Bu günlərdə Global Witness təşkilatı “Anonim Azərbaycan: Azərbaycan Dövlət Neft Şirkəti və niyə Hasilat Sənayeləri Şəffaflığı Təşəbbüsü irəli getməlidir” hesabatını açıqlayıb. Hesabatda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti barədə mübahisəli məqamlar ortaya qoyulub. Bu, son illərdə açıqlanan Azərbaycanla bağlı mübahisəli hesabatların növbətisidir.
Hesabatı müzakirə etmək üçün araşdırmaçı jurnalist, Azərbaycanla bağlı bir çox araşdırmaların müəllifi Xədicə İsmayılovanı dəvət etmişik. Dekabrın 11-i xanım İsmayılova sizin suallarınızı cavablandırıb.
—————————————————————–
21:00/11 dekabr 2013
Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun moderatoru Emil Quliyevdir. Qonağımız isə araşdırmaçı jurnalist Xədicə İsmayılovadır.
21:02
Emil Quliyev [Moderator]: Sərbəst Kürsəyə xoş gəlmisiniz, Xədicə xanım. Oxucularımızın suallarını cavablandırmağa razılıq verdiyiniz üçün minnətdarıq.
21:04
Xədicə İsmayılova: Dəvət etdiyiniz üçün çox sağ olun.
21:06
Emil Quliyev: Xədicə xanım, ilk sual Twitter vasitəsilə daxil olub. ArazAN adlı istifadəçi yazır:
– Anar Əliyevin kim olduğunu araşdıran olacaq?
21:13
Cavab: Doğrusu bu mövzunu 3 ildir ki, araşdırıram. Məhz elə bu sualda ilişib qalmışdım: Anar Əliyev kimdir? Yəni onun öz maraqlarını təmsil etdiyinə inanmırdım. Anar Əliyevin Rövnəq Abdullayevin dayısı oğlu olduğunu deyirlər. Amma bu məlumatı təsdiqləyən sənədlər lazımdır. Bu, ailə şənliklərinin videosu da ola bilər, hansısa qohumun müsahibəsi də.Amma mən bu sübutu tapa bilmirdim.
Hələ də sual açıq qalır.
21:15
Emil Quliyev: Adını açıqlamayan buir oxucu yazır:
– Son hesabatı beynəlxalq təşkilat açıqlayıb. Amma orada sizin adınız keçmir. Sizin bu araşdırmada rolunuz olub mu? Nə qədər yaxından iştirak etmisiz?
21:23
Cavab: Hesabatın müəllifi Global Witness təşkilatıdır. Amma bu təşkilat da hesabatında mənim bu ideyanı gündəmə gətirdiyimi deyir və 2012-ci ildə Socar Trading və Anar Əliyev haqqında danışdığım müsahibəyə istinad edir. Araşdırma zamanı mənə də müraciət ediblər. Bildiklərimlə paylaşmışam. Amma müəllif onlardır. Mənim Azadlıq radiosunun saytında dərc etdiyim yazıda isə təkcə Global Uitness təşkilatının araşdırması deyil. Orada mənim özümün tapdığım faktlar da var. Məsəlın. hesabatda Anar Əliyevin Azərbaycandakı şirkətləri barədə heç nə yoxdur.
Başqa mən araşdırdığım faktlar da var. Az sonra FB səhifəmdə yazıda sırf mənə aid faktların hansı olduğunu yayacağam. Bunu ona görə edirəm ki, əgər mənim tapdığım faktlar mübahisə doğursa, Global Uitness məsuliyət daşıyası olmasın.
21:25
Sual [Rufat Hajiyev]: Xarice getmek isteyirsiniz, gedin yasyayin da, day buboyda ezyet niye cekirsiz?
21:28
Cavab: ))) Xaricdə yaşamaq istəsəm, yaşayaram. İldə iki üç iş təklifi alıram. Amma məsələ də bundadır ki, mən burda yaşamaq istəyirəm. Öz ölkəmdə, firavan yaşamaq istəyirəm. Sizə də arzulayıram.
21:30
Sual [Gunel]: Xədicə xanım, bu ilk arasdirmadi ki, arxasindan Eliyevler ailesi cixmir. Olkede bir deyisiklik var?
21:38
Cavab: Əmin deyiləm ki, çıxmır Əliyevlərin adı. Sadəcə araşdırma başa çatmayıb. Gərək başa çatsın. “Bu biznesin arxasından Əliyevlər çıxmır” deməkdən ötrü biz əmin olmalıyıq ki, hardasa, deyək ki, Kayman adalarında Anar Əliyevin məsələn, İlham Əliyevin qızları ilə ortaq bir şirkəti yoxdur və neftdən qazanan pullar o şirkətə ötürülmür. Yaxud bu pullar nəqd şəkildə çatdırılmır ailəyə. Məsələn, Hüsni Mübarəkin sağ əli olan Huseyn Salemin şirkətlərinin araşdırılmasında iştirak etmişəm. İzi itirmək üçün bu şirkətləri iki azərbaycanlının adına keçirmişdilər. Həmin iki azərbaycanlı türk iş adamı Əli Evsenin müavinləri idilər. Əli Evsen isə pulu nəqd şəkildə Salemin uşaqlarına ötürürdü. Bizim araşdırmamız bu əlaqəni üzə çıxardı və həbslər oldu.
21:40
Sual [Rafiq Quliyev]: bu arasdirmadan sonra size elave hede-qorxu gelib?
21:41
Cavab: Hələ ki, yox.
21:43
Sual [adını açıqlamayıb]: Ne qeder gucle arasdirmaci jurnalist olsaniz da, bezi shexslere qarsi cox qerezli olursunuz. Bune sebeb nedi?
21:46
Cavab: Qərəzsiz insan yoxdur. Qərəzli olmaq normaldır. Yetər ki, qərəzi işə gətirməyə. İşdə qərəzli olmamağa çalışıram. Qərəzli olmamaq deyərkən, şəxsi fikrimi araşdırmada ifadə etməmək və heç bir qonağa güzəştə getməmək nəzərdə tuturam. Məncə alınır.
21:47
Sual [Kamil Fərəcov]: Xədicə xanım, bu təşkilat əvvəl Azərbaycan haqda hansısa hesabat açıqlayıb? Onların nəyinə lazım idi, bunu araşdırmaq?
21:56
Cavab: Global Witness təşkilatı bütün dünyada korrupsiya və insan haqları pozuntularına qarşı mübarizə aparır. Saytlarına girsəniz, hər yerdə, o cümlədən, yerləşdikləri Böyük Britaniyada korrupsiya ilə mübarizə haqqında işləri ilə tanış ola bilərsiniz. Bəzi adamlar, korrupsiyasız dünyanın daha yaxşı dünya olduğuna inanırlar. Dünya çox kiçikdir və bir ölkədəki korrupsiya dünyanın hər yerində problemə səbəb ola bilər. Məsələn, korrupsiya üzündən ekoloji faciə baş versə, bundan bütün dünya əzab çəkəcək. Yəni dünyada səmimi olaraq, korrupsiya, insan haqları pozuntuları ilə mübarizə aparan adamlar var.
21:57
Sual [İsmayil]: Siizn bu araşdırma nə vaxt başa çatacaq? Azərbaycan yəni o qədər dəhşət qaranlıq ölkədir ki, Anar Əliyevin kimliyini müəyyən etmək mümkün deyil. Hamı-hamını tanıyır.
21:58
Cavab: Müəyyən etmək azdır. sübut etmək gərəkdir.
22:00
Sual [Aytan]: Üç il araşdırma aparmısınız, nəticəsi də yoxdur. Bu araşdırmalara nə qədər vəsait xərclənib və onu kim verib? Global Witness-in hesabatı olmasaydı, mövzunun taleyi necə olacaqdı? Doğrudurmu ki, Siz bu hesabatı məqsədli şəkildə sabotaj etmisiniz. Müəyyən maraqlara görə?
22:16
Cavab: Mən 2012-ci ildə Anar Əliyev və Socar Trading barədə müsahibə vermişəm. Bu araşdırmaya pul xərclənmir. Əsas işimlə yanaşı gecələr məlumat bazalarını araşdırıram, işdən azad vaxtımda araşdırma aparıram. Əsas sualın cavabını tapsaydım, çoxdan dərc edərdim araşdırmanı. Bu araşdırma hələ başa çatmayıb. Çatsaydı, dərc edərdim. Yenə deyirəm Anar Əliyev kimdir? sualının cavabı yaxud Anar Əliyevlə başqa daha nüfuzlu şəxslər arasındakı əlaqəni sübut edən sənədlər araşdırmaya son qoyacaq. Global Uitness olmasaydı, bu sənədləri tapana qədər davam edəcəkdim araşdırmanı. Onlar dərc etdi deyə mən də açıqladım əlimdə olan faktları. Sabotaj haqqında söz gedə bilməz. Araşdırma jurnalistikasının qaydası “Follow the money” – pulu izlə prinsipidir. Pulun əslində kimin cibinə axdığını bilməliyik. Əks halda yanlış hədəf göstərə bilərik. Məsələn bu halda Anar Əliyev yanlış hədəf ola bilər.
22:18
Sual [Ismayıl]: Azerbaycanda bash veren bu qeder cinayetlere göre mesuliyyet dashiyan dövlet memurlari ve onlara bagli olanlar mutleq ifsha edilmelidir. Bizim milletin milli servetini qaret edenler öz cavablarini almalidirlar. Bu istiqametde istelinen arashdirma ve tedqiqat mutleq millete chatdirilmalidi. Men Xedice xanimdan sorushmaq isteyirem neden Azerbaycan vetendashlari butun bu faktlara biganelik gösterirler? Bu umidsizlik milletin ichinde bilgisizdikdendir ya yoxsuluqdan ya savadsizliqdan? evvelceden teshekkur edirem.
22:22
Cavab: Bilgisizlik də var. Savadsızlıq da, gücsüzlük də. Ölkədə hüquq mühafizə və məhkəmə sistemləri işləmir.Amma bu da faktdır ki, heç kim, hətta müxalifət liderləri də bu işlərin araşdırılması üçün prokurorluğa rəsmi ərizə ilə müraciət etməyib, sonra da prokurorluğu hərəkətsizliyə görə məhkəməyə versəydilər, bu işlər indi Avropa Məhkəməsində idi. Mən jurnalist olaraq, bunu edə bilmərəm. Çünki onda tərəfsiz araşdırmaçıdan, məhkəmə çəkişməsinin tərəfinə çevriləcəm. Bunu etsəm, daha araşdırma apara bilməyəcəm. Araşdırma aparmaq isə vacibdir. Bilgisizlik də var. Savadsızlıq da, gücsüzlük də. Ölkədə hüquq mühafizə və məhkəmə sistemləri işləmir.
Sual [Kamil]: Bu qədər faktlar ARDNŞ görəsən niyə cavab vermir. Desinlər ki, dayı oğlu deyil, fialnkəsdir, filan yerdə anadan olub, filan təhsili var və s. Susmaq razılıq əlaməti deyilmi?
Sual [Rasim]: Araşdırmanın ne vaxt bitəcəyini ehtimal edirsiniz?
Cavab: Ehtimalım yoxdur bununla bağlı. Amma ümid edirəm ki, Global Witnessin araşdırmasından sonra başqa ölkələrin hüquq mühafizə orqanlarının işə qarışması üçün beynəlxalq səylər olacaq.
Sual [Sabir]: Araşdırmaya marağınız haradan yaranıb?
Cavab: Bu maraq hamıda var. Bu və ya digər dərəcədə. Sadəcə mən həm də araşdırma aparmaq üçün müəyyən qabiliyyətlər əldə etmişəm. Kurslar keçmişəm. İndi də bildiklərimi başqa jurnalistlərə öyrədirəm.Qızırğanmıram.
Sual [Aynur]: Xədicə xanım, bir jurnalist kimi son seçkiləri necə qiymətləndirərsiniz?
Cavab: Seçki olub Azərbaycanda? Olan nə idisə, seçki deyildi.
Sual: Size qarsi cirkli emele gore qaldirdiginiz is ne yerdedi?
Cavab: Təəssüf ki, dirənib. İndi prokurorluğu hərəkətsizliyə görə Avropa Məhkəməsinə vermişik. media Hüquqları İnstitutu bu işləri aparır. Ümid edirəm ki, nə vaxtsa işlərin üstü açılacaq. Məndən ötrü hər şey aydındır. Bu işin sifarişçisi prezident və onun ailəsidir. Cİnayət işinin aparılmamasına da məhz onlar sifariş veriblər. İstintaqın aparılmamasına da məhz onlar sifariş veriblər.
Sual [Gulnare]: Ölkədə insanların susqunluğunun səbəbini nədə görürsünüz?
Cavab: İki səbəb var. Qorxu və pul. Hökumətin pulu çoxdur. Bəzilərini qorxuda bilir, bəzilərini də pulla susdurur.
Emil Quliyev [moderator]: Xədicə xanım, Sərbəst Kürsüdə iştirakınız üçün təşəkkür edirik.
Xədicə İsmayılova: Təşəkkür edirəm. İzləyicilərinizə də suallarına görə təşəkkürlər.
Emil Quliyev: Çox sağ olun! Mən də oxucularımıza minnətdarlığımı bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…
4 responses to “Xədicə İsmayılova: ARDNŞ-dən dedilər ki, Anar Əliyevi tanımırıq”
Siizn bu araşdırma nə vaxt başa çatacaq? Azərbaycan yəni o qədər dəhşət qaranlıq ölkədir ki, Anar Əliyevin kimliyini müəyyən etmək mümkün deyil. Hamı-hamını tanıyır.
Üç il araşdırma aparmısınız, nəticəsi də yoxdur. Bu araşdırmalara nə qədər vəsait xərclənib və onu kim verib? Global Witness-in hesabatı olmasaydı, mövzunun taleyi necə olacaqdı? Doğrudurmu ki, Siz bu hesabatı məqsədli şəkildə sabotaj etmisiniz. Müəyyən maraqlara görə?
Azerbaycanda bash veren bu qeder cinayetlere göre mesuliyyet dashiyan dövlet memurlari ve onlara bagli olanlar mutleq ifsha edilmelidir. Bizim milletin milli servetini qaret edenler öz cavablarini almalidirlar. Bu istiqametde istelinen arashdirma ve tedqiqat mutleq millete chatdirilmalidi. Men Xedice xanimdan sorushmaq isteyirem neden Azerbaycan vetendashlari butun bu faktlara biganelik gösterirler? Bu umidsizlik milletin ichinde bilgisizdikdendir ya yoxsuluqdan ya savadsizliqdan?
evvelceden teshekkur edirem
Bu qədər faktlar ARDNŞ görəsən niyə cavab vermir. Desinlər ki, dayı oğlu deyil, fialnkəsdir, filan yerdə anadan olub, filan təhsili var və s. Susmaq razılıq əlaməti deyilmi?