinə də cavabınızda qeyd etmisiniz ki, polislər kobudluq etdilər və qarşıdurma yarandı. Sizcə onlar bunu qəsdlə etmirlərmi? Onların sizi təhqir etməkdə, kobudluq etməkdə məqsədləri sizi qarşıdurmaya sövq edib daha sonra da ya üzərinizə hər hansı bir maddə qoymaq və ya ictimaiyyətə göstərmək ki, baxın görün bu gənclər dağıdıb tökmək, əlbəyaxa olmaqdan başqa heçnə bacarmırlar mesajını vermək deyil mi?
Öncədən təşəkkür edirəm.
23:05
CAVAB: Salam, İlahə xanım. Onlar bunu məqsədli edirlər. Ya da ki, əsəblərinə sahib ola bilmirlər. Ola bilər ki, sizin ehtimalınız kimi onlar bunu bizi gözdən salmaq üçün edirlər. Hərçənd ki, mən buna inanmıram. Bununla belə, ictimaiyyətə aydındır, məncə, polis idarəsində bizim günahımız ola bilməz. Hər kəsə polisin qanunsuzluğu, xüsusilə, müxalifətçilərə qarşı qanunsuzluğu bəllidir. Cəmiyyət bizi məncə, pis tanımır. Cəmiyyət dəqiq görür ki. rejimin yanında olan gənclər nəyə qdirdir biz nəyə? Biz gənclər olaraq orduda səbəbsiz yerə şəhid olmuş əsgər ailələrinin, evləri sökülənlərin, taksi sürücülərinin, qiymətlər bahalaşdırlanda və başqa mühüm məqamlarda normal mövqe, ən azından fəal və səmimi vətəndaş mövqeyi ortaya qoymuşuq. Azərbaycan xalıq bunları da, bizi də tanıdığından hər seçkidə bilirlər ki, Məzahir Pənahov seçkini saxtalaşdıracaq, ancaq yenə də gəlib bizim nümayəndələr səs verirlər. Azərbaycanlılar dəqiq görürü ki, hər beş ildən bir hökümət gənclərə qayğı adı altında beş illik proqram ortaya atır, ancaq heç bir gənc ondan yararlanmır. Çünki o proqramlara özləri ayırdıqları pulu ozləri də dağıdıb talamaqla məşğuldur. Azərbaycanlılar aydın göür ki, bunlar bir heykələ də 5 mln ayırırlar, gənclər fonduna da 5 mln ayırıb, nəticədə hər ikisini ciblərinə, övladlarına xarcidə villalara xərcləyir. Bir qədər olsa da zarafatla deyim ki, Xalq öz qəhramanlarını tanıyır.
23:05
Emil Quliyev (moderator): Əbülfəz bəy, dəyərli vaxtınızı ayırıb iki saat ərzində Sərbəst Kürsüdə əyləşdiyiniz və oxucularımızın suallarını cavablandırdığınız üçün minnətdaram.
22:06
Əbülfəz Qurbanlı: Təşəkkür edirəm, bəy. İnformasiyanın yayılmasının çətin olduğu, ölkə televeziyalarının üzümüzə bağlı olduğu bir anda bizə bu imkanı yaratddığınıza görə sizə və radionun əməkdaşlarına sevgilərimi bildirirəm. Sual ünvanlayanlara da həmçinin.
22:07
Emil Quliyev: Sualı cavabsız qalan oxucularımızdan isə üzr istəyirik. Ancaq Əbülfəz bəy istəsə, şərhlər bölməsində olan və cavablandırılmamış suallara cavab verə bilər. Bizsə Sərbəst Kürsünü burada başa vurmalıyıq. Sağ olun hörmətli oxucular.
Sərbəst Kürsünün növbəti saylarında görüşmək ümidi ilə …
30 responses to “Əbülfəz Qurbanlı: “Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyün” adamlar kimi bəslənir””
Əbülfəz bəy, dünən sizə işgəncə verilməsi barədə xəbəri eşidəndə çox təəssüfləndim. Düzü dünən və bu gün dünənki aksiyasınız və sizə tətbiq olunan işgəncənin növləri barədə facebookda müxləlif məlumatlar dolaşır. Dünənki baş vermiş hadisə barədə təfərrüatı sizin özünüzdən məlumat əldə etmək daha dəqiq olardı.
Amerikanın səsinə sizə suallarımızı birbaşa ünvanlamaq üçün yaratdığı imkana görə minnətdaram.
Hörmətlə, Rüfət
Dunen Hebib Muntezir yazmisdi ki, size elektronsok vurublar. Duz sohbetdi?
Çox hörmətli Əbulfəz Qurbanlı, dünənki aksiya hakimiyyətin bir daha ən güclü kimi AXCP-ni görməsi deyildimi?
Ebulfez bey, salam.Men indi Isvecde qaliram ve menim orada yeni Azerbaycanda olanda en cox istediyim wey o idiki gencler tewkilatinda iwtirak edim ve Azerbaycanda tehsilimizin her noqtesinde qarwimiza cixan ruwvetin qarwisini almaq ucun olan aksiyalarda iwtirak etmekdi.
Menim soylemek istediyim-burdan size yeni AXCP gencler tewkilatina nece komek ede bilerem?
17 martı təklif edən AXCP GK-dır yoxsa ki başqa bir təşkilat? xahiş edirəm səmimi olun ))
11 mart mitinqinə dəstək verəcəyik?sən də elə fikirləşirsən ki, kimsə xaricdə oturub bizi yönləndirə bilməz?
sizdən sonra sədr kim olacaq? siz kimi fikirləşirsiniz?
Quba hadiseleri cemiyyetde xüsusi ile Baki etrafi $eher ve rayonlarda oyani$a sebeb oldu.Sizce növbeti bele hadiseler hansi rayonda ola biler?
Salam. Ebulfez bey, Tunisde 1 nefer ozun yandirdi, inqilab baw verdi. Bizde yuzlerle adam ozun yandirib, ancaq millet hele de yatir. Biz de inqilabin olmasi ucun ne catiwmir?
Məlumdur ki, Quba hadisəsindən sonra 20 nəfərdən çox insan həbs olunub. Onların müdafiəsi üçün müxalifət nəsə edəcək?(Məlumdur ki, haqsızlıqlarla həmişə bu ölkədə müxalif insanlar mübarizə aparır)
Əbulfəz bəy, superpartiya haqda daha ətraflı məlumat verin. Musavatla doğurdan birləşmək istəyirsiz?
Salam,Əbülfəzz bəy.İlk öncə keçmiş olsun deyirəm.Sizin qorxmaq və yorulmaq bilmədən apardiğiniz mübarizə biz gənclərə impuls verir.Siz 2 milyonluq azəri gəncinin haqq səsisiniz.Sizinlə qürur duyuruq.Sonda bir sualim var.Nə vaxtsa ümidsizliyə qapilib ölkəni tərk etmək istəmisinizmi?
salam bey
Müsavatla birləşmək təklifinizə ordan nə cavab gəlib? Və əgər “yox” desələr, onların razılığını almaq üçün nəsə edəcəksiniz?
Salam Ebulfez bey siz nece fikirleshirsiniz MUSAVAT VE AXCP birliyi mumkundurmu ?
Qardaş bir cəbhəçi məhlə uşağımız var. elə hər dəfə deyir ki filan cəbhəçini döydülər, tutdular, təpiklədilər. qaqaş sən sədr adamsan bir de görey nə vaxta kimi furbol topu kimi çiliyiceylər sizi
Əgər martın 17-dəki mitinqə də yox cavabı alsanız, aksiyanı keçirməkdə israrısınız?
Ebulfez bey kecmish olsun. Sizce Genclerin Musavatla birleshmek teklifine Musavatci gencler destek verecekmi?
Salam Bəy .Mənim belə bir fikrim var bu gənclər ayrı ayrı təşkilatlarda toplanıb gündə bir təskilat qurmaqdansa hamısı bir Təşkilatda toplaşsa daha yaxşı olar həm güc çox olar həmdə sürətli inkişaf olar buna fikrinizi bilmək isterdim.
Bəlkə bu dəfəki müraciətdə yer göstərməyəsiz. Yer ayrılmasını İcra hakimiyyətinin öhtəsinə buraxasız?
Salam, Əbülfəz bəy. Sizin başınıza gələnləri sosial şəbəkələrdə oxudum. Suallar da birinə də cavabınızda qeyd etmisiniz ki, polislər kobudluq etdilər və qarşıdurma yarandı. Sizcə onlar bunu qəsdlə etmirlərmi? Onların sizi təhqir etməkdə, kobudluq etməkdə məqsədləri sizi qarşıdurmaya sövq edib daha sonra da ya üzərinizə hər hansı bir maddə qoymaq və ya ictimaiyyətə göstərmək ki, baxın görün bu gənclər dağıdıb tökmək, əlbəyaxa olmaqdan başqa heçnə bacarmırlar mesajını vermək deyil mi?
Öncədən təşəkkür edirəm.
Əbulfəz Bəy, sizdən sonra AXCP GK-nin sədri kim ola bilər. Hələlik sizin fikirləşdiyiniz biri varmı?
Salam bəy. Sizi narahat edən deyerler.org portalının əməkdaşı Əkbərdir. Şəhər İcra Hakimiyyətinin sizin keçirtmək istədiyiniz 17 mart aksiyasına icazə verəcəyinə ümüdiniz varmı? Əgər icazə verilməyəcəyi təqdirdə nə edəcəksiniz. Bir daha aksiya üçün icazə istəyəcəksiniz, ya necə?
A bəy, salam. Uzun müddətdir ki, ölkənin aparıcı gənclər təşkilatları GHMK-sı tərkibində birgə fəaliyyət göstərir. Aparıcı gənclər ordusunun bir yerdə olması ölkədə köklü dəyişikliklərə səsəb olacaqmı?
Vasif, VHP Gənclər Təşkilatı
sabah 8 mart qadinlar gunudur.Size bir bey kimi sualimda bu haqda olacaq.Siz esil kisi kimi deyin gorum Qarnındakı 3 aylıq körpəsiylə qadını fahişəliyə məcbur edən hakimiyyətin arsız-arsız hələ 8 mart da qeyd edmesine nece baxisiniz.
Bu gun Gurcustan prezdentinin M.Meclisde seslendirdiyi sozlerden kimisi qururlandi,kimisi utandi,kimi helede bu kelamlari ozune mexsus analiz edir. Bes siz bir axcp-ci genc kimi bu cixisa munasibetiniz necedir
BIZIM ZAMANLARDA BOYUKLERIMIZ BIZE BELE TERBIYE EDERDIKI KISI Çalişmalidir ki hemişe adini, canindan üstün tutsun.AMMA INDI KISILER NEINKI ADINI CANINA HETTA VEZIFEYE, PULA YALTAQLIGA, ……. DEYISDI.ALLAH QOYSA AXCP HAKIMYETE GELSE XALQIMIZIN UZERNDEN BU CUR LEKENI TEMIZLEYE BILECEKSENMI?
Son günlərdə şahidi olduğumuz Quba hadisələri hakimiyyəti görünür çox qəzəbləndirib. Gənclərin siyasi məhbuslara işgəncələr olunmasına etiraz aksiyası keçirən zaman polis onlarla olduqca kobud davranıb. Nə dərəcədə düz olduğunu bilmirəm, amma hətta deyəsən elektroşok və digər vəhşiliklər də olub. Sizcə bu həddən ziyadə kobudluğun səbəbi Quba hadisələrindən doğan narahatçılıqla, qəzəblə bağlı ola bilər?
Quba hadisələri sadəcə başlanğıc idi
VƏ QUBA HADİSƏLƏRİNİN ARDI OLACAQ