Mahmudəli Çöhrəqanlı: “Demokratikləşməyən hakimləri tarixin zibil qabı gözləməkdədir”

Posted April 16th, 2013 at 7:51 pm (UTC-4)
10 comments

Son günlər İranla Azərbaycan arasında münasibətlərdə bəzi gərginliklər yaşanmaqdadır. İranın Azərbaycana notasının oxşar addımla qarşılanması və İran rəsmisinin Azərbaycan Respublikasının İrana birləşdirilməsi iddiaları iki qonşu ölkə arasında son illər yaşanmayan gərginliyə səbəb olub. Bu, İranda yaşayan çoxmilyonlu azərbaycanlı üçün nə deməkdir? Son illər İranda yaşayan azərbaycanlıların fəallaşması İran-Azərbaycan əlaqələrinə təsir edirmi?

Bu və İran Azərbaycanı ilə bağlı digər məsələlərlə bağlı suallarınıza cavab tapmaq üçün Sərbəst Kürsüyə Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlını dəvət etmişik. Aprelin 17-də Mahmudəli Çöhrənqanlı sizin suallarınızı canlı olaraq cavablandırıb.
————————————————————————————————————————-

21:00 / 17 aprel 2013

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Sərbəst Kürsüdə qonağımız isə Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlıdır.

21:02
Emil Quliyev [moderator]: Salam Mahmudəli bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz. Sizi oxucularımızın adından salamlayıram.

21:04
Mahmudəli Çöhrəqanlı: Salamlar. Sizinlə və çox dəyərli soydaşlarımızla birlikdə olmaqdan mutluyam əziz Emil bəy.

21:06
EQ: İlk sual Facebook vasitəsilə daxil olub. FeridLion Azerturk adlı Facebook istifadəçisi soruşur:

– Liderimiz vətənə – Bakıya təxmini nə zaman gəlir?

21:14
Cavab: Təxminən 2 ay sonra, 6-cı ayın (iyun ayının – red.) ikinci yarısı. Gəlişimizin vaxtı dəqiq olaraq bəlli olduğunda böyük və uca millətimizin xəbəri olması üçün media təriqiylə açıqlanacaqdır. Müxtəlif yollarla girişimizdə problem yaranmasın deyə Azərbaycan məsulları ilə irtibat qurmağa çalışırıq. Bu movzu ilə ilgili əldə olunan xəbərlər media təriqiylə maraqlı əzizlərin diqqətinə sunulacaqdır.
Bildiyiniz kimi bölgəmizin bu tarixi və həssas mərhələsində ki hər yüz ildən bir belə bir vəziətin yaranmasına şərait yaranır bizim rejiyonda olmaqlığımız çox vacib və zəruri görünməkdədir. Bildiyiniz kimi Farslar, Ərəblər və Kürdlər tam ittihad və birgəliklə əməl edirlər. Darmadağınlıq və bölük bölük olmaq təəssüflər ki yalnız Azərbaycan Türklərinin içində görünməkdədir. Bu xoşa gəlməz və acı verici durum davam edirsə cubranı mümkün olmayan çox ağır milli xəsarətlərə məruz qalacağıq. Yəni millətimizə və vətənimizə cubranı olmayan zərbələr və xəsarətlər dəyəcəkdir. Mən çalışıram ki bölgədə olmaqla Türkiyə və Azərbaycanla irtibatımızı sıxlaşdıraq, daha da gənişləndirək və birlik və birgəlik yaratmaqla bu zərbə və xəsarətlərin qarşısını alaq.

21:21
Sual [Elçin Səmədov]: Salam bəy, Azərbaycanda olan demokratikləşmə uğrunda hərəkatı dəstəkləyirsinizmi? Onu bilirik ki, bacardığınız qədər Azərbaycanın daxili işlərinə qarışmırsız, bu da başa düşüləndi. Ancaq şəhid analarının meydanda sürütlənməsi üzərinə su vurulmasına səssiz qalmağınız məncə çox pis bir mövqedir. Onu da düşünməlisiniz ki, ölkədə sabah burada demokratik dəyişikliklər olacaq ancaq siz dəstək verməmənizlə səssiz qalmağınızla yaddaşlarda qalacaqsınız.

21:30
Cavab: Birləşmiş Millətlərin Təşkilatının insan haqlarıyla ilgili bəyannamələri və İnsan Haqları Konvansiyonuna əsasən demokrasi və insan haqları ilə bağlı məsələlər beynəlmiləl məsələlərdir. Yəni heç ölkənin iç məsələsi sayılmamaqdadır. Buna baxmayaraq ki biz 20 ildir Azərbaycan Respublikasının iç məsələlərinə, yəni iqtidar və muxalifət ixtilaf və toqquşmalarına, doğru olaraq qatılmamaqdayıq, amma hər zaman çəşitli yollarla demokrasi və insan haqları uğrunda çalışan şəxs və təşkilatların yanlarında olduğumuzu və onları dəstəklədiyimizi açıqlamışıq və hər zaman demokrasi qaydalarını və insan haqlarını ayaqlayan və əzən şəxs, təşkilat, və qudrətləri qınamışıq və qınayırıq. Son söz bu ki, diktatorların otoritəsi zamanı sona ərmişdir; özlərini muasirləşdirməyən və demokratikləştirməyən hakimləri tarixin zibil qabı bəkləməməkdədir.

21:31
Emil Quliyev [moderator]: Almas H. Yenisey adlı Facebook istifadəçisi sizə sevgilərini bildirir və Azərbaycana girişinizə qadağa qoyanları qınadığını deyir.

21:34
Mahmudəli Çöhrəqanlı: Əziz Almas Yenisey soydaşımızdan təşəkkür edirəm. Ümüd edirəm ki çox yaxın gələcəkdə Azərbaycan dövləti bölgəmizin çox həssas və kritik şəraitini nəzərə alaraq mənim girişimə qoyduğu qadağanı qaldıracaqdır və mənə əziz Bakımızda ulu millətimiz ilə qucaqlaşmaya və görüşməyə imkan yaradacaqdır.

21:35
Sual [Bəşir]: Mahmudəli bəy, Cənubi Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədə Şimali Azərbaycanın, hakimiyyətin nə kimi dəstək verməsini istərdiniz?

21:51
Cavab: Dünyanın bugünündə  bölgənin və xüsusən İranın şəraiti elədir ki qonşuluğunda qardaş və ya dost bir ölkə sənə arxa durmayınca və dəstək verməyincə azadlıq hərəkatını başlamaq və yürütmək imkansızdır. Azadlıq hərəkatının mubarizlərinin sərhəddən çıxış və giriş imkanı olmayırsa, bir ayrı tərəfdən də İran rejiminin militarist bir dövlət olduğunu nəzərə alırsaq qurtuluş hərəkatı fədailərinin İran rejimindən bir qısa zamanda ağır zərbə almaları mümkün görünməkdədir. Örnək olaraq bölgəmizdə 4 ölkədə faaliyyətdə olan Kürdləri (Suriya, İraq, İran, və Türkiyə Kürdləri) göstərmək olar. Bunların hayatda qalaraq fəaliyyətlərini davam etmələrinin iki illəti vardır: 1) bir-biriləriylə sıx və davamlı irtibat və ilişkidədirlər. 2) dörd ölkənin sərhədlərindən rahat geçərək birbiryləriylə təmas qurma imkanları vardır. Təəssüflər ki Azərbaycan hakimiyyəti bölgəmizdə gedən bu tarixi, həssas, və kritik vəziyyəti görməyərək 7 il öncə İran rejiminin istəyinə əsasən məni Bakıda tutuqlayaraq deportasiyaya məruz qoydular. Ümüd edirəm ki vətən və millətimizə xatir Azərbaycan iqtidarı ağıla gələ və bu anlamsız yasağı qaldıraraq atdığı çox böyük yanlış addımdan geri çəkilə.

21:53
Sual [Zaur Rzayev]: Cənab Cöhrəqanlı, Şimali Azərbaycan öz müstəqilliyini bir çox çətinliklərlə, qurbanlarla qazana bildi. Bu işdə ona Cənubi Azərbaycanın heç bir köməyi olmadı. Ola da bilməzdi. Cənublu qardaşlarımız bir ölkə olaraq Şimalı özünün hər hansı bir müstəqilliyini əldə etmək üçün istifadə etməməlidi, fikrindəyəm. Məncə bu, bir dövlətlərarasi xətaya gətirib çıxara bilər. Sizcə mən öz fikrimdə düzəmmi? Niyə Cənublu Azərbaycan türkleri milli mənsubiyyətlərini qabartmaq üçün, heç olmasa, ermənilərin əldə etdiyi üstünlükləri bacarmayıb? Şimalda hər kəs bilir ki, İranın hakimiyyəti ayətullahların əlindədi və bunların her ikisinden biri türkdür. Belə olan halda nəticədə İranın türklərin dövləti olması anlaşılmırmı? Bəlkə bu bir dövlət siyasətidir ki, xristianlara hər hansı bir muxtariyyət verilsə də, müsəlmanlara bele şey olmaz, çünki, bu, türklerin farslarla birgə idarə etdiyi dövlətin dağılmasına gətirər. Siz, axırıncı fikrimə də aydınlıq gətirərsizmi?

22:06
Cavab: Vətən və millət insanın milli heysiyyat və namusudur və milli namusun şimal-cənubu olmaz.  Azərbaycanın geçən əsrlə müqasiyədə çoxlu bölgələri işğal altındadır. İşğal altında olan bölgədə azadlıq hərəkatı başlayırsa o biri bölgələrin bütün gücləriylə ona dəstək vermələri lazım və zəruridir və bu yardım şərəf və namus borcudur. Güclü səviyyədə milli və siyasi şüura malik olan bir Azərbaycanlıya Təbriz ilə Bakı, Şuşa ilə Ərdəbil heç bir fərqi olmamalıdır. Qaldı əski Sovetlər Birliyi Respublikalarının qurtuluşu… Buna baxmayaraq ki Azərbaycanlı qiyam edərək azadlıq hərəkatını başladı, ama bu hərəkət yüzlər Şəhid verərək Qanlı Yanvarda basdırıldı. 15 respublikanın istiqlalının əsas nədəni SSR-nin köçməsi və onları öz halına buraxması olmuşdur. Ona görə, qurtuluş hərəkətləri çox qorxunc və təhlikəlidir, və doyunca can və qan verməyincə azadlıq və istiqlal əldə olunmur. Necə ki, babalarımız demişkən: bayrağı bayraq edən üstündəki qandır, topraq uğrunda ölən varsa vətəndir. Ona görə Azərbaycanın hər yerində azadlıq və qurtuluş hərəkatı başlayırsa bütün Azərbaycanlıların yaşadıqları bölgədən asılı olmayaraq əllərindən gələn maddi və mənəvi yardımı etmələri vacib, lazım, və həyat-məmat məsələsidir.

22:07
Sual [Elşən]: Cöhrəqanli bəy, bilmək istərdim ki Güney AZERBAYCANIN azadlığını Türkiyə istəyirmi?

22:11
Cavab: Türkiyədən məqsədiniz yüksək səviyyədə milli və siyasi şüura malik olan böyük Türk milləti isə cavab müsbətdir. Amma əgər Türkiyədən məqsədiniz iktitarda olan ümmətçi AKP partiyası isə, onlar İraqın quzeyində Kürd höküməti qurmaqla və böyük Kürdüstan yaratmaqla məşğuldurlar.

22:12
Sual [Araz]: Cənubi Azərbaycan sərhədlərinin dəqiqliyinə inanırsınızmı? Çünki Şah İsmayılın bizə buraxdığı torpaqlar körfəzə qədər uzanır, indiki sərhədlərdə isə bir hissəmiz ərəb yurdu, kürs yurdu, fars yurdu kimi qələmə verilir.

22:18
Cavab: Gücümüz varsa, vətən uğrunda can vəqan verən varsa babalarımızın bizə buraxdıqları əmanəti olduğu kimi əldə edərək qoruyacağıq. Əlbəttə, idealist olmaqla birlikdə realist olmaq lazımdır. Heç zaman tarixi Azərbaycanın sərhədləri körfəz olmamışdır. Xatırlayın rəhmətlik Pişəvərinin 68 il öncə qurduğu hökümətin ikinci altı ayda sərhədləri Təbrizə 200 km qalmış Miyana şəhərinin yanında vaqi olan Qaflan Dağları olmuşdur… və bizcə bu Güney Azərbaycan ərazisinin yarısını düşmənə bağışlamaq anlamındadır. Ona görə nə körfəz, nə də Miyana şəhərinin Qaflan Dağları; çalışmalıyıq gərçəkdən Azərbaycan ərazisi sayılan topraqlarımızın bir qarışını da buraxmayaq.

22:20
Sual [Mevlüd Turan]: Öncəliklə bütün dəyərli soydaşlarımızı salamlayıram. Məni ən çox əndişələndirən Güney Azərbaycanımızın batı hissəsinin kürdləşdirilməsidir, tarixən Azərbaycan torpağı olan Soyuqbulaq (Mahabad) artıq kürdləşdirilib, hədəf Urmu, Xoy, Maku və.s kimi bölgələrimizdir. Kürd separatçıları xəritələrində Güneyimizin batısın sözdə Kürdistan ərazisi kimi göstərirlər və təhlükə bununla bitmir, ayrıca o ərazilərimizdə PJAK terror örgütü fəaliyyət göstərir. Bu yolda hansı addımlar atılmalıdır? Təşəkkür edirəm.

22:29
Cavab: Təbiətin qanunlarına əsasən həyatda qalmaq və hökm sürmək ən üstün zəka və ağıla malik olanlarındır. Bir millətin milli və siyasi şüuru olursa özün və özlüyünü, var və varlığını bilib və tanıyırsa, vətən və milləti milli namus və milli şərəf bilirsə, onun bir qarış belə toprağını işğal etmək mümkün deyildir. Bizim qurtuluşumuz intibah və oyanışdadır. Oyanmalıyıq və millətimizi oyatmalıyıq. Hər an milli və siyasi açıdan bilgilərimizi artırıb və millətimizin də milli-siyasi şüur səviyyəsini yüksəltməliyik... və biz hərəkətçilər geçən 20 ildə Güney Azərbaycanımızda bu addımı layiqincə atmışıq. Bugün millətimiz ayıq və diqqətlidir. Azərbaycanın hər bir bölgəsin nəzarət altına almışdır. İndiyə qədər Soyuq Bulaq kimi təəssüflər ki yüzdə yüz Kürdləşmiş bölgələr olmuşdur, və hətta 1945-ci ildə babamız rəhmətlik Pişəvərinin izni və dəstəyiylə bu şəhər Qazi Məhəmməd liderliyində Kürd cümhuriyyətinin mərkəzi olmuşdur, oranı “Kürdistanın” paytaxtı yapmışlardır.

22:30
Sual [Eldar Hacıyev]: Salam Çöhrəqani bəy, ilk öncə bilmənizi istərdim ki Şimali azərbaycanlılar da Güneyin davasına ortaqdı və dəstəkləyir. Mahmudəli bəy, Piruz Dilənçi ilə əlaqə saxlayırsınızmı? Siz ikiniz də bizim üçün əziz və dəyərli insanlarsınız. Bakıdan Hacıyev Eldar.

22:32
Cavab: Çox sağ olun əziz Eldar bəy , zənnimcə bu əziz insan daha siyasətlə çox məşqul deyildir, ona görə onunla irtibatımız yalnız Bakıda olarkən olmuşdur.

22:33
Sual [Elxan Xanəlizadə]: Salam. Cənab Çöhrəqanlı Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi üçün xalqımızın hazır olması barədə nə düşünür? Arazın quzeyi ilə güneyində uzun illər fərqli imperiyaların təsiri altında yaşayan xalqımız Böyük Azərbaycan dövlətində yaşamağa hazırdırmı?

22:41
Cavab: Yazdığınız doğrudur. Öncələr dediyim kimi, biz rəhmətlik Elçibəyin tezisi əsasında mubarizə aparmaqdayıq. Yəni, Azərbaycanın hər iki hissəsində (quzey/şimal, güney/cənub) öncə azadlıq hərəkatı, sonra millətləşmə, və ən sonunda dövlətləşmə prosesləri başlayaraq sona ərəcəkdir… və ən sonunda iki Azərbaycan dövləti Quzey və Güneydə qurulacaqdır, və bu iki dövlət ən uyğun qısa zamanda müzakirələr sonucu iki hissəni birləşdirərək Bütöv Azərbaycan dövlətini quracaqlar. Bu dövlətin bayrağı da bugün Azərbaycan Respublikasını Birləşmiş Millətlər Təşkilatında təmsil edən Məhəmməd Əmin Rəsulzadə babamızın dalğalandırdığı bayraq olacaqdır. Kültürəl, sosyal, və mənəvi açıdan da hər iki tayda bölünmüş millətimizi birləşdirməyə hazırlaşmaq ən vacib məsələlərdən biridir.

22:42
Sual [Sahand]: Sayın Çöhrəqanlı bəy, sizə Güney Azərbaycan Milli hərəkatının tavurları İrandaki önümüzdə olan prezident seçkiləri ilə bağlı necə olmalıdır?

22:48
Cavab: Bunu nəzərdə alaraq ki Ayətullah Xamneyi, Fars rejiminin başında duraraq və Azərbaycan-Türk millətinin ən vicdansız düşmənlərinin biri olaraq seçkilərə qatılmağı vacib bilir, və hər səsi özlərinə qarşı olan düşmənlərin gözünə ox kimi yorumlayırlar, bu durumda bizə atacağımız ən uyğun addım ap-açıq görünməkdədir, və o da seçkiləri boykot etməklə hətta bir oy və ya səs sandıqlara salmamaqdır.

22:49
Sual: Salam Cənab Çöhrəqanlı. Mənim sualım ondan ibarətdir ki, Cənubi Azərbaycanda millət artıq oyanıb. Hal-hazırda səbirsizliklə İsrail, ya da Amerika İrana hücum etməsini gözləyirik… Sizcə İrana qarşı hücum gerçəkləşəcdi və ya gerçəkləşmədi.
Cənubi Azərbaycanın Müsteqilliyini hansı illərdə görürsünüz.
Sizcə təxmini olaraq Cənubi Azərbaycan nə zaman hansı illər ərzində müstəqilliyini qazanacaq?

22:54
Cavab: İran rejimini yıxacaq olan əsas amillərdən biri İran rejiminin İranda yaşayan millətlər yanında məşruiyətini itirmiş olmasıdır, və bu da gərçəkləşmişdir. Bu gün İran rejimi yalnız və yalnız millətin boğazına dayadığı neyzə (süngü) gücüylə ayaqdadır. Məncə, yaxın gələcəkdə İran adlanan ölkədə böyük bir inqilab və devrim yaranaraq Sovetlər Birliyi kimi dağılacaqdır, və çoxlu millətlər, o cümlədən Azərbaycan Türk milləti öz istiqlaliyyətini əldə edərək dövlətini quracaqdır. Və sonunda da Şimal/Quzeylə birləşərək Bütöv Azərbaycanı yaradacaqlar.

22:55
Sual [Rufat Rustamli – email vasitəsilə ]: Yüz minlərin lideri olmuş sayın Çöhrəqanlı hazırda nə işlə məşğuldur?

22:57
Cavab: Türkiyə və Azərbaycan dövlətləri bu iki qardaş ölkəyə girişimizə qadağa qoymuşlar… Buna baxmayaraq, əlimizdən gəldiyi qədər Güney Azərbaycan Milli Oyanış Hərəkatı GAMOH-un başqanı olaraq azadlıq hərəkatıyla bağlı siyasi fəaliyətlərimizi sürdürməkdəyik.

22:58
Emil Quliyev [moderator]: Mahmudəli bəy, 2 saatınızı ayırıb suallara cavab verdiyiniz üçün sizə oxucularımız və öz adımdan təşəkkürümü bildirirəm.

22:59
Mahmudəli Çöhrəqanlı: Əziz Emil bəy Voice of America adına bu imkanı yaratdığınız üçün sizdən və bu proqramda iştirak edən çox dəyərli soydaşlarımızdan özüm və təşkilatım (GAMOH) adına  səmimi-qəlbdən təqdir və təşəkkür edirik.

23:00
Emil Quliyev: Bununla da canlı forum başa çatır. Oxucularımıza da göstərdikləri marağa görə minnətdarlığımızı bildiririk. Sərbəst Kürsünün növbəti sayında görüşənədək. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

10 responses to “Mahmudəli Çöhrəqanlı: “Demokratikləşməyən hakimləri tarixin zibil qabı gözləməkdədir””

  1. Elchin Samedov says:

    Salam bəy,Azərbaycanda olan demokratikləşmə uğrunda hərəkatı dəstəkləyirsinizmi?Onu bilirikki bacardığınız qədər Azərbaycanın daxili işlərinə qarışmırsız,buda başa düşüləndi.Ancaq şəhid analarının meydanda sürütlenmesine üzerine su vurulmasına səssiz qalmağınız məncə çox pis bir mövqedir.Onuda düşünməlisizki ölkədə sabah burda Demokratik dəyişikliklər olacaq ancaq siz dəstək verməmənizlə səssiz qalmağınızla yaddaşlarda qalacaqsınız.

  2. Bashir says:

    Mahmudeli bey Cenubi Azerbaycanin musteqilliyi ugrunda apardigi mubarizede Shimali Azerbaycanin, hakimmiyyetin ne kimi destek vermesini isterdiniz?

  3. elsen says:

    Cöhrəqanli bəy bilmək istərdim ki güney AZERBAYCANİN azadligini Türkiyə istəyirmi?

  4. araz says:

    Cenubi azerbaycan serhedlerinin deqiqliyine inanirsi? Cun ki Sah Ismailin bize buraxdigi torpaqlar korfeze qeder uuzanir, indiki serhedler de ise bir hissemiz ereb yurdu, kurt yurdu fars yurdu kimi qeleme verilir.

  5. Öncəliklə bütün dəyərli soydaşlarımızı salamlayıram. Məni ən çox əndişələndirən Güney Azərbaycanımızın batı hissəsinin kürdləşdirilməsidir, tarixən Azərbaycan torpağı olan Soyuqbulaq (Mahabad) artıq kürdləşdirilib, hədəf Urmu, Xoy, Maku və.s kimi bölgələrimizdir. Kürd separatçıları xəritələrində Güneyimizin batısın sözdə Kürdistan ərazisi kimi göstərirlər və təhlükə bununla bitmir ayrıca o ərazilərimizdə PJAK terror örgütü fəaliyyət göstərir. Bu yolda hansı addımlar atılmalıdır? Təşəkkür edirəm.

  6. Salam Çöhrəqani bəy ilk öncə bilmənizi istərdim ki Şimali azərbaycanlılar da Güneyin davasına ortaqdı və dəstəkləyir.Mahmudəli bəy Piruz Dilənçi ilə əlaqə saxlayırsınızmı? Siz ikiniz də bizim üçün əziz və dəyərli insanlarsınız.Bakıdan Hacıyev Eldar.

  7. Elxan Xanəlizadə says:

    Salam. Cənab Çöhrəqanlı Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi üçün xalqımızın hazır olması barədə nə düşünür? Arazın quzeyi ilə güneyində uzun illər fərqli imperiyaların təsiri altında yaşayan xalqımız Böyük Azərbaycan dövlətində yaşamağa hazırdırmı?

  8. Sahand says:

    Sayin Ghohreqanli bey size Guney Azerbaycan Milli hereketin tavurlari Irandaki onumuzde olan prizdent seckilerle bagli nece olmalidir?

  9. Ümit Sararer says:

    Salam Cenab Çöhreqanlı.
    menim sualım ondan ibaretdir ki, Cenubi Azerbaycanda millet artıq oyanıb.
    Halı hazırda sebirsizlikle İsrail yada Amerika bu iki ölkeden birinin İrana hücum etmesini gözleyirik.. Sizce İrana qarşı hücum gerçekleşti veya gerçekleşmedi.
    Cenubi Azerbaycanın Müstegilliyini hansı illerde görürsünüz.
    Sizce fikrinizce texmini olaraq, Cenubi Azerbaycan ne zaman hansi iller erzinde müstegilliyini qazanacaq ?

  10. ismayil says:

    salam bey.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR